Çin maşınları "MercedesBenz"i çökdürür


Digərləri 13 May 2025 21:00:00 68 0

Çin maşınları "MercedesBenz"i çökdürür

Almaniyanın nəhəng avtomobil istehsalçıları Mercedes-Benz, BMW və Volkswagen bu ilin ilk rübündə kəskin mənfəət itkisi ilə üzləşib. Çin bazarındakı satışların azalması, xərclərin artması və ABŞ-ın yeni gömrük vergiləri bu geriləməyə səbəb olub.

Son.az xəbər verir ki, Mercedes-Benz-in mənfəəti 40,7 faiz, BMW-ninki 25,2 faiz, Volkswagen-in isə 37 faiz azalıb. Alman avtomobil mütəxəssisi Ferdinand Dudenhöffer bildirib ki, əsas səbəb Çin bazarındakı zəifləmələrdir. O deyib ki, Alman markaları Çin şirkətləri ilə əməkdaşlıq və texnologiya yatırımları sayəsində 2026-cı ildən etibarən yenidən yüksəlişə keçə bilər.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 25 faiz əlavə gömrük vergisi Alman istehsalçılarını daha da sıxışdırır. Bu vəziyyət Alman şirkətlərinin diqqətini Asiya bazarına yönəldə bilər.

Alman avtomobil sənayesini həm də elektrikli maşınlara keçidin yaratdığı yüksək xərclər, proqram problemləri və tez-tez olan geri çağırmalar sıxır. Çıxış yolu kimi kütləvi ixtisarlar və başqa qənaət tədbirləri gündəmdədir.

Çində bir avtomobil üçün işçilik xərci təxminən 600 dollar, Almaniyada isə bu rəqəm 3.300 dollara qədərdir. Bu fərq Alman şirkətlərinin qlobal rəqabətdə vəziyyətini ağırlaşdırır.

Avtomobil sektoru Almaniya üçün hələ də həyati önəm daşıyır: ölkə iqtisadiyyatının 5 faizi, sənaye iş yerlərinin 14 faizi bu sahəyə bağlıdır. Sektorun illik ixracı 290 milyard avro təşkil edir və bu da Almaniyanın ümumi ixracının 17 faizinə bərabərdir.

Çində isə vəziyyət Almanlar üçün daha da çətinləşib. BYD, Nio və Geely kimi yerli brendlər bazara tam nəzarəti ələ almağa başlayıblar. Çin istehsalı olan ucuz və subsidiyalı elektrikli maşınların Avropaya axını isə Alman avtomobil sənayesi üçün daha böyük və uzunmüddətli təhlükə yaradır.

İslam Son.az

 
Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü like
  • 13 May 20:35  
Digərləri Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü

AzTV-də Azərbaycan şahmatının canlı əfsanəsi, beynəlxalq dərəcəli ha

arrow Ətraflı
Sərxan Asif Kərimovdan üzr istədi like
  • 13 May 20:12  
Şou-biznes Sərxan Asif Kərimovdan üzr istədi

Müğənni Sərxan Kərəmoğlu mübahisə yaşadığı prodüser Asif Kərimovd

arrow Ətraflı
Piknikə gedəndə bu rəng paltarlar geyinməyin  Gənə yapışacaq like
  • 13 May 20:00  
Digərləri Piknikə gedəndə bu rəng paltarlar geyinməyin Gənə yapışacaq

Piknik edərkən bəzi rəngli paltarları geyinməmək tövsiyyə olunur.

arrow Ətraflı
Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar  FOTO like
  • 13 May 19:44  
Şou-biznes Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar FOTO

Bu gün, mayın 13-də Bazeldə "Avroviziya 2025" beynəlxalq mahnı m

arrow Ətraflı
Tramp Ərəbistanda nə edəcəyini bilmədi  VİDEO like
  • 13 May 19:16  
Dünya Tramp Ərəbistanda nə edəcəyini bilmədi VİDEO

ABŞ prezidenti Donald Tramp Körfəz ölkələrinə ilk səfərini həyata keç

arrow Ətraflı
İşdən çıxarılan direktorun DOSYESİ like
  • 13 May 19:02  
Digərləri İşdən çıxarılan direktorun DOSYESİ

Xəbər verdiyimiz kimi, Bakı şəhəriindəki 207 nömrəli tam orta məktəbi

arrow Ətraflı
Saleh Səmədov bu hərəkətinə görə vəzifəsindən azad edildi like
  • 13 May 18:54  
Digərləri Saleh Səmədov bu hərəkətinə görə vəzifəsindən azad edildi

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkən

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 13 May 18:46  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

Yasamal rayonu, Kənar Dairəvi yolda aşkar olunmuş yeraltı qaz sızmasının

arrow Ətraflı
Vardanyanın məhkəməsi davam etdirilib like
  • 13 May 18:28  
Siyasət Vardanyanın məhkəməsi davam etdirilib

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər

arrow Ətraflı
Azərbaycanlı aparıcı onları polisə verdi  FOTO like
  • 13 May 18:12  
Şou-biznes Azərbaycanlı aparıcı onları polisə verdi FOTO

Teleaparıcı Jalə Həsənlinin başına iş gəlib.

arrow Ətraflı
Çayın qiyməti BAHALAŞACAQ? like
  • 13 May 17:58  
Digərləri Çayın qiyməti BAHALAŞACAQ?

Azərbaycan çayı əsrlər boyu həm bölgədə, həm də beynəlxalq səviyyə

arrow Ətraflı
Uşağınızda qaşınma, qızartı, səpki varsa, bu qidaları verməyin like
  • 13 May 17:50  
Digərləri Uşağınızda qaşınma, qızartı, səpki varsa, bu qidaları verməyin

Son vaxtlar uşaqlar arasında allergik reaksiyalar artıb.

arrow Ətraflı
“3cü Bakı Müasir Musiqi Günləri” Festivalı başlayır like
  • 13 May 17:45  
Kriminal “3cü Bakı Müasir Musiqi Günləri” Festivalı başlayır

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikas�

arrow Ətraflı