Ukrayna Avropadan asılı duruma düşüb: Müharibə uzanacaq?


Siyasət 27 May 2025 23:47:00 115 0

Ukrayna Avropadan asılı duruma düşüb: Müharibə uzanacaq?

Macarıstanın hakim partiyasının rəsmi nümayəndəsi Tamaş Mençer Kossuth radiostansiyasında çıxışında Avropa İttifaqını Rusiya- Ukrayna müharibəsini uzatmaqda ittiham edib. O, söyləyib ki, Avropa İttifaqının (Aİ) liderləri özlərini xilas etmək üçün Ukraynadakı münaqişəni uzatmağa çalışırlar, çünki sülh gələrsə, uğursuz siyasətlərinə görə cavab verməli və istefaya getməli olacaqlar.

O, Aİ liderlərinin təşkilatın üzvü olmayan Ukraynanın xeyrinə icma ölkələrinin maraqlarına məhəl qoymamasını absurd adlandırıb:

"Onlar bunu özlərini xilas etmək üçün edirlər. Çünki sülh gələrsə, Rusiyaya qarşı müharibə ilə bağlı pis qərarların və sanksiyaların, Ukraynaya ayrılan 150 milyard avronun taleyinin hesabını verməli olacaqlar, həmçinin siyasi məsuliyyəti öz üzərlərinə götürüb istefa verməlidirlər ki, bunu açıq şəkildə istəmirlər".

Son.az xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov şərh edib.

O, bildirib ki, T.Mençerin dediklərində müəyyən həqiqət var. Məlum olduğu kimi, Avropa və ABŞ-nin davam edən savaşla bağlı mövqeyi üst- üstə düşmür. Avropa paytaxtlarının bir çoxu Vaşinqtondan fərqli olaraq müharibənin bitməsini istəmirlər. Çünki düşünürlər ki, Rusiya bu müharibədən qazanclı çıxacaq. Beləliklə, Avropa dövlətlərinin bir çoxu üçün yeni təhdid yaranacaq: 

"ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra Avropa Ukraynaya dəstəyi artırıb. Bu, təsadüfi deyil. Avropa ölkələri itirilmiş və ya azaldılması gözlənilən dəstəyi kompensasiya etməyə çalışır. 

Avropanın Ukraynaya dəstəyi artırması, Rusiyaya qarşı təzyiqlər, hətta verilən bəyanatlar özü də ABŞ-nin planlarını pozur. Sözsüz ki, Avropa mövqeyində dəyişiklik etsə, ABŞ, bəlkə də, çoxdan sülhə nail olmuşdu.  Əlbəttə, Avropa Ukraynaya müharibədə qalib gəlməsinə, ərazi bütövlüyünü təmin etməsinə şərait yaradacaq səviyyədə dəstək göstərmir. Amma hər halda silahlandırır. Beləliklə, rəsmi Kiyev əslində Avropadan, xüsusilə fərdi şəkildə ona daha çox dəstək göstərən bəzi dövlətlərdən asılı duruma düşüb. Ukrayna bilir ki, Avropanın "çaldığı havanı oynamasa", daha ağır duruma düşə bilər. Beləliklə, bu gün Kiyev faktiki olaraq savaşı davam etdirməyə məcburdur". 

Asya Son.az 

Qumral reklam qiymətini açıqladı  VİDEO like
  • 27 May 23:35  
Şou-biznes Qumral reklam qiymətini açıqladı VİDEO

Müğənni Qumral reklam qiymətini açıqlayıb.

arrow Ətraflı
Atalara 14 günlük məzuniyyət hüququ veriləcək? like
  • 27 May 23:20  
Digərləri Atalara 14 günlük məzuniyyət hüququ veriləcək?

"Atalara ödənişli 14 günlük məzuniyyət verilməsi ədalətli və ail

arrow Ətraflı
Vasif Məhərrəmli özünə toy kimi ad günü etdi like
  • 27 May 23:06  
Şou-biznes Vasif Məhərrəmli özünə toy kimi ad günü etdi

Əməkdar artist Vasif Məhərrəmli bu gün məclis edir.

arrow Ətraflı
Sosial mediadakı populyar oyun 19 yaşlı gəncin həyatına son qoydu like
  • 27 May 22:26  
Dünya Sosial mediadakı populyar oyun 19 yaşlı gəncin həyatına son qoydu

Yeni Zelandiya Palmerston North sakini 19 yaşlı Ryan Satterthwaite sosial med

arrow Ətraflı
Baş rol aktyoru "Bahar"ı tərk edir like
  • 27 May 22:12  
Şou-biznes Baş rol aktyoru "Bahar"ı tərk edir

"Bahar" serialında gözlənilməz ayrılıq yaşanacaq.

arrow Ətraflı
Laçın kanatı belə olacaq like
  • 27 May 22:03  
Digərləri Laçın kanatı belə olacaq

Xəbər verdiyimiz kimi, bu gün Prezidenti İlham Əliyev Laçın kanat yolunun

arrow Ətraflı
Müharibənin taleyi Putinə qaldı like
  • 27 May 22:00  
Dünya Müharibənin taleyi Putinə qaldı

ABŞ Prezidenti Donald Tramp mayın 25-də Rusiyanın Ukrayna şəhərlərinə h

arrow Ətraflı
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib like
  • 27 May 21:54  
Digərləri İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib

İstanbul-Tbilisi marşrutu üzrə hərəkət edən "Turkish Airlines"

arrow Ətraflı
İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum  Şahbaz Şərif like
  • 27 May 21:50  
Siyasət İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum Şahbaz Şərif

Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl Laçın şəh

arrow Ətraflı
Məhkəmə Hüseynlə bağlı qərar verdi like
  • 27 May 21:48  
Şou-biznes Məhkəmə Hüseynlə bağlı qərar verdi

Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndiril�

arrow Ətraflı
Anasının məzarından FOTOlarını paylaşdı like
  • 27 May 21:08  
Şou-biznes Anasının məzarından FOTOlarını paylaşdı

Tanınmış meyxanaçı-müğənni Namiq Qaraçuxurlu paylaşımı ilə diqqət

arrow Ətraflı
Portuqaliya Prezidenti İlham Əliyevi təbrik edib like
  • 27 May 20:49  
Siyasət Portuqaliya Prezidenti İlham Əliyevi təbrik edib

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əl

arrow Ətraflı
"VİA Qra" qrupu fəaliyyətini dayandırdı like
  • 27 May 20:43  
Şou-biznes "VİA Qra" qrupu fəaliyyətini dayandırdı

"VIA Qra" musiqi qrupu 25 ildən sonra fəaliyyətini dayandırıb.

arrow Ətraflı
Macarıstan Prezidenti İlham Əliyevi təbrik edib like
  • 27 May 20:23  
Siyasət Macarıstan Prezidenti İlham Əliyevi təbrik edib

Macarıstanın Prezidenti Tamaş Şuyok Azərbaycan Respublikasının Prezidenti

arrow Ətraflı