Siyasət

Bakıda Azərbaycan və Qazaxıstan arasında bir sıra sənədlər imzalandı

2025-03-03 13:39:00

Bakıda Azərbaycan və Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb.

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilir

2025-03-03 11:54:00

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin növbəti iclası keçirilir.

Böyük oyun başlandı

2025-03-03 11:30:00

Geosiyasi səhnə qaynar qazan kimi qaynayır - burada supergüclərin maraqları, siyasətçilərin ambisiyaları və müttəfiqlərin qorxuları bir-birinə qarışır. Vaşinqton yenidən qlobal liderlərin cəzb mərkəzinə çevrilib - hər kəs yeni güc balansında öz yerini almağa tələsir. Avropa isə həyəcanla Donald Trampın davranışına baxır. O, açıq-aşkar tələsmir - nə zəmanətlər verir, nə də vədlər səpələyir. Rusiya isə əksinə, dəyişiklik küləyini hiss edir və fürsətdən maksimum yararlanmağa hazırdır.

Ermənistan üçün son şans: sülh, yoxsa xaos?

2025-03-03 11:09:00

Son aylarda rəsmi İrəvan siyasi ambivalentlik nümayiş etdirərək bir tərəfdən açıq şəkildə sülh çağırışları edir, digər tərəfdən isə Azərbaycanla münasibətlərin normallaşması prosesinə maneələr yaradır. Ermənistan rəhbərliyinin siyasi bəyanatları və konkret addımları göstərir ki, ölkə daxilində hələ də reallığı qəbul etmək istəməyən və xalqı növbəti fəlakətə sürükləməyə hazır olan güclü revanşist qüvvələr mövcuddur.

Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda Zəfər parkını ziyarət edib FOTO

2025-03-03 10:54:00

Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib.

Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib

2025-03-03 10:11:00

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib.

Azərbaycan və İran parlamentlərarası əlaqələri müzakirə etdi

2025-03-03 06:25:00

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun başçısı Südeyf Bədri ikitərəfli əlaqələri müzakirə ediblər.

Ərdoğan buna görə Azərbaycana gələcək

2025-03-02 16:01:00

İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix məlum olub.