Bu plastik əməliyyatlara


Digərləri 22 May 2025 09:23:00 77 0

Bu plastik əməliyyatlara

Sinə böyütmək yox, orqan bərpası - plastik cərrahlar üçün yeni dövr başlayır.

Səhiyyə naziri Teymur Musayev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə İnstitutunda plastik və rekonstruktiv cərrahiyyə kafedrasının yaradılması barədə sərəncam imzalayıb. Yeni struktur bölmə gələn bir il ərzində tam fəaliyyətə başlayacaq. Bu məqsədlə institut plastik-rekonstruktiv və LOR cərrahiyyəsi sahəsində beş yeni mütəxəssisin işə qəbulunu planlaşdırır.

Nazirliyin məlumatına görə, yeni şöbə yalnız tibbi göstəriş əsasında həyata keçirilən əməliyyatlara icazə verəcək. Yəni sadəcə xarici görünüşünü dəyişmək istəyən, lakin sağlam olan şəxslər bu şöbədə əməliyyat oluna bilməyəcəklər. Həmçinin süd vəziləri və bədənin digər hissələrinin böyüdülməsi kimi estetik məqsədli prosedurlar kafedrada icra edilməyəcək.

Nazir Teymur Musayev Milli Məclisdə çıxışı zamanı qeyd edib ki, yeni kafedrada 42 lisenziyalı plastik cərrah çalışacaq: "Siyahıya xaricdə təhsil almış, tibb üzrə elmi dərəcə müdafiə etmiş mütəxəssislər də daxildir. İnanıram ki, bu kafedra plastik cərrahiyyə sahəsində nümunəvi bir mərkəzə çevriləcək".

Mütəxəssislər deyir ki, yeni kafedranın yaradılması səhiyyə sistemində plastik və rekonstruktiv cərrahiyyənin normativ əsaslarla inkişafına təkan verəcək, estetik əməliyyatların sui-istifadəsinin qarşısını alacaq, eyni zamanda peşəkar mütəxəssis hazırlığını  gücləndirəcək.

Yeni kafedranın yaradılması bu sahədə normativ və elmi yanaşmanın formalaşması baxımından vacibdir. Uzun illər bu sahədə vahid standartların olmaması plastik əməliyyatlara kommersiya baxışı formalaşdırmışdı. Estetik əməliyyatlar bir çox hallarda psixoloji və tibbi göstərişlərə əsaslanmadan həyata keçirilirdi. Yeni kafedra bu məsələyə elmi və peşəkar yanaşma gətirəcək. Həmçinin mütəxəssis hazırlığı da daha sistemli olacaq. Eyni zamanda kafedranın yalnız tibbi göstərişlərlə əməliyyat aparmaq qərarı plastik cərrahların məsuliyyətini artıracaq.

Tanınmış həkim, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı "Yeni Müsavat"a deyib ki, Azərbaycanda fundamental şəkildə fəaliyyət göstərə biləcək belə bir kafedraya ehtiyac var: "Hazırda plastik və rekonstruktiv cərrahiyyə sahəsində xidmətin mərkəzləşməsi əhaliyə əlçatanlığı baxımından mühümdür. Gələcəkdə yeni kadrların yetişdirilməsi üçün belə bir kafedranın yaradılması olduqca təqdirəlayiqdir. Burada gözəlliklə bağlı yox, rekonstruktiv xidmətlər göstəriləcək. Plastik cərrahiyyə sahəsində fəaliyyət göstərən mütəxəssislərin böyük bir qismi əslində estetik məsələlərlə məşğul olur. Lakin bir sıra həyati vacib hallarda plastik-rekonstruktiv cərrahların müxtəlif orqanları xilasetmə fəaliyyətlərinə ehtiyac yaranır. Məsələn, ətrafların zədələri və müxtəlif travmalar zamanı orqanın funksiyasının bərpa olunması məhz orada aparılan mikrocərahiyyə əməliyyatları nəticəsində mümkün olur. Sinirlər vaxtında və adekvat şəkildə bərpa olunur. Bu yolla orqanların qorunması olduqca həyati vacib məsələdir. Yeni yaradılacaq kafedrada belə xidmətlərin peşəkar şəkildə göstərilməsi  vətəndaşlarımız üçün böyük bir töhfədir. İnsanlar belə problemlər baş verdikdə hara müraciət edəcəklərini ən azından biləcəklər. Ayrı-ayrı mərkəzdə olan mütəxəssislər belə xidmət göstərirlər, amma bu işin mərkəzləşdirilməsinə olduqca ehtiyac var idi. Ona görə də yeni işi dəstəkləyirəm. 

Düşünürəm ki, gələcəkdə estetik cərahiyyəyə tələbat artarsa, həmin kafedrada bu xidmətlərin də təşkili ola bilər. Lakin insan həyatının, orqanlarının qorunmasına yönəlik xidmətlərin olması daha əhəmiyyətlidir. Həmçinin yeni mütəxəssislərin yetişməsi baxımından da belə bir mərkəzə ehtiyac var".

Plastik cərrah Elşən Nəsibov bildirib ki, bu kafedra onkoloji xəstəlikdən əməliyyat olunmuş və süd vəzi çıxarılmış pasiyentlərin də köməyinə çatacaq: "Xəstəliyinə görə süd vəzi götürülən qadınlarda onun yerini bərpa etmək baxımdan mərkəz əhəmiyyətlidir. Yaxud da hansısa travma nəticəsində orqanın itirilmiş funksiyasını bərpa etmək üçün gözəl təşəbbüsdür.

