Deputat: "Bu şəxslərə pensiya yaşında güzəşt edilsin"
Digərləri 02 Apr 2025 00:21:00 366 0
"Azərbaycanda pensiya yaşı 2017-ci ildə qəbul edilmiş qaydalara əsasən müəyyənləşir. Həmin qaydalar həm kişilər, həm də qadınlar üçün pensiya yaşını müəyyənləşdirir və bu yaş dəyişdirilir. Fikrimcə, üç və daha çox uşağı olan analara pensiyaya çıxma yaşında güzəştlər tətbiq edilsə, yaxşı olar. Eyni zamanda, yalnız olan analar üçün də güzəştlərin tətbiq edilməsi məqsədəuyğundur".
Bu xəbəri də oxu: Vüqar Hüseynova ağır itki
Bu sözləri Oxu.Az-a açıqlamasında pensiya yaşı ilə bağlı yeni yanaşmaların mahiyyətindən danışan millət vəkili Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, dünya praktikasında pensiya yaşının müəyyənləşdirilməsi zamanı orta ömür müddəti əsas meyar olsa da, bir çox ölkələrdə qadınlar kişilərdən daha tez pensiyaya çıxırlar.
O, bunun qadınların pensiya yaşı ərəfəsində daha çox sosial təminata ehtiyacının yaranması ilə əlaqəli olduğunu bildirib.
"Bir sıra ölkələrdə, o cümlədən bəzi Avropa ölkələrində, məsələn, Polşada qadınlar kişilərlə müqayisədə daha tez pensiyaya çıxırlar", - deyə deputat vurğulayıb.
Vüqar Bayramov əlavə edib ki, bir çox ölkələrdə pensiya yaşında diferensial yanaşma mövcuddur və onun təklifi də məhz bununla bağlıdır:
"Qadınların pensiyaya kişilərlə müqayisədə daha tez çıxması və bu yanaşmanın qorunub-saxlanması məqsədəuyğun olar".
Bundan əlavə, deputat bəzi ölkələrdə digər keyfiyyət meyarlarından istifadə edildiyini qeyd edib:
"Məsələn, çoxuşaqlı anaların pensiyaya daha tez çıxması ilə bağlı qanunvericilik mövcuddur. Pensiya islahatları çərçivəsində yalnız kəmiyyətin deyil, həm də keyfiyyət meyarlarının tətbiqi vacibdir. Bu, sosial təminata ehtiyacı olan vətəndaşlar üçün daha ədalətli bir sistem yaradacaq".
"Səs Azərbaycan: Doğma nəğmələr"in qalibi Zülfü Əsədzadə a
Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqı
Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 9 il ötür.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
1 aprel ənənəvi olaraq Aldadanlar Günü kimi qeyd olunur. Müasir zarafatç�
Ermənistanın Baş naziri Nikol Paşinyan Monteneqro baş nazirinin xarici və
Müğənni Aysun İsmayılova efiri tərk edib.
Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımla
Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyadan 25-i 2024-cü il üzrə
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko təbii sərvətlərlə bağlı
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtın Yasamal ray
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qurucularından biri, Koca
Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Movses Ak
Son günlər aparıcısı olduğu verilişin canlı yayımı zamanı "Məni
