İşdən çıxarılan sədrin əmlakları üzə çıxdı
Digərləri 14 May 2025 19:40:00 54 0
İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri (13.05.2025 tarixində vəzifəsindən azad edilib - red.) Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb.
Bu xəbəri də oxu: Nilufər uzun aradan sonra
Son.az Unikal-a istinadən xəbər verir ki, Saleh Səmədovun İmişlidə "Kral Saray" adlı şadlıq sarayı, "Kral" çay evləri şəbəkəsi, uşaq baxçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var.
Əvvəllər 90 AA 679 nömrəli "Rolls Royce" sürən iş adamının paytaxtda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu deyilir.
Bildirilib ki, 1962-ci ildə anadan olan S.Səmədov 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
S.Səmədov 2002-ci ildə İmişli rayon "Araz" MMC-ni təsis edib. 2010-2011-ci illərdə İmişli Rayon İcra Hakimiyyətində başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə "Xan-Araz" MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə "Azər-S-Test" MMC-də direktor vəzifələrində işləyib.
2024-cü ilin aprel ayının sonlarında İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul edilib. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Saleh Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və o, Şuranın sədri seçilib.
2024-cü ilin əvvəlində İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında Sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun Qələbə günü ilə bağlı çıxışında sinəsinə "Georgi lenti"ni heç də təsadüfən taxmadığından xəbər verir.
Xəbər verdiyimiz kimi, mayın 10-da Qazaxda 2009-cu il təvəllüdlü Vaqif P�

Xəbər verdiyimiz kimi, İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşl

Bakıxanov qəsəbəsində ticarət mərkəzindən gödəkçə oğurlayan şəxs

"Arzunuz ürəyinizdə qalacaq"

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhə

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qeyri-qanun

Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı g�

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılan cinayət işi üzrə

Mayın 19-da saat 16:00- da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus

Hakim tərəfindən dindirilərkən ifadəsində prokurorlar haqqında dediyi s�

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də Ankarada Rusiya Prezidenti V

Rusiya Federasiyasının Əməkdar artisti, Qaraçay-Çərkəz Respublikasının