Cərrahlar sinə böyütməkdənsə, itirilmiş süd vəzinin funksiyasını bərpa etsinlər. Qadınlarımızın yaşam tərzi daha da yaxşılaşsın. Rekonstruksiya hər zaman hər sahədə lazımdır. Gözəlləşməkdən əvvəl səhhətimizi düşünməliyik. Əslində klassik rekonstruktiv cərrahlar elə bu işlərlə məşğul olmalıdır, qaş qaldırmaqla yox.  Doğrudur, bu, estetik cərrahların işinə balta vuracaq, amma vacib olan insanların sağlamlığıdır. Plastik cərrahları doğru istiqamətə yönləndiriblər". 

Qeyd edək ki, Azərbaycanda 82 həkim plastik cərrah kimi fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasına müraciət etmişdi. Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib. Sözügedən siyahıda məşhur estetik cərrahların adları isə yoxdur. Bunlar "Baku Medical Plaza" klinikasının plastik cərrahı Dilqəm Məhərrəmov, "Azər-Türk Med"in həkimi Təbəssüm Qurbanova və "İnternational Medical Centre"in estetik cərrahı Sevinc Heydərovadır.

Siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər.

Ramiz Rövşənin səhhətində problem yarandı like
  • 22 May 09:12  
Digərləri Ramiz Rövşənin səhhətində problem yarandı

Xalq şairi Ramiz Rövşənin səhhətində problem yaranıb.

arrow Ətraflı
“Kontrabas” festivaldan mükafatlarla qayıtdı like
  • 22 May 09:00  
Kriminal “Kontrabas” festivaldan mükafatlarla qayıtdı

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin "

arrow Ətraflı
Həyatda iki məqsədim var: Bakıdan onları almaq…  Sərkisyan like
  • 22 May 08:53  
Digərləri Həyatda iki məqsədim var: Bakıdan onları almaq… Sərkisyan

Komanda yoldaşlarımın və mənim iqtidara gəlmək hədəfimiz yoxdur, məqs�

arrow Ətraflı
Azərbaycanda stomatoloqlara 1800 manat "plan" qoyulub? like
  • 22 May 08:26  
Digərləri Azərbaycanda stomatoloqlara 1800 manat "plan" qoyulub?

Stomatoloji müəssisələr üçün 1800 manatlıq "plan" öhdəliyi t

arrow Ətraflı
Çirkli hava bu xəstəliyi inkişaf etdirir like
  • 22 May 08:08  
Digərləri Çirkli hava bu xəstəliyi inkişaf etdirir

Son.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar altı il �

arrow Ətraflı
Manafla Pərvin efirdə QIRĞINA ÇIXDI: "Adını çəkin görək..." like
  • 22 May 07:07  
Şou-biznes Manafla Pərvin efirdə QIRĞINA ÇIXDI: "Adını çəkin görək..."

Müğənni Manaf Ağayev və həmkarı Pərvin Lətifov arasında efirlərin bir

arrow Ətraflı
Azərbaycanda iş tapmaq niyə çətinləşib? like
  • 22 May 06:35  
Digərləri Azərbaycanda iş tapmaq niyə çətinləşib?

Hazırda ölkənin 51 ali təhsil müəssisəsində 190 minə yaxın tələbə t

arrow Ətraflı
Tələbənin kəşfi Ginnesin Rekordlar kitabına düşdü like
  • 22 May 05:05  
Digərləri Tələbənin kəşfi Ginnesin Rekordlar kitabına düşdü

Çinli tələbə Xu Yanq 3D çap texnologiyası ilə hazırlanmış mikrodronu s

arrow Ətraflı
140 min illik tapıntılar dünyanı şoka saldı like
  • 22 May 04:04  
Digərləri 140 min illik tapıntılar dünyanı şoka saldı

Beynəlxalq arxeoloqlar qrupu Yava adası yaxınlığında Madura boğazının d

arrow Ətraflı
Ölümcül xəstəliyin gizli əlaməti  Barmaqlardakı bu dəyişiklik sizi xəbərdar edir  FOTO like
  • 22 May 03:03  
Digərləri Ölümcül xəstəliyin gizli əlaməti Barmaqlardakı bu dəyişiklik sizi xəbərdar edir FOTO

Barmaqların ucunda baş verən müəyyən dəyişikliklər ölümcül bir xəst

arrow Ətraflı
Bu meyvəni yeyənlər rahat yuxu yatır like
  • 22 May 02:02  
Digərləri Bu meyvəni yeyənlər rahat yuxu yatır

Sıx iş tempi, gündəlik stress, zehni və fiziki yorğunluq bir çox insanın

arrow Ətraflı
Telefonu belə tutanlara ciddi xəbərdarlıq  Xəstəlik yaradır like
  • 22 May 01:01  
Digərləri Telefonu belə tutanlara ciddi xəbərdarlıq Xəstəlik yaradır

Son illərdə "smartphone pinky" və ya "phone finger" kimi

arrow Ətraflı
Elan saytlarından avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ like
  • 22 May 00:25  
Digərləri Elan saytlarından avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

12 min manat verib avtomobil alan şəxs həm pulundan, həm də nəqliyyat vasi

arrow Ətraflı
Netanyahu: İsrail bir şərtlə atəşkəsə razıdır like
  • 22 May 00:12  
Dünya Netanyahu: İsrail bir şərtlə atəşkəsə razıdır

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında saxlan�

arrow Ətraflı
Günün qoroskopu: Yüngül axınlı qazanc mümkündü like
  • 22 May 00:01  
Digərləri Günün qoroskopu: Yüngül axınlı qazanc mümkündü

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı