Zərərçəkmiş: Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər
Siyasət 12 May 2025 15:44:00 61 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi zamanı zərərçəkmiş şəxs Elşad Alışov ifadə verib.
Bu xəbəri də oxu: Deputat: AzərbaycanLüksemburq münasibətlərində yeni mərhələnin açılması hər iki tərəfin marağındadır FOTO
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, E.Alışov Kəlbəcər işğal olunandan sonra Başlıbeli tərk etmək məcburiyyətində qaldıqlarını, bu zaman anası, bacısı, balaca qardaşı, əmisi qızları və əmisi gəlini ilə birlikdə maşınla Tunel istiqamətindən rayonu tərk etmək istədiklərini deyib.
"Ermənilər bütün tuneli mühasirəyə almışdılar. Oradan keçərkən maşınımızı atəşə tutdular. Nəticədə anam ayağından yaralandı, güllə bacımın ağzının içindən girib o biri tərəfdən çıxmışdı. Anamı kürəyimə alıb təxminən 300 metr apardım, amma qardaşımı və digərlərini çıxara bilmədim. Onlardan indiyədək xəbər yoxdur", - deyə E.Alışov bildirib.
Yola qonşuları Yusiflə birgə çıxdıqlarını bildirən zərərçəkmiş şəxs onların olduğu maşının vurulduğunu da diqqətə çatdırıb. O, daha sonra deyib: "Yusif maşından 50-60 metr kənarda yaralı idi. Onun qardaşı ölmüşdü, həyat yoldaşı və bacısı qızı isə yaralı idi".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Ərzurum meri Mustafa Çiftçinin oğlu Tarık Çiftçinin sosial mediada polisl

Milli Məclisin Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə i

Narkotik vasitələrin təbliği ittihamı ilə saxlanılan məşhur rep ifaçı

12 mayda baş verəcək Dolça Ay bu həftəyə emosional gərginlik və enerjin

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı hərbçi həlak olub.

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət

Mərhum reper Anar Nağılbazın anası Şərqiyə Cəbiyeva Tarix Əliyevin ver

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər ara

Çiçəklərinizin solmasına imkan verməyin - bu TikTok hesabları evinizi ya�

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında müasi

"TikTok"da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının
