Bakıda kişini oğurlayıb, soyundurub videoya çəkdilər


Digərləri 12 May 2025 12:13:42 77 0

Bakıda kişini oğurlayıb, soyundurub videoya çəkdilər

Bakıda narkotik satışı ilə məşğul olan şəxs 3 nəfər tərəfindən oğurlanıb. Onu üç gün ac-susuz saxlayıb işgəncə veriblər. Sərbəst buraxmaq üçün pul istəyiblər.

Son.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib. Oğurlanan şəxsi Hövsana aparıblar.

Vaqif, Elxan və Əli adlı şəxslər birlikdə narkotik satışı ilə məşğul olan Xaliqi oğurlayıblar.

Dəstə üzvləri Nizami rayonu, Naxçıvanski küçəsində ağ rəngli "Opel" markalı avtomobillə Xaliqin qarşısını kəsiblər. Onun əlini və gözlərini bağlayaraq avtomobilin arxa oturacağına əyləşdiriblər. Xaliqi Hövsan qəsəbəsində fərdi yaşayış evinə aparıblar.

Onu orada 3 gün ac-susuz saxlayaraq işgəncələr veriblər. Bunu videoya da çəkiblər. Xaliqin paltarlarını soyunduraraq onu döyüblər, telefonla da lentə alıblar.

Həmin videoda Xaliqin təpik zərbələri ilə vurulması, onun ağzının köynəklə bağlı olması, həmin şəxslərin onu çevirərək qarın və sinə nahiyələrinə də təpiklə zərbə endirmələri müəyyən olunub.

İstintaq zamanı məlum olub ki, dəstə üzvləri uzun müddət imiş Xaliqi axtarırmışlar. Onlar Xaliqdən narkotik satdığı üçün aylıq pul almaq istəyirmişlər.

Dəstə üzvləri Xaliqi Qönçə adlı qadının xəbər verməsi ilə tapıblar. Belə ki, Qönçə ilə Xaliq bir müddət sevgili kimi birlikdə yaşayıblar. Onların hər ikisi narkotik vasitədən istifadə edirmiş. Bir müddət sonra Xaliqlə Qönçənin münasibətləri pozulub. Xaliq Qönçəni qısqanmağa və döyməyə başlayıb. Qönçə Xaliqdən qisas almaq üçün onun yeri barədə Vaqifə məlumat verib. Vaqifgil Xaliqi Qönçənin evinin qarşısında tutublar. Hətta Xaliqi maşına əyləşdirib əllərini bağlayanda görüntülü olaraq Qönçəyə zəng də ediblər.

Qönçənin ifadəsindən hadisənin digər təfərrüatı da məlum olub.

"Xaliqdən canımı qurtarmaq istədiyim üçün Vaqifgilə dedim. Vaqifgil Xaliqi tutanda videogörüntü ilə zəng etdilər. Həmin vaxt yanımda Arzu da var idi. Xaliqin qolları arxaya doğru bağlı və başı aşağı əyilmişdi. Onu yumruqlarla vuraraq döyürdülər. Bir də zəng edəndə Xaliq soyundurulmuş, qolları və əli bağlı vəziyyətdə yerdə uzanıqlı vəziyyətdə idi. Vaqif Xaliqdən - "Qönçə, qələt eləmişəm, bir də sənə yaxın durmaram", - deməsini tələb edirdi. Xaliq demədikdə Vaqif dəmir parçası ilə onu vururdu.

Həmin vaxt Vaqif məndən tələb etdi ki, telefonu Arzuya verim. Arzu da narkotik satışı ilə məşğul idi. Vaqif Arzuya dedi ki, ayda 500 manat verməsə, onu da Xaliqin gününə salacaqlar, saçını qırxacaqlar. Arzu da razılaşdı. Pulu gəlib bizim evdən apardılar", - deyə Qönçə hadisə barədə danışarkən deyib.

Qönçənin sözlərinə görə Vaqifgil Xaliqi sərbəst buraxmaq üçün 5 min manat istəyiblər. Xaliqin pulu olmadığı üçün ona 5 min manatlıq narkotik veriblər ki, sataraq pulunu onlara ödəsin.

Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkmiş kimi tanınan Vaqif istintaq zamanı Qönçənin dediyi kimi ifadə verib. Necə işgəncə görməsini, oğurlanmasını danışıb. Lakin məhkəmədə bütün bunları təkzib edib və şikayətçi olmadığını deyib.

Xaliq istintaq zamanı verdiyi ifadəsində bunları deyib:

"Gözlərim bağlı olduğu üçün kimlərin döydüyünü görmədim. Yerdə uzanıqlı olanda dəyənəklə vururdular. Huşumu itirmişdim. Ayılanda Vaqifin Qönçə ilə görüntülü danışdığını eşitdim. Qönçəyə - "necədir? Yaxşıdır? Yoxsa bir az da döyüm?" - deyirdi. Qönçə - "bəsdir", - cavabını verdi. Sonra Qönçə telefonu Arzuya verdi. Arzu - "mənim şəkərim var, baxa bilmərəm", - dedi".

