Bu gün Xəqani Bağırovun 80 yaşı tamam olacaqdı FOTO
Digərləri 19 May 2025 17:59:00 80 0
Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının tanınmış nümayəndəsi Xaqani Bağırovun anadan olmasının 80 illiyi qeyd olunur.
Bu xəbəri də oxu: Kişilərdə çəki problemi varsa, yaddaşı qadınlardan 10 il tez itirə bilər
Son.az xəbər verir ki, Gəncə şəhərində doğulan Xaqani müəllim Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirmiş, daha sonra Energetika İnstitutunda və "Azneftstroyremont" trestində çalışmışdır. Onun xüsusi xidmət orqanlarında fəaliyyəti isə 1968-ci ildə Naxçıvan MSSR-də KQB-nin əməliyyat müvəkkili vəzifəsi ilə başlamışdır. Onun bu sahəyə gəlişi təsadüfi deyildi - atası Akif Bağırov da KQB əməkdaşı olmuşdur.
Xaqani Bağırov SSRİ dövründə KQB-nin müxtəlif məsul vəzifələrində, o cümlədən I şöbədə - yəni xarici kəşfiyyatda çalışmış, müstəqil Azərbaycanın formalaşma dövründə, 1992-ci ildə Dövlət Sərhəd Mühafizəsi Komitəsinin sədr müavini təyin olunmuşdur. 1993-cü ildən etibarən isə əsir və itkin düşmüş şəxslərlə bağlı Dövlət Komissiyasının işçi qrupuna rəhbərlik etmişdir.
1995-ci ildən etibarən fəaliyyətini Milli Təhlükəsizlik Nazirliyində davam etdirən Bağırov 2007-ci ilə qədər bu qurumun Arxiv İdarəsinin rəhbəri olmuşdur.
O, yalnız təhlükəsizlik orqanlarında deyil, elmi və publisistik sahədə də fəaliyyət göstərmişdir. "Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi" dərsliyinin həmmüəllifi, jurnalist Ruqiyyə Əliyevanın tədqiqatlarına redaktor və məsləhətçi kimi töhfələr vermişdir.
Ətrafında onu tanıyanlar Xaqani müəllimi mehriban dost, ailəcanlı insan, gözəl natiq və zarafatcıl bir şəxsiyyət kimi xatırlayırlar. Onun ən yadda qalan cəhətlərindən biri isə, həyatın bütün çətinliklərinə rəğmən, sarsılmaz nikbinliyi olub. Hətta ağır xəstəliklə mübarizə apardığı dövrdə belə, bu xüsusiyyəti ilə ətrafına ruh verə bilmişdir.
Yaşasaydı bu gün Xaqani Bağırovun 80 yaşı tamam olardı.
Zəngin və mənalı ömür yolu keçmiş kəşfiyyatçının bu gün həyatda olmaması həmkarlarını, xüsusilə əzizlərini çox məyus etsə də, Xaqani Bağırovu tanıyanlar onunla bağlı xoş təəssüratları, səmimi xatirələri hər zaman ürəklərində yaşadırlar...
Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək.

Mayın ikinci yarısı bir sıra bürclər üçün xüsusilə uğurlu vəd edir.

Türkiyə və ABŞ-ın Suriya üzrə işçi qrupunun görüşü sabah Vaşinqton

Bu ilin yanvar ayında formalaşmış Sumqayıt Şəhər Bələdiyyəsinin sədr

Azərbaycanın aparıcı xəbər portallarından biri olan Day.Az Cənubi Qafqaz

Son dövrlər çox insanlar gəlir əldə etmək istəyərkən əslində illərl

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin

Səma hadisələri may ayının sonuna qədər bəzi bürclər üçün emosional

Bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan İmişli Rayon Ağsaqqa

Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 23-də respublika üz

Bakının ən böyük qəsəbələrindən biri də Binədir. Son illərdə qəs�

Rusiyada yaşayan azərbaycanlı ekstrasens, kliniki psixoloq Zirəddin Rzayevi

MBFW Azerbaijan-ın ilk mövsümü Azərbaycanın paytaxtı Bakıda baş tutaraq

22 yaşlı akrobat Viktoriya Balandina faciəvi şəkildə həyatını
