Yerin fırlanması yavaşlayır – Bir gün 25 saat ola bilər
Digərləri 30 May 2025 02:02:00 96 0
Yerin fırlanma sürətinə həm daxili, həm də xarici amillərin birgə təsiri nəticə göstərir. Ən əhəmiyyətli təsir Ayın qravitasiya qüvvəsindən qaynaqlanır. Ayın cazibə qüvvəsi Yerin okeanlarında gelgitlər yaradır, bu isə sürtünmə effekti doğuraraq Yerin fırlanmasını tədricən yavaşladır.
Bu xəbəri də oxu: “16 yaşlı qızın toyunda iştirak edən hər kəs...” Deputat narahatdır
Son.az xəbər verir ki, bu yavaşlama təkcə Ayın təsiri ilə baş vermir. Yer daxilində kütlənin yenidən paylanması məsələn, maye nüvədəki hərəkətlər və buzlaqların əriməsi də fırlanma sürətinə təsir göstərir.
Alimlərin hesablamalarına görə, milyonlarla il əvvəl Yer daha sürətlə fırlanırdı. Təxminən 4,5 milyard il əvvəl Ay formalaşdığı zaman bir gün cəmi 10 saat idi. O vaxtdan bəri Ayın cazibə qüvvəsi bu prosesi ləngidərək günlərin getdikcə uzanmasına səbəb olub. Bu tendensiya son 600 milyon ildə davam edir və hələ də dayanmayıb.
Yeni tədqiqatlara əsasən, gələcəkdə Yer günü daha da uzana bilər. Təxminən 200 milyon il sonra bir gün 25 saata çata bilər. Bu proqnozlar planetin fırlanmasındakı cüzi dəyişiklikləri belə ölçə bilən lazer texnologiyaları ilə aparılmış müşahidələrə əsaslanır.
Mütəxəssislərin fikrincə, günün uzunluğunda belə bir artım, gələcəkdə insan həyatına, bioloji ritmlərə və gündəlik fəaliyyətlərə ciddi təsir göstərə bilər.
Asya Son.az
Səhərlər dişləri yeməkdən əvvəlmi, yoxsa sonra fırçalamaq lazımdır?

Hollivud ulduzu, reper Uill Smit yeni albomu "Based on a True Story"ni

Paytaxtın Sabunçu rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərp

Pakistan hərbçiləri ilə "Taliban" hərəkatının üzvləri arası

30 may tarixi daxili gücün, münasibətlərdə dürüstlüyün və planlarda y

Ürək və tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar bu qayadada ve

Mayın 29-da Xəzər Universitetində tələbələr arasında bıçaqlanma hadis

Qurban bayramı ərəfəsində heyvan bazarında canlanma olsa da, satıcılar a

"Hudutsuz Sevda"nın Qamzesi Zehra Yılmaz Azərbaycanda böyüdüyün

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyana qarşı 3 milyon dollara yaxı

Xəbər verdiyimiz kimi, Neftçala rayonunda bədbəxt hadisə baş verib, iki q

Yıxıldığı gün telefonunu sataraq borclarını qaytarıbmış...

Milli Məclisin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə D

Müğənni Xatirə İslam qonaq olduğu efirdə çətin anlar yaşayıb. Son.

Finlandiyanın Kotka şəhəri yaxınlığında yerləşən Kyumeneqorod qalası
