Bakıda 3 maşın qəza törətdi, saat yarım tıxac oldu


Digərləri 30 May 2025 10:12:00 101 0

Bakıda 3 maşın qəza törətdi, saat yarım tıxac oldu

Ötən gün 8 Noyabr prospektində üç avtomobilin iştirakı ilə baş verən qəza səbəbindən mərkəz istiqamətində müddəti 1 saat 30 dəqiqə olan nəqliyyat sıxlığı yaranıb.

Son.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, sıxlığa səbəb isə qəzada iştirak edən sürücülərin avtomobillərini yolun kənarına çəkmək əvəzinə, sığorta əməkdaşlarını gözləmələri olub:

"Müşahidələrə əsasən, maddi zərərlə nəticələnən bu cür hadisələrə, xüsusilə də nəqliyyatın intensiv olduğu, Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr prospektlərində, Bakı-Sumqayıt, Aeroport şoselərində və digər mərkəzi yollarda tez-tez rast gəlinir".

"Yol hərəkəti haqqında" Qanunda qəza baş verdiyi zaman sürücülərin hansı hallarda nəqliyyat vasitələrini yolun kənarına çəkib-çəkməmələri ilə bağlı müddəalar qeyd olunub. Əvvəlcə bildirək ki, yol-nəqliyyat hadisəsi baş verdiyi zaman sürücülər mütləq yol polisinə məlumat verməlidirlər.

Qanunun 37-ci maddəsinin 4-cü bəndinin 5-ci hissəsinə əsasən, əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almayıbsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

Həmin maddənin 1 və 3-cü bəndlərinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir. Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda baş verə biləcək nəqliyyat sıxlığının qarşısını almaq üçün sürücüləri qaydalara əməl etməyə və diqqətli olmağa çağırır", - deyə sürücülərə müraciətdə qeyd olunub.

İyunda bu üç bürc pula "pul" deməyəcək  Aylıq proqnoz like
  • 30 May 10:05  
Digərləri İyunda bu üç bürc pula "pul" deməyəcək Aylıq proqnoz

2025-ci ilin iyun ayında Xərçəng, Tərəzi və Oğlaq bürcləri sevgi və i

arrow Ətraflı
Məşhur marmeladlarda narkotik AŞKARLANDI  Uşaqlar like
  • 30 May 09:54  
Dünya Məşhur marmeladlarda narkotik AŞKARLANDI Uşaqlar

"Haribo" şirkəti Hollandiyada satışda olan bəzi marmeladlarında

arrow Ətraflı
Putin yardım qarşılığında Kim Çenə like
  • 30 May 09:43  
Dünya Putin yardım qarşılığında Kim Çenə

Şimali Koreya Ukraynaya qarşı müharibəyə kömək etmək üçün Rusiyaya m

arrow Ətraflı
Bu valyutalar BAHALAŞDI like
  • 30 May 09:33  
Digərləri Bu valyutalar BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

arrow Ətraflı
"Naxçıvanlılar yaxşı gəlin saxlayır" like
  • 30 May 09:25  
Şou-biznes "Naxçıvanlılar yaxşı gəlin saxlayır"

Əməkdar artist Nigar Şabanova efirlərin birində qonaq olub.

arrow Ətraflı
700 abonent qazsız qalacaq like
  • 30 May 09:18  
Digərləri 700 abonent qazsız qalacaq

Masallı rayonunun Qəriblər kəndində yeni çəkilmiş qaz kəmərinin mənb�

arrow Ətraflı
Azərbaycanda televiziya rəhbəri dəyişdi like
  • 30 May 09:09  
Digərləri Azərbaycanda televiziya rəhbəri dəyişdi

Qərbi Azərbaycan Televiziyasının rəhbəri dəyişdirilib.

arrow Ətraflı
Səmra: “Ayrılmaq istədiyim üçün sevgilim anamı vurdu”  VİDEO like
  • 30 May 08:49  
Şou-biznes Səmra: “Ayrılmaq istədiyim üçün sevgilim anamı vurdu” VİDEO

Model Səmra Hüseynova keçmiş sevgilisi ilə bağlı etiraf edib.

arrow Ətraflı
İyunun xoşbəxt bürcləri  səyahət, yeni tanışlıqlar və özünüinkişaf... like
  • 30 May 08:27  
Digərləri İyunun xoşbəxt bürcləri səyahət, yeni tanışlıqlar və özünüinkişaf...

2025-ci ilin İYUN ayında ən xoşbəxt bürclər ulduzların hərəkətinə g�

arrow Ətraflı
Ceki Çan qara kəmər aldı like
  • 30 May 08:08  
Şou-biznes Ceki Çan qara kəmər aldı

"Karate Kid: Əfsanələr" filminin Nyu-Yorkda baş tutan möhtəşəm

arrow Ətraflı
Xəzərdə yeni ada yaranıb like
  • 30 May 07:07  
Digərləri Xəzərdə yeni ada yaranıb

Xəzər dənizinin şimal hissəsində yeni ada yaranıb. 

arrow Ətraflı
Nikol Kidmanın özü ilə bağlı peşmanlığı BUDUR  FOTO like
  • 30 May 06:06  
Şou-biznes Nikol Kidmanın özü ilə bağlı peşmanlığı BUDUR FOTO

Məşhur Hollivud aktrisası Nikol Kidman uzun illər ərzində təbii qıvrım

arrow Ətraflı
Gecələr teztez tərləyənlər diqqət  Xərçəngin gizli əlaməti ola bilər like
  • 30 May 05:05  
Digərləri Gecələr teztez tərləyənlər diqqət Xərçəngin gizli əlaməti ola bilər

Gecə vaxtı yaşadığınız bəzi sadə görünən hallar əslində ciddi xəs

arrow Ətraflı
Ağcaqanadlardan qorunmaq üçün nə rəng paltar geyinək? like
  • 30 May 04:04  
Digərləri Ağcaqanadlardan qorunmaq üçün nə rəng paltar geyinək?

Yay mövsümünün yaxınlaşması ilə ağcaqanad problemi yenidən gündəmə

arrow Ətraflı
Limonu belə saxlamayın – Sümüklərinizi əridə bilər like
  • 30 May 03:03  
Digərləri Limonu belə saxlamayın – Sümüklərinizi əridə bilər

Limonu düzgün şəraitdə saxlamamaq, sağlamlığınıza, xüsusilə də süm

arrow Ətraflı