Kallas xahiş etdi, Bakı razılaşdı Bu şəxs azadlığa çıxdı


Siyasət 27 May 2025 16:00:00 110 0

Kallas xahiş etdi, Bakı razılaşdı  Bu şəxs azadlığa çıxdı

Azərbaycan dövləti qanunun aliliyini təmin etməklə yanaşı, humanist mövqe də nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 26-da imzaladığı əfv sərəncamı ilə 220 nəfəri azadlığa buraxılması bunu deməyə əsas verir. Göründüyü kimi ölkəmizdə ədalət prinsipi ilə yanaşı, mərhəmət və humanizm də dövlət siyasətinin təməl sütunlarındandır.

Əfv olunanlar arasında bir nəfər xüsusilə diqqət çəkir. Bakı metrosuna qraffiti çəkdiyi üçün 3 il həbs cəzası alan Fransa vətəndaşı Teo Klerk...O, 2024-cü ilin mart ayında Bakı Metropoliteninin deposuna qanunsuz daxil olaraq qatar vaqonlarını boyamışdı. Bu hadisədən sonra saxlanılmış və məhkəmə onu Cinayət Məcəlləsinin 221.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etmişdi.

Bu dəfəki sərəncamla əfv olunan Teo Klerk sentyabrda keçirilən məhkəmədə ictimai təhlükəli əməldə təqsirli bilinərək həbs cəzası almışdı. Bir çoxları bu qərarı sərt saydı, lakin məsələ sadə vandalizm deyildi - Azərbaycan metroda dəfələrlə terrorla üzləşmiş ölkədir.

1994-cü ildə erməni terrorçularının törətdiyi metro partlayışlarında onlarla insan həlak olmuşdu. Bu faciələrdən sonra metro Azərbaycanda təkcə nəqliyyat yox, milli təhlükəsizlik məsələsinə çevrilib. Belə həssas sahədə istənilən icazəsiz müdaxilə çox ciddi qəbul olunur. Məhz bu səbəbdən də Teo Klerkin addımı yalnız "divar yazısı" kimi yox, ictimai təhlükəsizlik baxımından qiymətləndirildi.

Teo Klerkin əfv olunması üçün Azərbaycan tərəfinə müxtəlif ölkə və beynəlxalq qurumlardan müraciətlər daxil olmuşdu. Lakin əldə etdiyimiz məlumata əsasən, bu qərarı doğuran əsas səbəb Bakıya səfəri zamanı Estoniyanın Baş naziri Kaya Kallasın Prezident İlham Əliyevlə görüşdə etdiyi şəxsi xahiş olub. Rəsmi Bakı bu müraciətə xüsusi yanaşıb və Teo Klerkin əfv olunmasına razılıq verilib.

Burada xüsusi vurğulanmalı məqam odur ki, əfv qərarı Fransa ilə münasibətlər fonunda deyil, məhz Kaya Kallasın səmimi, strateji və realist mövqeyinə verilən qiymət əsasında baş tutub. Bakı Kallasın regiona baxışını, Azərbaycanın rolunu düzgün qiymətləndirməsini və digər ölkələrə baş çəkmədən yalnız Bakıya gəlməsini diplomatik ciddiyyətin əlaməti kimi qəbul edir. Onun regionun gələcəyi ilə bağlı yanaşması və Azərbaycanın strateji çəkisini anlaması Azərbaycanda yüksək qiymətləndirilir.

Əgər Avropa İttifaqına üzv hansısa ölkə bu əfvlə bağlı təşəkkür etmək istəyirsə, bu təşəkkürü Kaya Kallasa bildirsin. Çünki bu qərarın verilməsində əsas rol onun müraciəti və mövqeyi olub. Azərbaycanda bu tip müraciətlərə dəyər verilir, amma bu dəyərin əsas ölçüsü həmin şəxsin Azərbaycanın maraqlarını nə dərəcədə başa düşməsi ilə bağlıdır. Kallas isə bunu sübut etdi.

Beləliklə, Teo Klerkin əfvi təkcə bir məhkumun azadlığa çıxması deyil, həm də Azərbaycan diplomatiyasının çevikliyinin, Prezident İlham Əliyevin humanist siyasətinin və dost niyyətlə edilən müraciətlərə açıq münasibətinin göstəricisi oldu. Bu qərar bir daha göstərdi ki, Azərbaycan həm ədalətə, həm təhlükəsizliyə, həm də insani yanaşmaya önəm verir və beynəlxalq münasibətlərdə səmimiyyətə dəyər verir.

İslam Son.az

Filippin Prezidenti Azərbaycan liderini təbrik edib like
  • 27 May 15:54  
Siyasət Filippin Prezidenti Azərbaycan liderini təbrik edib

Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markos Prezident İlha

arrow Ətraflı
Qırmızı Qəsəbədə “Qurtuluş və Nicat Günü”nə həsr olunan sərgi keçirilib  FOTO like
  • 27 May 15:53  
Digərləri Qırmızı Qəsəbədə “Qurtuluş və Nicat Günü”nə həsr olunan sərgi keçirilib FOTO

Mayın 26-da Dağ Yəhudiləri İrsi Mərkəzinin təşkilatçılığı ilə İk

arrow Ətraflı
Çində kimyəvi zavodda güclü PARTLAYIŞ  VİDEO like
  • 27 May 15:52  
Dünya Çində kimyəvi zavodda güclü PARTLAYIŞ VİDEO

Çində kimyəvi zavodda partlayış baş verib.

arrow Ətraflı
Xaricdən maşın sifariş edənlər NƏZƏRİNƏ! like
  • 27 May 15:37  
Digərləri Xaricdən maşın sifariş edənlər NƏZƏRİNƏ!

Son dövrlər xaricdən avtomobil sifariş edən vətəndaşların sayı artmaqd

arrow Ətraflı
Azərbaycan fransız məhbusu bu şəxsin xahişindən sonra əfv etdi like
  • 27 May 15:36  
Siyasət Azərbaycan fransız məhbusu bu şəxsin xahişindən sonra əfv etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra ş�

arrow Ətraflı
"May bundan sonra bayram ayı olacaq" like
  • 27 May 15:35  
Siyasət "May bundan sonra bayram ayı olacaq"

May ayı sizin üçün ikiqat bayram ayı olacaq - həm müstəqillik bayramı,

arrow Ətraflı
Yaya həftələr qalmış Rusiyaya qar yağdı – VİDEO like
  • 27 May 15:25  
Digərləri Yaya həftələr qalmış Rusiyaya qar yağdı – VİDEO

Rusiyanın bəzi şəhərləri gözlənilməz hava şəraiti ilə qarşılaşıb

arrow Ətraflı
Qarpız və pendiri birlikdə yeyin  Faydaları saymaqla bitmir like
  • 27 May 15:14  
Digərləri Qarpız və pendiri birlikdə yeyin Faydaları saymaqla bitmir

Yay aylarının sevilən, sərinləşdirici və şirin meyvəsi olan qarpızın

arrow Ətraflı
Məşhur türk serialında Azərbaycan bayrağı tərsinə asıldı like
  • 27 May 15:00  
Şou-biznes Məşhur türk serialında Azərbaycan bayrağı tərsinə asıldı

Məşhur türk seriallarından olan "Uzak şehir"in 27-ci bölümünd�

arrow Ətraflı
İlham Əliyev “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib  FOTO like
  • 27 May 14:40  
Siyasət İlham Əliyev “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın ra

arrow Ətraflı
"Bilmirsən, kim taksi sürücülərinə deyib ki, camaatı pozun" like
  • 27 May 14:32  
Şou-biznes "Bilmirsən, kim taksi sürücülərinə deyib ki, camaatı pozun"

Əməkdar artist Elza Seyidcahan qalmaqallı sözləri ilə diqqət çəkib.

arrow Ətraflı
Prezident Laçın şəhərində sakinlərlə görüşdü  FOTO like
  • 27 May 14:08  
Siyasət Prezident Laçın şəhərində sakinlərlə görüşdü FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 27-də Azərbaycan Respublika

arrow Ətraflı
Tacikistan Prezidenti İlham Əliyevi təbrik edib like
  • 27 May 14:06  
Siyasət Tacikistan Prezidenti İlham Əliyevi təbrik edib

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi M�

arrow Ətraflı
Xorvatiya Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərib like
  • 27 May 13:58  
Siyasət Xorvatiya Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərib

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikas�

arrow Ətraflı