Xaliq istintaqda dindirilən zaman əlavə edib ki, Vaqif telefonda "şəmkirli" deyə müraciət etdiyi şəxslə danışanda ondan yeni işgəncə variantları öyrənibmiş:

"Vaqif danışanda deyirdi ki, buna nə edim ki, pul versin? Həmin şəxs də Vaqifə - "barmağını kəsin", - dedi. Taxta gətirib əllərimi həmin taxtanın üzərinə qoydular. Vaqif xəncəri çıxarıb - "ya barmağın, ya pul", - dedi. Pulumun olmadığını dedim. Xəncəri bir balaca barmağıma sürtdü. Barmağım bir az qanadı. İşgəncələrdən yemək yeyə bilmirdim. Ancaq su içirdim. Ağzımdan qan gəlirdi. Pulumun olmadığını biləndə Vaqif dedi ki, 5 minlik marixuana verəcək, həmin narkotiki satıb pulunu ona verməyimi istədi. Məni buna görə buraxdılar".

Sonrakı görüşdə Xaliq Vaqifgilin dediyini etməyib. Bundan sonra onun videoları iranlı instagram istifadəçisi tərəfindən ona göndərilib və "bundan da betər olacaqsan", - belə mesaj yazılıb.

Xaliq məhkəmədəki ifadəsində istintaq zamanı dediklərini inkar edərək bildirib ki, təqsirləndirilən şəxslərin heç birindən şikayətçi deyil. Onun sözlərinə görə Vaqifgilin onu döyməkdə, videoya çəkməkdə pis niyyətləri olmayıbmış...

Məhkəmənin hökmü ilə Vaqif  9 il, dəstənin digər üzvləri Elxan və Əli isə hərəsi 8 il azadlıqdan məhrum ediliblər. (Musavat.com)

 
PKKnın özünü buraxdığı an  FOTO like
  • 12 May 12:10  
Digərləri PKKnın özünü buraxdığı an FOTO

PKK terror təşkilatı 12-ci qurultayından sonra yayımladığı bəyanatda ö

arrow Ətraflı
Yaşar Gülər Azərbaycana gəlir like
  • 12 May 12:04  
Digərləri Yaşar Gülər Azərbaycana gəlir

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edəcək

arrow Ətraflı
Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?  FOTO like
  • 12 May 11:57  
Şou-biznes Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" meda

arrow Ətraflı
Turizm mərkəzindəki qiymət şoka salır  FOTO like
  • 12 May 11:23  
Digərləri Turizm mərkəzindəki qiymət şoka salır FOTO

Yay gələn kimi dolub-daşan Çeşmə bu dəfə də qiymət şokuyla gündəmə

arrow Ətraflı
Azərbaycanın ən hündür asma körpüsü  İşlər nə yerdədir? like
  • 12 May 10:45  
Digərləri Azərbaycanın ən hündür asma körpüsü İşlər nə yerdədir?

Muğanlı-İsmayılı-Qəbələ yolunun 5-ci kilometrliyində inşa edilən, uzu

arrow Ətraflı
Bakıda tanınmış bloqerlər vətəndaşları aladadıb  İDDİA like
  • 12 May 10:32  
Digərləri Bakıda tanınmış bloqerlər vətəndaşları aladadıb İDDİA

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin "TikTok" reklam

arrow Ətraflı
Xalq artisti xəstəxanaya yerləşdirildi like
  • 12 May 10:32  
Şou-biznes Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
PKK ləğv edildi like
  • 12 May 10:17  
Digərləri PKK ləğv edildi

Terror təşkilatı PKK ləğvetmə qərarını açıqlayıb.

arrow Ətraflı
Kadir İnanır müalicədən sonra ilk dəfə  FOTO like
  • 12 May 10:07  
Şou-biznes Kadir İnanır müalicədən sonra ilk dəfə FOTO

Türk kinosunun əfsanəvi aktyoru Kadir İnanırın son görüntüsü pərəsti

arrow Ətraflı
Yenə kartlardan pul oğurlandı like
  • 12 May 09:50  
Kriminal Yenə kartlardan pul oğurlandı

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

arrow Ətraflı
Hollivud ulduzunun əkizləri oldu like
  • 12 May 09:43  
Şou-biznes Hollivud ulduzunun əkizləri oldu

Aktrisa Ember Hörd yenidən ana olub.

arrow Ətraflı
DTX əməliyyat keçirdi: çox sayda terrorçu xaricdə ƏLƏ KEÇDİ like
  • 12 May 09:27  
Kriminal DTX əməliyyat keçirdi: çox sayda terrorçu xaricdə ƏLƏ KEÇDİ

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorç

arrow Ətraflı
Azərbaycanda bu valyutalar UCUZLAŞDI, dollar isə... like
  • 12 May 09:22  
Digərləri Azərbaycanda bu valyutalar UCUZLAŞDI, dollar isə...

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
50 yaşlı kişi alçaya görə öldü like
  • 12 May 09:15  
Digərləri 50 yaşlı kişi alçaya görə öldü

Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
Bu bürclərin üzünə bütün qapılar AÇILACAQ like
  • 12 May 09:05  
Digərləri Bu bürclərin üzünə bütün qapılar AÇILACAQ

Yeni həftə bürcün dörd əlaməti üçün bütün qapıları açacaq. 

arrow Ətraflı