Siyasət
2025-11-16 11:14:00
Qırğız Respublikası Azərbaycanın tamhüquqlu üzv qismində Məşvərət görüşləri formatımıza qoşulması təşəbbüsünü dəstəkləyir. Qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq.
2025-11-16 10:57:00
Bu gün Azərbaycanın tamhüquqlu iştirakçı qismində bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik.
2025-11-16 10:44:00
Həmrəyliyin gücləndirilməsi və ortaq inkişafa can atmaq Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir. "Mərkəzi Asiya +" formatlarının qarşılıqlı fəaliyyəti güclənib. Region nüfuzlu beynəlxalq platformalarda vahid mövqedən çıxış edir. Şübhəsiz ki, Azərbaycanın bizim formata qoşulması ilə regionumuzun qlobal miqyasda səsi daha əhəmiyyətli olacaq.
2025-11-16 10:40:00
Bu gün qardaş xalqlarımız üçün həqiqətən də tarixi bir gündür. Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik.
2025-11-16 10:13:00
Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilir.
2025-11-16 10:10:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşünün iclasında iştirak etmək üçün Konqres Mərkəzinə gedib.
2025-11-15 22:41:00
Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 15-də Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub. Son.az
2025-11-15 18:16:00
Noyabrın 15-də Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təntənəli təqdimat mərasimi keçirilib.
2025-11-15 17:18:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub.
2025-11-15 14:22:00
Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.
2025-11-15 13:32:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gedib.
2025-11-15 11:07:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.
2025-11-15 09:46:00
Yaxın Şərqin tarixində elə məqamlar olur ki, bütün beynəlxalq sistemin daxili strukturunu sanki rentgen kimi göstərir. Qəzza da məhz belə haldır. Avropadakı kiçik bir şəhər qədər ərazisi olan bu anklav indi təkcə İsrail və HƏMAS arasında toqquşma meydanı deyil - burada beynəlxalq təhlükəsizlik modelləri, humanitar hüququn müxtəlif yozumları, regional arxitektura və qlobal oyunçuların maraqları üz-üzə gəlir. ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə oktyabrda əldə olunan atəşkəs müharibənin isti fazasını dayandırsa da, böhranın əsas struktur məsələlərinə toxunmadı.
2025-11-14 22:44:00
BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan səfirliyinin binasının raket zərbəsinə məruz qalmasını pisləyib və diplomatik binaların toxunulmazlığı prinsipini xatırladıb.
2025-11-13 21:25:00
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 13-də davam etdirilib.
2025-11-13 16:09:00
İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var.
2025-11-13 16:01:00
Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.
2025-11-13 15:56:00
Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.
2025-11-13 15:53:00
Azərbaycan regiondakı (Mərkəzi Asiyadakı) bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
2025-11-13 15:49:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
2025-11-13 13:58:00
Noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Ceyhun Ramiz oğlu Cəlilovu muxtar respublikanın ictimaiyyətinə təqdim edib.
2025-11-13 11:50:00
İran hakimiyyəti ilk dəfə açıq şəkildə illər öncə ağlasığmaz görünən bir ssenaridən danışdı: su çatışmazlığı səbəbindən on milyonluq paytaxt Tehranın qismən köçürülməsi. Prezident Məsud Pezeşkiyanın "əgər yağışlar yağmasa, bizdə su qalmayacaq" bəyanatı distopik filmləri xatırladır, amma İran üçün bu artıq realdır. Ölkədə eyni zamanda başqa bir faciə də yaşanır: şəhərlilərin nəfəs aldığı hava insan həyatı üçün təhdidə çevrilib. Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, təkcə ötən il hava çirklənməsi nəticəsində demək olar ki, 59 min nəfər ölüb - bu, hər gün 161, hər saat 7 insan deməkdir. Bu göstərici bəzi müharibələrdəki itkilərdən çoxdur və bu dəfə düşmən görünməzdir - toz və tüstü hissəcikləri. Quru rəqəmlərin arxasında minlərlə infarkt, insult, ağciyər xəstəliklərinin kəskinləşməsi və xərçəng halları dayanır. Ətraf mühit artıq insan həyatını qorumaq funksiyasını itirib. İranın iri şəhərlərində hava toksikliyi uzunillik siqaret çəkmə effekti yaradır, təmiz su isə adi nemətdən qıt resursa çevrilib.
2025-11-12 14:54:09
Qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər.
2025-11-12 14:49:00
Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir
2025-11-12 14:37:00
Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir.
2025-11-12 14:34:00
Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib.
2025-11-12 14:30:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
2025-11-12 13:43:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin "China Datang Corporation Ltd." şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
2025-11-12 13:16:00
Bakının Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.
2025-11-12 13:13:00
Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
2025-11-12 12:51:00
C.R.Cəlilovun Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
2025-11-12 12:51:00
Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
