Azərbaycanda müəllimləri
Digərləri 05 May 2025 20:28:00 513 0
Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.
Bu xəbəri də oxu: 50 yaşlı kişi xaricdən gəlib 17 yaşlı qızı qaçırdı
Son.az Baku.ws-ə istinadən xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə güzəştli kartlar təqdim olunacaq.
Bu kartlar müəllimlərə müxtəlif sahələrdə - nəqliyyatdan alış-verişə, iaşə xidmətlərindən elektron resurslara qədər - bir sıra endirim və güzəştlərdən istifadə imkanı yaradacaq. Layihə müəllimlərin sosial rifahının yüksəldilməsi və peşəkar fəaliyyətlərinə əlavə motivasiya verilməsi məqsədi daşıyır.
Təhsilin İnkişafı Fondunun nümayəndəsi Könül Abdulrəşidova bildirib ki, qurum müxtəlif partnyorlarla əməkdaşlıq edərək, təhsil sahəsinin əməkdaşları, müəllimlər üçün müxtəlif güzəşt və imtiyazları özündə ehtiva edən güzəşt kartının hazırlanması üzərində çalışır:
"Layihə çərçivəsində bu kartın çox funksional bir vasitəyə çevrilməsini hədəfləyirik. Amma bu proses müəyyən zaman tələb edir. Hazırda kartın texniki detalları üzərində işlər aparılır, bu səbəbdən dəqiq tarix vermək çətindir.
Hazırda tələbələrə bir sıra üstünlüklər təqdim edən "TələbəPlus" kartı üzərində geniş işlər aparılır. Tələbələr bu kart vasitəsilə 350-dən çox partnyorun təqdim etdiyi 75%-ə qədər endirimlərdən yararlana bilərlər.
Güzəştlər kitab mağazaları, restoranlar, əyləncə mərkəzləri və supermarketlər kimi sahələri əhatə edir. Nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı isə danışıqlar aparılır". Son.az
İsmayıllı rayon sakini Emin Qırxlarovun başına qəribə hadisə gəlib.
Mayamidə 30-a yaxın influenserin yaxta gəzintisi biabırçılıqla bitib.
Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir v�
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon
Özbəkistan Mərkəzi Asiyada regional əlaqələrin yaxşılaşdırılmasında
Almalı yaş keks — həm meyvəli, həm də içi nəmli olduğu üçün çox l
Bir dövrə damğasını vuran və milyonlarla insanın istifadə etdiyi mesajla
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 19
Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Opera stud
Seriallara çəkilən 11 yaşlı uşaq vəfat edib.
Hərbi xidmət bir çox ölkədə vətəndaşlıq borcu kimi qəbul edilir. Bəz
Son zamanlar geniş yayılan dələduzluq üsullarından biri - naməlum mənbə
ABŞ-ın prezidenti Donald Trampın üçüncü müddətə prezidentliyə namizə
Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsəd
Müğənni Elnar Xəlilov qalmaqallı açıqlamalar verib.
