Trampdan tarixi qərar Dərman qiymətləri ilə bağlı mühüm dəyişiklik FOTO
Dünya 12 May 2025 22:39:00 83 0
ABŞ-nin sabiq prezidenti Donald Tramp dərman sektorunu silkələyəcək yeni fərman imzalayıb.
Bu xəbəri də oxu: Papa Ukrayna və Yaxın Şərqdə sülhə çağırdı
Son.az xəbər verir ki, "Truth Social" platformasında paylaşım edən Tramp ölkə tarixində ən mühüm icra sərəncamlarından birini imzalayacağını bildirərək, reseptli dərman və əczaxana qiymətlərinin 30%-dən 80%-ə qədər endiriləcəyini açıqlayıb.
Trampın sözlərinə görə, bu fərman yalnız ABŞ üçün deyil, bütün dünyada dərman qiymətlərinə təsir edəcək. "Qiymətlər bütün dünyada artaraq bərabərlik yaradacaq və uzun illərdən sonra ilk dəfə Amerikaya ədalət gətirəcək", - deyə o, vurğulayıb.
Tramp paylaşımında uzun illərdir reseptlə satılan dərmanların ABŞ-də digər ölkələrlə müqayisədə 5-10 dəfə baha olduğunu xatırladıb:
"Bu həmişə izaholunmaz və utancverici olub. Eyni dərman eyni laboratoriyada istehsal olunur, amma ABŞ-də 10 qat baha satılır. Bunu izah etməyin yolu yoxdur" .
Tramp əczaçılıq şirkətlərinin uzun illər boyu tədqiqat və inkişaf (Ar-Ge) xərclərini əsas gətirərək qiymətləri süni şəkildə şişirtdiyini qeyd edib.
"Artıq bu yükü yalnız amerikalılar çəkməyəcək. Kampaniya töhfələri möcüzələr yarada bilər, amma mənimlə və Respublikaçılarla deyil," - deyə o sərt şəkildə bildirib.
Yeni fərmanla ABŞ-ın dərman qiymətlərini dünya üzrə ən aşağı qiymət ödəyən ölkənin səviyyəsinə endirəcəyi planlaşdırılır. Tramp bunun trilyonlarla dollar qənaətə səbəb olacağını və vətəndaşların səhiyyə xərclərinin minimuma düşəcəyini bildirib.
Tramp çıxışının sonunda ənənəvi şüarını təkrarlayaraq bildirib:
"Amerikaya nəhayət ədalətli davranılacaq. Səhiyyə sektoru dəyişəcək. Amerikanı yenidən möhtəşəm edək!"
Fidan Son.az
Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tay

Bakı şəhər Baş Polis İdarəsi Azərbaycanın Avropa Şurası yanında Daim

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində y

Məşhur müğənni Sıla Gençoğlu,viza problemi ilə üzləşməmək üçün

Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsy

Kanal D ekranlarının sevilən serialı "Eşref Rüya" böyük maraql

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

"Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək h�

Marketlərdə alış-veriş zamanı post-terminal vasitəsilə vətəndaş tər�

Böyük Britaniyanın Baş naziri Keir Starmerin evində yanğın baş verib.

İctimai nəqliyyat vasitələrindən ən çox istifadə olunanlardan biri - met

Xalq artisti Röya Ayxan aparıcı Zaur Baxşəliyevə səhnədən söz atıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında faydalı qazın

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisind�
