AMEAnın həyətində yeni çayxana Ekspertlər narazıdır, Akademiya susur
Digərləri 10 May 2025 17:42:00 80 0
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində yeni çayxana tikilir. Modern.az-ın məlumatına görə, tikinti işləri bir müddətdir davam edir.
Bu xəbəri də oxu: Gəzməyə çıxdığı yolda görün nə tapdı "İlk dəfədir belə bir şey görürəm"
Məsələ ilə bağlı AMEA-ya ünvanlanan sorğu isə cavabsız qalıb.
Qeyd edək ki, artıq həmin ərazidə çay içmək üçün bir məkan olsa da, burada da daha çox tipik çayxana atmosferi formalaşıb. Müşahidəçilər deyir ki, AMEA-nın həyəti artıq ənənəvi elmi müzakirələrin yox, "çayxana söhbətlərinin" məkanına çevrilib.
Ənənəvi olaraq elm müəssisələri cəmiyyətin intellektual inkişafına xidmət edən nüfuzlu qurumlardır. Belə məkanda çayxana tikintisi, elmi mühitin mahiyyətinə və ictimai gözləntilərə ziddir. Elm mərkəzlərinin fiziki məkanları da simvolik əhəmiyyət daşıyır: bu məkanlarda yaradılan mühit elmə, təhsilə və bilik paylaşımına təşviq etməlidir. Lakin AMEA-nın həyətində iaşə obyektinin inşa olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və bəzi ekspertlər tərəfindən tənqid olunur.
Son.az xəbər verir ki, modern.az əməkdaşı mövzu ilə bağlı tanınmış təhsil ekspertləri Nadir İsrafilov və Etibar Əliyevin fikirlərini öyrənib.
"Elm ocağı hara, çayxana hara?!"
Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, elm məkanlarında bu cür obyektlərin yaradılması, nə qədər bazar iqtisadiyyatı şəraitində baş versə də, doğru deyil:
"Mən sovet dövrünə bəraət qazandırmaq istəmirəm, amma o zaman bu cür hallar mümkün deyildi. Hər obyekt öz yerində inşa olunurdu. Elm ocağı hara, çayxana hara?! Bir vaxtlar məktəblərin yaxınlığında internet klublar açılırdı və bu, uşaqları dərsdən yayındırırdı. Cəmiyyət buna etiraz etdi, məsələ gündəmə gəldi və həmin obyektlər tədricən yığışdırıldı. İndi isə obyektlərin yerləşdirilməsinə nəzarət edilmir."
Ekspert əlavə edir ki, elm müəssisəsinin ərazisinin kommersiya məqsədilə istifadəsi ümumi görüntünü və ictimai dəyərləndirməni korlayır:
"Biz xaricdəki ali təhsil müəssisələrinə baxanda əsl elm mərkəzi görürük. Oksford, Harvard, Massaçusets universitetlərinin ətrafına baxanda görürsən ki, elm mərkəzi olması görünür. Bir vaxtlar Elmlər Akademiyasının ərazisi də akademiya şəhərciyi idi. Orada onun institutları, mərkəzləri yerləşirdi. Hər obyekt özünə uyğun məkanda olmalıdır. Bir müddət sonra insanlar arasında söz də yayılacaq ki, "akademiyanın çayxanasına gedirəm". Bu aydın məsələdir ki, öz əməkdaşları üçün bufeti var. Akademiya şəhərciyi onun özünə aid olmalıdır. Orada hərhansı iaşə obyekti xoşagələn təəssürat yaratmır" "Elm mərkəzində çayxana yox, kitab köşkü tikilməlidir"
Təhsil eksperti Etibar Əliyev isə daha sərt mövqe bildirərək qeyd edir ki, AMEA-nın həyətində çayxana yox, kitab köşkü və ya açıq kitabxana yaradılmalıdır:
"AMEA ölkənin aparıcı elm mərkəzidir. Orada çayxanadan daha çox kitab köşkləri tikilməli, açıq kitabxana yaradılmalıdır ki, elm ocağına gələnlərdə kitaba maraq oyansın. Əgər bu məlumat doğrudursa, deməli, düşüncə də elə çayxana səviyyəsindədir."
Ekspert məsələnin elmi mühitə yaraşmadığını vurğulayır:
"Başqa gəlir yolları tapa bilmirlərsə, yaxud elmdən gəlir əldə edə bilmirlərsə, çıxış yolu çayxana, dönərxana olmamalıdır. Onsuz da hara baxsan çayxanadır, AMEA-nın həyətində çayxanaya nə ehtiyac var?! Mən belə bir halın tərəfdarı deyiləm. Harada ki, universitet, elm mərkəzi var, orada intellektual obyektlər yaradılmalıdır. Hər kəs görməlidir ki, ora elm mərkəzidir. Elm mərkəzinin kampusunda kitab, mütailə, sərgi ilə bağlı guşələr yaradılır, çayxanalar yox".
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə

09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəf

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliye

Yeni elmi araşdırma ABŞ-ın ən sıx məskunlaşdığı 28 şəhərinin torpa

ABŞ-da yaşamaq arzusu bir çox azərbaycanlının məqsədləri arasında olsa

Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 1

"Bu gün Azərbaycanın xarici əlaqələrinin coğrafiyası artıq Cənub-

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə səfərdə olan Avropa liderlər

Baş nazir Nikol Paşinyan son zamanlar Ermənistan ilə Azərbaycan arasında m

Bütün bu əzablı illər (işğal illəri - red.) arxada qaldı. Siz indi öz

Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük,

Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfi

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "

Böyük Britaniyada Şahzadə Ketrin (Uels şahzadəsi) şərəfinə yeni qızı
