Bayramovla Mirzoyan regiondakı son hadisələrdən danışdı
Siyasət 06 Mar 2026 00:24:00 254 0
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Son.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
"Tərəflər narahatlıqlarını ifadə edərək gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov erməni həmkarını 5 mart tarixində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən, mülki infrastruktura ziyan vurulması və mülki şəxslərin xəsarət alması ilə nəticələnən dron hücumları barədə məlumatlandırıb.
Nazirlər Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyini qeyd edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar",- deyə məlumatda qeyd edilib.
BBC-nin arxivlərində qorunan qeydlər arxeoloq Hovard Karterin 12 fevral 1924-
Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyət
Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bak
Azərbaycan rəhbərliyinin və xalqının yanında olan Pakistan gərginliyi da
7 fevral tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pian
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları n�
"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram gedib orada ç
Martın 5-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublik
Martın 5-də Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib.
Sabah Ramazan ayının on altıncı günüdür.
Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd
Martın 5-də Türkiyə milli müdafiə naziri Yaşar Gülerin təşəbbüsü il
Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Az
Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobilləri
