İmamoğlunun gizlətdiyi həmin telefon ələ keçirildi
Digərləri 21 May 2025 22:27:00 89 0
İstanbul Respublika Prokurorluğunun "İBB korrupsiya və terror istintaqı" çərçivəsində apardığı araşdırmalar nəticəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğluna məxsus gizli saxlanılan ikinci mobil telefon əməliyyat zamanı ələ keçirilib.
Bu xəbəri də oxu: Rusiyanın bu aeroportlarında uçuşlar dayandırıldı
Milil.Az xəbər verir ki, İmamoğlu həbsdə olduğu müddətdə bu telefondan istifadə edib.
İstanbul Baş Prokurorluğu tərəfindən davam etdirilən istintaq "cinayət təşkilatının yaradılması və rəhbərliyi", "təşkilata üzvlük", "korrupsiya", "şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "tender saxtakarlığı" kimi maddələrlə aparılır. İmamoğlu ilə yanaşı, digər şübhəlilər də eyni istintaqa cəlb olunub.
İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən basqın zamanı İmamoğlunun axtarışda olan ikinci mobil telefonu aşkar edilərək götürülüb. Araşdırmalara əsasən, həmin cihazdan istintaq zamanı da istifadə edildiyi müəyyənləşdirilib.
İmamoğlunun mart ayında həmin mobil telefon vasitəsilə etdiyi zənglərin HTS (telekommunikasiya) qeydləri istintaq materiallarına daxil edilib. Bu qeydlərdə onun 50 milyon lirə köçürməsi ilə gündəmə gələn Hüseyn Köksal ilə 5 dəfə, eyni istintaqda həbs edilən Kültür AŞ-nin keçmiş baş direktoru Serdal Taşkınla 8 dəfə, hazırkı direktor Murat Abbasla 11 dəfə, İBB Əmlak İdarəetmə Departamentinin rəhbəri Kağan Sürmegözlə isə 2 dəfə əlaqə saxladığı qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə y

ABŞ-nin əsas diqqəti Azərbaycan və Ermənistan arasında sülhün təmin ol

"Komedixana" - 2019-cu ildən Xəzər TV-də yayımlanan və Azərbayc

ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərində azərbaycanlı gən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar

Mayın 12-si axşam saatlarında Gəncədə, küçədə ağır vəziyyətdə tap

Astroloqlar hesab edir ki, bəzi bürclər doğuşdan uzun ömürlü olmağa dah

Şuşa şəhərində bərpa, yenidənqurma və quruculuq işləri uğurla həyat

Hindistanda 23 yaşlı bir qadın Anuradha Pasvan ölkənin müxtəlif bölg�

Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın s�

Müğənni Nəfəsin səsində problem yaranıb.

Sabirabad rayonunda 16 yaşlı gəlinin həyat yoldaşı tərəfindən qətlə y
