Yeni münasibətlərin görünməyən problemi: Tanımadan vazkeçmək
Digərləri 25 Mar 2026 08:41:00 192 0
"Bu axşam görüşüm (date) var". Bir zamanlar daha çox serial replikası kimi səslənən bu cümlə, artıq gündəlik həyatın adi bir hissəsidir. Tanışlıq tətbiqləri, sosial media, təsadüfi qarşılaşmalar... İnsanlar tanış olur, yazışır, görüşür. Lakin bu təmasların çoxu münasibətə çevrilmədən sönür. Mesajlar bir müddət müntəzəm gəlsə də, ritm müəyyən nöqtədə dəyişir. "Danışaq, görüşək" deyilir, amma o görüş heç cür dəqiqləşmir. Məhz "yəqin ki, bitdi" dediyiniz anda telefonun ekranı yenidən işıqlanır və söhbət sanki heç kəsilməmiş kimi davam edir. Nə tamamilə var, nə də tamamilə yoxdur. Bu qeyri-müəyyənlik insanı ən həssas yerindən vurur.
Bu xəbəri də oxu: Maaş və pensiyalar artırıla BİLƏR
Son.az xəbər verir ki, bu nöqtədə baş verənlərin yalnız bir "ünsiyyət problemi" deyil, zehnin qurduğu bir münasibət forması olduğunu anlamaq lazımdır. Çünki məsələ çox vaxt qarşı tərəfdən çox, bizim bu qeyri-müəyyənliklə necə bağ qurmağımızda düyünlənir.
Bu nizamsız axın içində insanın necə reaksiya verəcəyini bilməsi çətinləşir, çünki ortada net bir məlumat yoxdur. Zehnin ən çətin dözdüyü şey qeyri-müəyyənlikdir. Boşluq qalan yerdə zehn dayanmır, məna istehsal edir. Bu məna isə çox vaxt faktlardan deyil, ehtiyaclardan doğur. "Marağı azaldı", "Məni ehtiyatda saxlayır", "Bu tiplər onsuz da belədir" kimi cümlələr yalnız şərh deyil, həm də bir qorunma refleksidir.
Digər tərəfdən, insan yalnız mənfi ssenarilər qurmur; özünü rahatladacaq bəhanələr də tapır. "İşləri çoxdur", "Bəlkə çəkinir", "Münasibətə hələ hazır deyil" deyərək vəziyyəti mənalandırmağa çalışır. Ümid edir, sonra məyus olur. Bir müddət sonra bu döngüdən qorunmaq üçün "bundan bir şey çıxmaz" deyərək prosesi vaxtından əvvəl bitirir. İnsan çox vaxt inciməmək üçün ehtimalları hələ yaşanmadan qapadır.
Bir insanı tanımaq, tək-tək kadrlardan bir film qurmaq kimidir; görüntülər zamanla məna qazanır. Hətta bir psixoloq belə qarşısındakı şəxs haqqında fikir formalaşdırarkən ilk təəssüratla kifayətlənmir; davranışların davamlılığına baxır. Lakin gündəlik həyatda bu proses tərsinə dönüb. İnsanlar artıq əvvəlcə qərar verir, sonra məlumat toplayır. Bir görüş, bir neçə mesaj və zehin sürətli bir nəticə çıxarır. Zehin sürətli olanı seçir, çünki bu daha az enerji tələb edir. Amma sürətli olan çox vaxt əskik və yanıltıcıdır. İnsanlar artıq tanımadan qərar verir; tanımaq isə yalnız o qərarı təsdiqləmək üçün istifadə olunur.
Bulkanın yumşaq olması üçün doğru un seçmək və keyfiyyətli mayadan is
Çində yerləşən və gecəliyi cəmi 1 dollar olan bir otel otağı sosial me
Bloger Elmira Namazovanın bacısı Leyla Fərhadova nişanlısından ayrılıb.
Amerikalı alimlər nəzəri cəhətdən həyatın mümkün olduğu onlarla yeni
Sardina balığı hamiləliyin erkən mərhələlərində uşaqda Daun sindromu
Reper Elşad Xose mərhum həmkarı Hüseyn Dərya ilə bağlı paylaşım edib.
Böyrək xəstələrinin sayı ilbəil artır. Hətta onların arasında yeni do
Türkiyədə tanınmış aktyor Mert Yazıcıoğlu bu dəfə gündəmə yeni sev
İşlənmiş hibrid avtomobillərin qiymətində kəskin artım müşahidə olun
İstanbulun Ümraniye rayonunda 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçını
ABŞ İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı bu ölkənin yeni al
Banqladeşdə kəskin yanacaq çatışmazlığı səbəbindən ölkə üzrə bü
İstanbulda inanılmaz bir hadisə sosial medianın və ictimaiyyətin gündəmi
Goranboyda iki dost arasında dava birinin ölümü ilə nəticələnib.
"Taşacak bu deniz" serialının mövsüm finalının tarixi bəlli o
