TDT Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Siyasət 02 İyn 2025 12:01:00 99 0
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Müstəqilliyinin bərpasından keçən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olmuş Azərbaycan Respublikası Zati-alinizin müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, regional və beynəlxalq məsələlərdə fəal iştirakı ilə seçilmiş, xüsusilə də sülhün, sabitliyin, əməkdaşlığın və rifahın təşviqində göstərdiyiniz səylərlə regionun lider ölkəsinə çevrilmişdir.
Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu il Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü əməkdaşlığımızı və türk dövlətləri arasındakı həmrəyliyi daha da möhkəmləndirəcəkdir.
Fürsətdən istifadə edərək, bu əlamətdar bayram münasibətilə Zati-alinizə davamlı uğurlar, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik arzulayıram".
Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçıları

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

31 may-1 iyun tarixlərində ayrı-ayrı vətəndaşların bank hesablarından 1

"Arka Sokaklar" serialı 19-cu mövsümünü başa vurmağa hazırlaş

31 may tarixində avtomobil dünyasının əfsanəvi brendi Jeep-in həvəskarla

Çinin cənubundakı Hainan əyalətində emosional anlar yaşanıb. Yerli sakin

İyunun 6-sı günü Qurban bayramı qeyd olunacaq. Dövlət səviyyəsində 2 g

Polşada keçirilən prezident seçkilərinin ikinci turunda Hüquq və Ədalət

Son.az 2-8 iyun tarixləri üçün həftəlik bürc proqnozunu təqdim edir:

Bu gün səhər saatlarında İranın Çaharmahal və Bəxtiyari əyalətinin Bo

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellaya t

Azərbaycanda bu həftədən etibarən ardıcıl 4 gün qeyri-iş günü olacaq.

Çinin şimal bölgələri son onilliklərin ən güclü küləklərinin təsiri

Yayın gəlişi ilə avtomobil bazarında hər il müəyyən dinamika müşahid�
