Türkiyə Prezidenti: Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək
Siyasət 28 May 2025 15:19:00 91 0
Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə regionun inkişaf və tərəqqi mərkəzinə çevrilməsinin vaxtı çatıb. Əminəm ki, bu gün istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən üçtərəfli görüşünün yekunlarına dair bəyanatında bildirib.
Türkiyə lideri Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Pakistanı "münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf edən qardaş ölkələr" adlandırıb. Üç ölkənin əhalisinin ümumi sayının 350 milyon nəfərə çatdığını, məcmu ÜDM-inin isə 1,5 trilyon dollar olduğunu xatırladan Türkiyə Prezidenti vurğulayıb ki, "ölkələrimiz ortaq idealları bölüşür". O əlavə edib ki, Ankara Bakı və İslamabadla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində gələcək addımlara sadiqdir. "Ankara ölkələrimizin strateji tərəfdaşlığının gücləndirilməsinə yönəlmiş hər bir addımı dəstəkləyir", - deyə Ərdoğan əmin edib.
O qeyd edib ki, regional proseslər Türkiyə, Azərbaycan və Pakistan arasında əməkdaşlığın vacibliyini vurğulayır.
Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan

Gözəl Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanm

"Bakı Metropoliteni" QSC-nin Daxili audit departamentin sabiq rəisi

Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir.

Azərbaycana benzin idxalının artmasının səbəbi açıqlanıb.

Mən əziz qardaşım Rəcəb Tayyib Ərdoğana təbriklərimi çatdırmaq istə

Hindistanda koronavirusa yoluxma halları bir həftə ərzində 257-dən 1010-a

Biz qarşılıqlı sevgi, hörmət və güvənə əsaslanan, eyni mədəniyyət

Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub.

Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqam�

Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmiz

Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü

ABŞ Dövlət Departamenti xaricdə təhsil almaq üçün bu ölkəyə gəlməyi

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri Azərbaycan P

Son.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezid
