Kriminal
2025-06-30 17:38:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutub.
2025-06-30 14:01:00
İyunun 30-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun "müdafiə naziri"nə 2020-ci ildə general-leytenant rütbəsinin Ermənistan prezidenti tərəfindən verildiyini açıqlayıb.
2025-06-29 22:27:00
Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.
2025-06-28 16:43:00
Bakı Piano Festivalı 2025 Avstriya musiqiçilərinin konserti ilə davam edib. Simon Raab Jazz Trio Rotunda Roof Garden-də çıxış edib. Konsertdə Saymon Raab (piano), Martin Koçian (bas), Miçat Virzqon (zərb alətləri) çıxış ediblər.
2025-06-28 13:35:00
Bakı Piano Festivalı 2025 çərçivəsində Beynəlxalq Muğam Mərkəzində pianoçu Rüya Taner (Şimali Kipr), pianoçu Yeganə Axundova və Valid Ağayevin dirijorluğu ilə Bakı Kamera Orkestrinin iştirakı ilə klassik musiqi konserti keçirilib.
2025-06-27 16:30:00
Naxçıvanda 49 yaşlı Fərzalı Behbudovun qətli ilə bağlı məhkəmə araşdırması hadisənin maraqlı detallarını üzə çıxarıb.
2025-06-27 15:40:00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera günləri" layihəsi çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Xor Simfonik Musiqi Gecəsi" adlı konsert proqramı baş tutub.
2025-06-27 14:41:00
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat edib.
2025-06-26 18:22:00
Bakıda narkotik maddələrin satışı ilə məşğul olan ata və oğlu saxlanılıb.
2025-06-26 17:43:00
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektoru, Xətai rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş "Ordumuzun Qüdrəti" adlı rəsm müsabiqəsininyekun sərgisi Xətai Sənət Mərkəzində açıldı.
2025-06-26 13:22:00
Bakıya oğurluqlar etmək üçün gələn Gürcüstan vətəndaşları ifşa edilib.
2025-06-25 16:21:00
Cadenza orkestri (Cadenza Contemporary Orchestra) 29 iyun saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində növbəti konsertini keçirəcək.
2025-06-24 21:33:00
Landmark Baku-da "Fortepiano üçün ədəbi etüd" ədəbi müsabiqəsinin qaliblərinin ədəbi gecəsi və mükafatlandırma mərasimi keçirilib. Müsabiqə 2025-ci il Bakı Piano Festivalı çərçivəsində keçirilib. Müsabiqənin məqsədi ədəbi əsərdə canlı musiqi obrazı yaratmaq və ədəbiyyatda musiqi mövzusunu populyarlaşdırmaqdır. İştirakçıların işlərini münsiflər heyəti qiymətləndirib: Maksud İbrahimbəyov adına Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aleksandr Xakimov, NG Creators Club-ın direktoru Natiq Əliyev, Bakı Piano Festivalının media üzrə koordinatoru Rüstəm Hüseynov.
2025-06-24 09:36:00
Azərbaycan rəssamı Cahan Namazova London Beynəlxalq İncəsənət və İstedad Festivalı - Golden Time Talent Festival ilk mükafatına layiq görülüb. İki günlük tədbir dünyanın hər yerindən rəssamları və ifaçıları iki nüfuzlu məkanda - Triton Square və The Shaw Theatre bir araya gətirdi, Layihə çərçivəsində Böyük Britaniya, Almaniya, Qazaxıstan, Polşa, Fransa, Türkiyə, İtaliya, Ukrayna, Litva, Gürcüstan və s.daxil olmaqla 25-dən çox ölkədən rəssamların əsərləri təqdim olunub. 150-dən çox iştirakçı öz istedadlarını təqdim etdi və festivala müxtəlif təhsil və sənət sahələrinin nümayəndələri qatıldı. Festivalda canlı şoular, konsertlər, mükafatlandırma mərasimləri və 14 ölkənin mütəxəssislərindən ibarət beynəlxalq münsiflər heyətinin işi yer aldı. Vokalçılar, rəqqasələr, instrumentalistlər və digər iştirakçılar səhnədə çıxış edərək yüzlərlə insanı istedadları ilə ilhamlandırdılar.
2025-06-23 23:54:00
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və Cəfər Cabbarlının ev muzeyi ilə bağlı tənqidinə cavab verib.
2025-06-23 20:11:00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera günləri" layihəsi çərçivəsində Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün repertuarından ibarət konsert proqramı təqdim olunub.
2025-06-23 18:28:00
Bakı Piano Festivalı 2025 Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin virtuoz konserti ilə davam edib. Anlaşılan konsert Rotunda Roof Garden-da keçirilib.
2025-06-23 17:54:00
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iyunun 21-də və 22-də yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanan "Şah Abbas Namə" adlı tamaşasının premyerası baş tutub.
2025-06-23 17:26:00
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Arts Council Azerbaijan-ın təşkilatçılığı ilə İçərişəhərin Qoşa Qala Meydanında "Küçələrdən Hekayələr" adlı sosial və xeyriyyə layihəsinin açılışı keçirildi. Layihənin müəllifi Surəyyə Məmmədlidir.
2025-06-23 16:07:00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera günləri" layihəsi çərçivəsində Opera Studiyasında Cüzeppe Verdinin "Traviata" operası nümayiş etdirilib.
2025-06-23 13:35:00
"Bakı Piano Festivalı 2025" Rotunda Roof Garden-da Gürcüstanın Zaza Khutsishvili Band alovlandırıcı konserti ilə davam edib.
2025-06-23 13:07:00
Noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində əfsanəvi tenor Plasido Dominqonun konserti keçiriləcək.
2025-06-22 13:32:00
Azərbaycan və Rusiya Kinematoqrafçılar İttifaqlarının üzvü, Rusiyanın Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib.
2025-06-21 22:19:00
Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.nin cinayət işi üzrə məhkəmənin yekun keçirilib.
2025-06-21 16:30:00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən klassik balet sənətinin ən gözəl nümunələrindən biri sayılan Pyotr Çaykovskinin "Qu gölü" baleti Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdirildi.
2025-06-21 11:55:00
Bakı Piano Festivalı 2025 Türkiyənin "Altera Ensemble" musiqi qrupunun iştirakı ilə Kamran Babayev və Ezgi Erin alovlu tanqosu ilə tamaşaçıları sevindirdi.
2025-06-21 11:23:00
21 İyun - Ümumdünya Musiqi Günü münasibətilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində "Dilbərim" xalq mahnısı əsasında musiqili təqdimat hazırlanıb.
2025-06-20 21:36:00
Moskvada uzun illərdir kriminal aləmdə nüfuz sahibi olan 64 yaşlı Merab Canqveladzeyə (kriminal dünyada tanınan adı ilə Merab Suxumski) qarşı cinayət işi açılıb.
2025-06-20 16:24:00
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət təqibindən yayınmaq üçün kuryoz addım atıb.
2025-06-20 14:40:00
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 13 yaşlı Zeynəb Babayevanın müəllifi olduğu “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
2025-06-19 23:00:00
Beynəlxalq Muğam Mərkəzində tanınmış ritm ustadı, pedaqoq, qaval ifaçısı Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib. Gecə pedaqoqun həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlanıb. Yubiley tədbirində Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə çıxış edərək Mahmud Salahı məharətli qaval ifaçısı, Azərbaycan muğamlarının bilicisi, öz sənətini yeni nəslə yorulmadan təbliğ edən fədakar pedaqoq kimi səciyyələndirib. Rektor yubilyara xoş arzularını bildirərək, rəhbərlik etdiyi təhsil ocağının fəxri fərmanını ona təqdim edib. Xalq artistləri Vamiq Məmmədəliyev, Mənsum İbrahimov, AMK-nın kafedra müdiri Firudin Qurbansoy, bəstəkar, Əməkdar artist Vüqar Camalzadə çıxış edərək sənətkara yaradıcılıq uğurları arzulayıblar. Çıxışlarda yubilyar bu sənətdə öz dəsti-xətti olan ifaçı kimi qiymətləndirilib. Gecənin bədii hissəsində Mahmud Salahın tələbələrnin ifasında xalq mahnıları, muğam və təsniflər ifa olunub. Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Qeyd edək ki, Mahmud Salah Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Baba Salahovun rəhbərliyi ilə Azərbaycan Dövlət Televiziyası və Radiosunun Xalq Çalğı Alətləri ansamblında qoşanağara, Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Opera və Balet Teatrının Simfonik Orkestrində qaval ifaçısı kimi çalışıb. 1988-ci ildən "Buta" instrumental muğam üçlüyünü, 2000-ci ildən isə "Qədim Şərq" muğam qrupunun yaradıcısıdır. UNESCO xətti ilə keçirilən bir sıra festivalların iştirakçısıdır. Rəhbərlik etdiyim qrupla Azərbaycan musiqisini Böyük Britaniya, Almaniya, ABŞ, Rusiya və digər ölkələrdə təmsil edib. Hazırda Azərbaycan Milli Konservatoriyasında "Muğam" kafedrasında xanəndələrə qaval ifaçılığından dərs deyir. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az