VTB Rusiyada tibbi turizmin inkişafına dair layihəyə start verir
Digərləri 13 May 2025 14:45:00 83 0
VTB MDB və digər dövlətlərdən Rusiyada müalicə olunması üçün yeni layihəyə start verib. Layihənin həyata keçirilməsini "VTB Səhiyyə" təşkil edəcək və pasiyentlərə tibbi xidmətlərin tam dövrünü əhatə edən kompleks dəstək göstərəcək: həkim və klinikaların seçilməsindən tutmuş nəqliyyat və yaşayış məsələlərinin həllinə qədər. Bankın qiymətləndirməsinə görə, bu layihənin potensial auditoriyası hər il ən azı 1 milyon nəfər təşkil edə bilər.
Bu xəbəri də oxu: Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü
"VTB Səhiyyə" klinika seçimi, qiymət hesablaması, qəbul üçün qeydiyyat, sənədlərin tərcüməsi, sığorta və klinikada pasiyentin müşayiət olunması daxil olmaqla, geniş spektrli xidmətlər təklif edəcək.
İyunun sonunadək pilot layihəyə ilk partnyor klinikalar - həm özəl şəbəkələr, həm də ödənişli əsaslarla fəaliyyət göstərən dövlət müəssisələri - qoşulacaq. Tibbi müəssisənin seçilməsi üçün ilkin müraciətləri "VTB Səhiyyə"nin rəsmi saytı və Rusiya Səhiyyə Nazirliyinin dəstəyi ilə yaradılmış Russiamedtravel.ru informasiya portalı vasitəsilə etmək mümkün olacaq.
VTB-nin prezidentinin müavini - idarə heyəti sədrinin birinci müavini Georgi Qorşkov bildirib:
"Rusiya həkimləri uzun illərdir ki, dünya miqyasında tanınmış mütəxəssislərdir və buna görə də xaricdən gələn pasiyentlərin sayı artmaqdadır. Tibbi turizm iqtisadiyyatın mühüm sahəsidir və biz bu sahəni fəal şəkildə dəstəkləməyə hazırıq. Məhz buna görə də yeni şirkət - "VTB Səhiyyə"ni yaratmışıq. Biz ölkənin bütün regionlarında fəaliyyət göstəririk, sosial müdafiə sahəsində geniş partnyor şəbəkəmiz var, eyni zamanda beynəlxalq ödənişlərin həyata keçirilməsini öz üzərimizə götürürük ki, bu da bu gün xarici vətəndaşlar üçün əsas maneələrdən biridir. Əminəm ki, bu layihə Rusiyada tibbi turizmin əsas drayverinə çevriləcək." "Biz MDB ölkələrində apardığımız tədqiqatlar nəticəsində müəyyən etdik ki, insanların yüksək keyfiyyətli və operativ tibbi xidmətlərə böyük ehtiyacı var, lakin yerli səhiyyə bu tələbatı tam ödəyə bilmir.
Türkiyədə iş görüşməsinə gedən qadın həyatının şokunu yaşayıb.

Yardımlaşma, mərhəmət, ətraf mühitə və insanlara sevgi, qayğı ilə ya

Şəhərin müxtəlif yerlərində 3 manata kabab elanlarına rast gəlirik. Bu

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 13-də Azərbaycan Respubl

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları maraqlı açıqlamalar ver

Təəssüf ki, boşanma tək maddi yox mənəvi itkilərə də səbəb olur. Bu

Gənc oğlan neyroşəbəkə vasitəsilə özünün xanım avatarını yaradıb

Məlum olduğu kimi, SİMA rəqəmsal imza Dövlət Vergi Xidmətinin fərdi sah

"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələr

Toros dağlarının ətəyində özbaşına bitən və yerli sakinlər tərəfin

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkiş
