İstanbul görüşünün nəticələri: Kim nə qazandı?
Siyasət 20 May 2025 00:43:00 58 0
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna nümayəndələri arasında İstanbul görüşünün nəticələrini açıqlayıb. O, bu barədə "X" hesabında yazıb:
"Bu gün dünya sülhü üçün mühüm bir gün idi. Gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib. Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfərin mübadiləsi barədə razılığa gəliblər. Onlar, həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik", - o, bildirib.
Son.az xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov şərh edib:
"Əslində İstanbul görüşünün nəticəsi gözləniləndən daha pis oldu. Bunun əsas səbəbi Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşdə iştirak etməməsi idi. Bəlkə də, Türkiyə, Rusiya, Ukrayna və ABŞ liderləri arasında dördtərəfli görüş olsa idi, nəticə daha yaxşı olardı. H.Fidanın açıqladığı nəticələr də qaneedicidir. Belə çıxır ki, Türkiyə vasitəçi və ev sahibi kimi uğurlu olmaqdadır.
Nəticələrə bir-bir baxaq: Birincisi, min nəfərin mübadiləsi qarşılıqlı etimad mühitinin yaradılmasının davamı baxımından müsbət qiymətləndirilməli haldır. Bu, göstərir ki, tərəflər arasında diplomatiya hələ də işləyir. İkincisi, atəşkəs əldə etməyə imkan verəcək şərtlərin yazılı şəkildə mübadiləsi o deməkdir ki, atəşkəs tərəflərin gündəmindədir. Hərçənd hansı tərəfin nə qədər səmimi olduğu müzakirə məsələsidir Və şərtlərin təqdim olunması hələ o demək deyil ki, yaxın zamanda atəşkəs əldə olunacaq".
Ekspert qeyd edib ki, tərəflər yenidən görüşmək barədə razılığa gəliblər. Deməli, az və ya çox olmasından asılı olmayaraq atəşkəsin təmin olunması üçün müəyyən siyasi iradə var:
"Rəsmi Ankara səylərini davam etdirəcək. Bu, o deməkdir ki, Türkiyə tərəflər arasında atəşkəsin əldə olunmasında israrlıdır. Bu baxımdan gələcəkdə Türkiyədə yeni görüşlərin keçirilməsi də mümkündür. Yəqin ki, rəsmi Ankaranın diplomatik səyləri bundan sonra da davam edəcək. Bu cəhdlərin müəyyən nəticələrlə yadda qalması gözləniləndir".
Asya Son.az
Azərbaycan qadını Everstdə tarix yazıb.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danı

Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerika lideri Donald Tramp arasında

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Paytaxtın Sabunçu rayonu ərazisində iki sərnişin avtobusu toqquşub.

Putin-Tramp telefon danışığı kifayət qədər uzun, 2 saat 5 dəqiqə davam

Pakistan, Özbəkistan və Qırğız Respublikasının nüfuzlu dövlət media q

Xalq artisti Faiq Ağayev maraqlı açıqlamalar verib.

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsinin

Keçmiş cütlük Natavan Həbibi ilə Dado növbəti dəfə birgə görüntül�

Misir Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təlim təyyarəsi təlim uçuş

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı dələduzluqla üzləşib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon
