Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır Bu necə ola bilər?
Digərləri 14 May 2025 08:47:00 89 0
Ötən günlər bank kartlarından kütləvi talamalar və bankların məsuliyyəti ilə bağlı yazıdan sonra daxil olan müraciətlər sektorda problemlərin daha ciddi olduğunu göstərir. Bir çoxları onların adından kredit götürüldüyünü bildirirlər. Araşdırdıqda isə ağlasığmaz bir vəziyyətlə rastlaşırıq.
Bu xəbəri də oxu: Nazir Leyla Muradzadəyə yüksək vəzifə verdi
Son.az xəbər verir ki, məsələ ilə bağlı İnternet Formunun prezidenti Osman Gündüz açıqlama verib:
"Azərbaycanda son zamanlar bütün banklar onlayn kredit xidməti təklif edirlər. Bu proses sürətlə yayılıb. Müxtəlif kiber fırıldaqlarla başqasının adından onlayn kredit götürmək halları da artıb. Kredit alan şəxs adından əməliyyat aparıldığını günlərlə sonra öyrənir. Bank isə sadəcə "siz təsdiqləmisiniz" deyib məsuliyyəti üzərindən atır. Adi bir araşdırma ilə müşahidə etmək olur ki, bankların onlayn kredit prosesində ciddi risklər var. Qısa araşdırma ilə müəyyən etdim ki yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemi ilə identifikasiya etməklə kredit verir. Əksəriyyət isə adi qaydada, ən yaxşı halda isə video zənglə vətəndaşı identifikasiya edib dərhal onlayn formada kredit ayırırlar. Hətta elə nəhəng banklar var ki, güman ki, xarici mütəxəssislərin iştirakı ilə özlərinin daxili biometrik sistemlərini yaradıblar və bununla vətəndaşları identifikasiya edirlər. Amma qanunvericilikdə nəzərdə tutulduğu qaydada lisenziyalar əldə etməyiblər. Maraqlıdır ki Mərkəzi Bank da bu tip hallara qarşı ciddi tədbirlər görməyib".
Ekspert bildirir ki, Mərkəzi Bankın mövcud qaydalarına görə banklar video zəng xidmətlərindən istifadə edib identifikasiya apara bilərlər:
"Amma bu tip yanaşmalar artıq öz əhəmiyyətini itirib. Qonşu ölkələrin də təcrübəsinə baxanda görsənir ki daha çox təkmil biometrik identifikasiyaya üstünlük verilir. Düşünürəm ki, Azərbaycanda da qanunvericilik təkmilləşdirilməlidir. Biometrik identifikasiya onlayn kredit üçün məcburi olmalıdır - başqa seçim verilməli deyil banklara. Bu mütləq şəkildə qanunvericilikdə, Mərkəzi Bankın qaydalarında öz əksini tapmalıdır. Həm də yalnız lisenziyası olan biometrik imzalama vasitələrinə icazə verilməlidir". Daha bir məqam isə rəqəmsal savadlılığı yetərli olmayan, əlində bir neçə bankı kartı olan vətəndaşlarla bağlıdır.
Bəs bu zaman nələrə diqqət etməliyik?
Ekspert bildirib ki, əlbəttə ümumilikdə onlayn kredit xidmətlərini tam məhdudlaşdırmaq, bankların rəqəmsal xidmətlərini çətinləşdirmək doğru olmazdı və bu rəqəmsal transformasiyanı da ləngidə bilər:
"Amma düşünürəm ki bütün banklar öz mobil tətbiqlərində vətəndaşlara seçim imkanlarını genişləndirməldir, məsələn vətəndaşlara ümumiyyətlə kredit məsələsinə STOP qoymaq imkanı verməlidir. Ümumiyyətlə, düşünürəm ki hazırda bu sektorda yaranmış situasiya diqtə edir ki, Mərkəzi Bank banklara qarşı yeni yanaşma sərgiləməlidir. Yəni banklar kartları talanmış, rəqəmsal savadlılığı yetərli olmayan vətəndaşlara, adına onlayn kreidt götürülmüş vətəndaşlara "təhlükəsizlik sizin öhdəliyinizdədir", "özünüz kodu təsdiqləmisiniz" deyə başdan eləməli deyillər".
Qeyd edək ki, əgər bankların bu sahədə məsuliyyəti artırılmayacaqsa, oğurlanan və talanan vəsaitlərə görə banklar da məsuliyyət daşımayacaqsa bu problemin həlli çox çətin olacaq.
Aysel Əkbər Son.az
Valideynlərin bir çoxu qız övladlarının kiçik yaşlardan etibarən gözə

Müğənni Aysun İsmayılovanın rayderi üzə çıxıb.

ABŞ elektrikli avtomobillərə verilən vergi güzəştlərini ləğv etməyi p

Zaman-zaman həyat yoldaşı ilə bağlı açıqlamaları ilə gündəm olan mü

Amerikanın Google korporasiyası 10 ildən sonra ilk dəfə olaraq öz loqotipi

Süni intelekt yalanın potensial əlamətləri ilə bağlı maraqlı nəticəl

Aparıcı və aktyor Sərxan Kərəmoğlu qalmaqallı açıqlama verib.

Son illərdə sağlam həyat tendensiyaları arasında önə çıxan üsullardan

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş smartfonlar düzgü

Qəfil başlayan öskürək tutması ilə gecəni təcili yardım otağında ke�

Məşhur dünya ulduzu Castin Biberin yeni görüntüsü geniş müzakirələrə

İllər sonra Azərbaycana gələn aparıcı Gülnarə Məmmədova həyat yolda�

11 yaş uşağın ayağında qırılıb qalan iynə 14 gün sonra aşkarlandı.

Bakıda qətl törətməkdə təqsirləndirilən paytaxt sakinləri - Əli Eybat

14 May 2025 üçün ulduz falınız - Bürcünüzə görə günün proqnozu
