Ermənistanın cari vəziyyəti: Təcrid olunmuş və unudulmuş
Siyasət 11 May 2025 10:53:00 74 0
Ermənistanda siyasi məntiq, beynəlxalq hüquq normaları və diplomatik davranış kodeksləri uzun müddətdir ki, unudulub.
Ermənistanda hələ də köhnə, imperialist və etnosentrik yanaşmalardan əl çəkilmir. Bu isə onu göstərir ki, Ermənistan rəhbərliyi keçmiş səhvlərdən dərs almaq əvəzinə, həmin yanlışları təkrar edir.
Nikol Paşinyan hakimiyyətinin uğursuz diplomatiyası nəticəsində ölkə dünyadan təcrid olunmuş vəziyyətə gəlib çıxıb.
Paşinyanın Moskvaya səfəri növbəti dəfə Ermənistanın cari vəziyyətini müxtəlif formalarda sərgilədi.
Sosial şəbəkələrdə geniş yayılan bir fotoda Paşinyan həmkarlarından təcrid olunmuş halda oturub və Ermənistanın cari mövqeyini əks etdirir. Paşinyanın timsalında Ermənistan hazırda həm regionda həm də dünyada bu mövqedədir.
Təcrid olunmuş və unudulmuş
Sülhdən qaçan və regionda alət olmağa davam edən Ermənistan bugün bu mövqedədir. İndi heç kimə lazım deyil, unudulub və illərlə aparılam yalnış diplomatiya onun təcrid olunmasına gətirib çıxarıb.
Sülhə real töhfə vermək əvəzinə, Ermənistanın siyasi elitası daxili ictimai rəyə hesablanmış populist çıxışlara və beynəlxalq aləmi aldatmağa yönəlmiş ritorikaya üstünlük verir. Tarixi və hüquqi reallıqlara deyil, mifoloji yanaşmalara əsaslanan bu mövqe region üçün təhlükəli nəticələr doğurur.
Əgər Ermənistan həqiqətən də regionda davamlı sülh istəyirsə, bu yalnız real niyyət və ardıcıl addımlarla mümkündür. Təxribatları dayandırmaq, güc tətbiqindən imtina etmək və şəffaf danışıqlara sadiq qalmaq əsas şərtlərdir. Əks halda, sülh yalnız ritorik səviyyədə qalacaq və regionda sabitlik əvəzinə daha dərin böhran yarana bilər.
Asif Mehman Son.az
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Ağ Evdə nadir hallar

Ukraynanın paytaxtı Kiyevdə "İstəklilər koalisiyası" adlı təd

"Avroviziya"da ölkəmizə qalibiyyət sevinci yaşadan Nigar Camal 1

"Volvo Cars" şirkəti 450 000 avtomobili təmir üçün geri çağır

Ukraynanın Dnepr şəhərində 20 yaşlı qadın 1 yaşlı oğlunu 1 milyon qri

Mayın birinci yarısında astroloji proqnozlar üç bürc üçün güclü dəyi

Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların yub

Konsertdən çıxan müğənni Nəfəsin başına iş gəlib. Son.az xəbər

Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura

Psixoloji vəziyyətimizin pozulduğunu göstərən bəzi əlamətlər vardır k

Səyahətə başlamaq istəyirsinizsə, aşağıdakı addımlar sizə kömək ed

Astroloqlar önümüzdəki həftələrdə bürcün üç əlamətinin peşəkar s
