Kriminal
2025-11-19 11:05:00
Xəbər verdiyimiz kimi, Azərbaycan rəqs sənətinin əfsanəsi, xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli böyük rəqqasə Roza (Rozaliya) İsmayıl qızı Cəlilova 97 yaşında vəfat edib. Sənətkar Bakının Səbail rayonunda yaşadığı evdə dünyasını dəyişib. O, həkimə çatdırılmadan əvvəl həyatını itirib.
2025-11-19 10:16:00
Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib
2025-11-19 01:16:00
15 yaşlı yeniyetmə bıçaqlanaraq qətlə yetirilib.
2025-11-19 00:56:00
Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak edib, tamaşanı izləyiblər.
2025-11-19 00:29:00
Noyabrın 18-də "LIBRAFF" kitab mağazaları şəbəkəsinin "Park Akademiya" filialında Səbinə Əliyeva, Hüzurə Ağayeva və Gülarə Əmirovanın həmmüəllifi olduqları "Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib.
2025-11-18 23:00:00
Xəbər verdiyimiz kimi, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.
2025-11-18 19:12:00
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının dəstəyi ilə dostluq konserti baş tutub. Konsertin açılışında pianoçu, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə səhnəyə çıxaraq qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən danışıb və hər iki filarmoniya arasında yaradıcı əməkdaşlığın vacibliyini vurğulayıb. Ardınca Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Yaqut Quliyeva səhnəyə dəvət olunaraq bu tədbirin həm mədəni, həm də maarifləndirici dəyərinə toxunub, təşkilatçılara və ev sahibinə təşəkkürünü bildirib. O, NDUF-nın yaranmasından, fəaliyyətindən, yetirmələrndən söz açıb. Qeyd edək ki, NDUF 2010-cu ildən fəaliyyət göstərir. Konsertdə Naxçıvan Dövlət Uşaq Filarmoniyası və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının yaradıcı kollektivləri bir-birindən maraqlı və rəngarəng musiqi proqramları təqdim ediblər. Ölkədə yalnız Bakı və Naxçıvanda fəaliyyət göstərən Uşaq Filarmoniyaları ilk dəfə olaraq birgə konsert proqramı ilə çıxış ediblər. Konsertin əsas məqsədi müəssisələr arasında qarşılıqlı yaradıcı əlaqə qurmaq, birgə layihələrin inkişafına şərait yaratmaq və gənc istedadların potensialını daha geniş auditoriyaya təqdim etməkdir. Proqram çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Rəqs Ansamblı (bədii rəhbər Quliyev Məhəmməd), vokal sinfi - solist Əlizadə Leyla (müəllim Aslanova Leyla), eləcə də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu (baletmeyster Bağırova Nurdan) və solistlər - Vəliyev Namiq, Hüseynov Məcid, Əkbərov Elxan, Hüseynquliyeva Məryəm, Əkbərov Yusif, Seyidova Rəbiyyə, Orucova Yağmur, Qulusoy Bilal çıxış ediblər. Tədbirin sonunda Naxçıvan Dövlət Uşaq Filarmoniyasının direktoru Yaqut Quliyeva yenidən səhnəyə çıxaraq hər iki qurumun kollektivinə, iştirakçılara və qonaqlara təşəkkürünü bildirib. O, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadəni və filarmoniyanın direktor müavini Muradzadə Leylanı səhnəyə dəvət edərək göstərdikləri dəstəyə görə onlara xüsusi minnətdarlığını çatdırıb və hər ikisinə hədiyyələr təqdim edib. Daha sonra qonaqlar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sektor müdürü Lətifov Məhərrəm, Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova və Sərxan Bünyadzadə səhnəyə dəvət olunaraq öz ürək sözlərini bölüşüblər. Konsert isə onların birlikdə "Yaşa Azərbaycan" mahnısını səsləndirməsi ilə möhtəşəm şəkildə tamamlanıb. Bu konsert iki qurum arasında yeni yaradıcı əməkdaşlıq körpüsünün qurulmasına, həmçinin uşaqların səhnə təcrübəsinin və yaradıcılıq imkanlarının daha da zənginləşməsinə töhfə verib. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
2025-11-18 14:02:00
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Polşa ərazisində saxlanılıb.
2025-11-18 13:40:00
Əməkdar artist Yadigar Muradov ilə Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən vida mərasimi ləğv olunub.
2025-11-18 13:27:00
Yasamal rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.
2025-11-18 08:50:00
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.
2025-11-18 07:35:00
Uzun illər boyunca öz-özünə danışmaq cəmiyyətdə qəribə davranış kimi qiymətləndirilib, hətta bunu "dəlilik" əlaməti sayanlar da olub. Amma müasir psixologiya tamam fərqli nəticələr ortaya qoyur. Mütəxəssislər bildirirlər ki, öz-özünə danışmaq əslində beynin fikirləri nizamlamaq, emosiyaları idarə etmək və stresslə mübarizə aparmaq üçün istifadə etdiyi təbii bir üsuldur.
2025-11-17 22:41:00
Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
2025-11-17 22:34:00
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində görkəmli yazıçı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub.
2025-11-17 19:38:00
BIAF 2025 - Bakı Beynəlxalq İncəsənət Festivalı məşhur Yang Liping Contemporary Dance (Çin) qrupunun "Bahar ayini" xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş etdirilən tamaşa festival proqramının kulminasiya anlarından biri olmaqla yanaşı, tamaşaçılara İqor Stravinskinin klassik şah əsərini yenidən güclü, emosional və dərin poetik düşünməyi təklif etdi.
2025-11-17 18:13:00
"Atamın beyninə gedən qan damarları sıxılıb deyə beyinə qan sızıb. Onun həyata qayıdışı Allahın möcüzəsinə qalıb. Həkimlər heç nə deyə bilmirlər. Hamımız böyük ümidlə gözləyirik".
2025-11-17 18:11:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Bakı Beynəlxalq İncəsənət Festivalının möhtəşəm yekun konserti baş tutub. Axşam boyu səslənən əsərlər musiqisevərlərə incəsənətin dərinliyini və emosional zənginliyini bəxş edib.
2025-11-17 17:48:00
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında "Bir dəfə Mahnı Teatrında" adlı musiqili gecə keçirilib. Tədbir teatrın Estrada Simfonik Orkestrinin ifasında kino musiqisi nümunələri əsasında hazırlanmış ilk konsert olub. Konsert dünya kino musiqisinin 130 illiyinə həsr edilib.
2025-11-17 15:55:00
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə yalan vədlər verərək və şirnikləndirici təkliflər yayaraq vətəndaşları aldadan şəxslərə qarşı əməliyyat tədbirləri həyata keçirib.
2025-11-17 13:20:00
Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb.
2025-11-17 12:48:00
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
2025-11-16 14:24:00
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.
2025-11-16 11:16:00
Noyabrın 16-da saat 8 radələrində Oğuz rayonunun Bayan kəndində 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə qətlə yetirilib.
2025-11-16 09:22:00
Gədəbəydə qətl hadisəsi baş verib. Son.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
2025-11-15 23:20:00
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində dünya şöhrətli "Geşer" teatrının (İsrail) Fransanın Les Gemeaux teatrı ilə birgə iki il əvvəl yaratdığı "Anna Karenina" tamaşası böyük uğurla nümayiş etdirildi. 2024-cü il 6 mart tarixində vəfat edən əfsanəvi litvalı rejissor Rimas Tuminasa məxsus bu tamaşa Bakı İncəsənət Festivalı BIAF 2025 çərçivəsində təqdim olundu. Tamaşa tam dolu zalda baş tutdu və festivalın mədəni proqramının əsas hadisələrindən birinə çevrildi. İzləyicilər Lev Tolstoyun klassik romanının dərin və qeyri-adi yozumunun şahidi oldular. Tuminasa məxsus müəllif dəst-xətti - özünəməxsus qroteskin zərif psixologizm ilə qovuşması - əsərə güclü, çağdaş və müasir nəfəs verdi. Rus klassikasının ən mühüm teatr təfsirçilərindən olan Tuminasa bu tamaşası ilə 2021-ci ildə Moskvanın E.Vaxtanqov adına Dövlət Akademik Teatrında səhnələşdirdiyi, hələ də əldə edilməsi çətin olan beş saatlıq epik "Müharibə və Sülh" premyerasından sonra Tolstoyla sənət dialoqunu davam etdirdi. Moskva ictimaiyyəti tərəfindən ehtiramla qarşılanan həmin əsər bu gün də şəhərin ən çox arzu olunan tamaşalarındandır. "Anna Karenina" da "Müharibə və Sülh" kimi musiqi-plastik refrenlər üzərində qurulub; hər qəhrəmanın özünəməxsus vizual və intonasiya xətti var. Səhnə tərtibatı minimalizmi ilə seçilir: hadisələr yığcam qara-ağ məkanda cərəyan edir. "Geşer" teatrının baş direktoru Lena Kreyndlina kollektiv üçün bu işin xüsusi dəyərini vurğuladı: "Bu gətirdiyimiz tamaşa bizim üçün çox dəyərlidir, çünki bu, Rimas Tuminasa məxsus tamaşadır. O, bizdə cəmi iki il çalışdı, təəssüf ki, yalnız iki il... və bizə belə bir irs qoyub getdi. Birdən anladım ki, bu gün bizim ən vacib tamaşamız məhz budur. Çünki o... İnsan..."
2025-11-15 19:31:00
Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında görkəmli italyan bəstəkarı Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası nümayiş olundu.
2025-11-15 18:14:00
Klassik musiqi sevərlərə əsl Barokko musiqisinin unikal ab-havasını, möhtəşəm ahəngi və dövrün incəliklərini yaşadan musiqi axşamı bəxş edib. Qərb musiqi tarixinin parlaq və mürəkkəb bir dövrüdür. Bu dövr musiqisinin məqsədi tamaşaçıda güclü hislər oyatmaq, təmtəraq və dinamik təsir yaratmaq idi. Səhnə dekoru, işıq effektləri və ümumi vizual həll musiqi ilə harmoniyada səslənərək bu gecəni olduqca təsirli sanki qədim dövrlərə açılan vizual bir səyahətə çevirdi.
2025-11-15 17:47:00
Beynəlxalq festival çərçivəsində Azərbaycanda -Xətai Xənət Mərkəzində qonaq olan Beynəlxalq Akvarel Cəmiyyətinin qurucusu və prezidenti Atanur Doğan cənabları mərkəzdə fəaliyyət göstərən Xətai Akvarel Qalereyasını Beynəlxalq statuslu qalereya olması təşəbbüsü ilə çıxış etdi.
2025-11-15 12:24:00
Əfsanəvi tenor Plasido Dominqo noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində çıxış edib.
2025-11-15 12:00:00
Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq silsilə qətllər və digər ağır cinayətlər törədən Xaliq Tağıyev 30 ildən sonra cəzalandırılıb.
2025-11-15 11:32:00
Bakıda 33 yaşlı kişi 210 manatlıq yemək sifariş verdiyi üçün məhkəməlik olub.
2025-11-14 23:47:00
Sabirabadda qadın qətlə yetirilib.
