Ali məktəblərə keçid balları artırıla bilər
Digərləri 14 May 2025 12:21:25 77 0
Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən 10 min nəfərdən çox olmasıdır. Yəni, abituriyent sayı nə qədər çox olursa, keçid balı bir o qədər artır.
Bu xəbəri də oxu: İcra başçısının müavini 11 ay sonra işdən çıxdı
Bəs bu il ballar arta bilər?
Məsələ ilə bağlı Son.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib:
"Bu il qəbul yerləri ötən ilə nisbətən çox olsa da, bu heç də abituriyentlərdə arxaynlıq yaratmamalıdır. 2024-cü ildə əgər qəbul plan yeri 58500 idisə, Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş plana əsasən bu il ali təhsil müəssələrinin qəbul plan yerinin 65 minə çatması proqnazlaşdırır. Plan yerləri keçən illə müqayisədə ən azı 5000 nəfər çoxdur. Amma bu trendlərin sayı 10 min nəfərdən artıqdır. Həmçinin yüksək bal toplayanların sayı keçən ilki ilə nisbətən çoxdur".
Sözügedən mövzu ilə bağlı DİM-dən bildirildi ki, yayda ixtisas seçimindən öncə keçid ballarına təsir edə biləcək amillərlə bağlı jurnallar dərc ediləcək. İndidən hər hansı proqnoz söyləmək isə düzgün deyil. Abituriyent jurnalının 4-cü sayında konkret ixtisaslar üzrə ayrılmış plan yerləri dərc ediləcək. Yəni ümumi plan yerlərinin sayı arta bilər. Amma bu o demək deyil ki, həmin proses bütün ixtisaslara şamil olunacaq. Bəzi ixtisaslar üzrə artır, bəziləri üzrə azalır.
Abituriyentlər bilməlidir ki, əgər həmin ixtisas üzrə plan yeri artıbsa, onda belə bir ehtimal var ki, keçid balı aşağı düşə bilər.
Aysel Əkbər Son.az
"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan

25 illik fasilədən sonra ABŞ və Suriya liderləri ilk dəfə üz-üzə gör�

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orq

Ağdam rayonu Mobil bazasının direktoru işdən çıxarılıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüy�

Xəbər verdiyimiz kimi, dünən "Avroviziya 2025" mahnı müsabiqəs

Türkiyənin D kanalı Azərbaycanlıdan sujet hazırlayıb.

Azərbaycanda tətbiq edilən icbari tibbi sığorta çərçivəsində əhaliyə

Prezident İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Zati-aliləri cə

Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (&

Dilənçinin üzərindən 2 min manatdan çox pul çıxıb.

Sabah Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında fasi

Sumqayıtda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi.
