Təşkilat Komitəsinin növbəti iclasında WUF13ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib


Siyasət 04 Mar 2026 18:02:00 224 0

Təşkilat Komitəsinin növbəti iclasında WUF13ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib

Martın 4-də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

Son.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, dövlətimizin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edildiyini vurğulayıb. O, 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin şəhərsalma sahəsinə verilən əhəmiyyətin növbəti ifadəsi olduğunu bildirib.

Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının rəhbərliyi ilə paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin ölkənin hərtərəfli inkişafında mühüm rol oynadığını qeyd edib.

Samir Nuriyev Azərbaycanın qlobal şəhərsalma proseslərini diqqət mərkəzində saxlayan bir ölkə olaraq, bu sahədə innovativ yanaşmaları irəli sürdüyünü və onları praktiki müstəvidə uğurla tətbiq etdiyini diqqətə çatdırıb. Belə ki, öz miqyasına, əhatə dairəsinə və sürətinə görə qlobal səviyyədə nadir nümunələrdən biri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin bunun ən bariz təzahürü olduğunu söyləyib. Eyni zamanda, 2026-cı ilin may ayında Bakıda keçiriləcək və artıq böyük beynəlxalq marağa səbəb olan WUF13-ün Azərbaycanın şəhərsalma sahəsində formalaşdırdığı konseptual yanaşmanın, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən praktiki təcrübənin beynəlxalq müstəvidə təqdimatı üçün platforma olduğunu qeyd edib.

Daha sonra Təşkilat Komitəsinin üzvlərinin WUF13-ə hazırlıq prosesinin cari vəziyyəti, substantiv məsələlər, kommunikasiya və təşkilati-logistika istiqamətlərində görülmüş işlər, həmçinin gündəlikdə yer alan digər məsələlər barədə məruzələri dinlənilib.

Təşkilat Komitəsinin sədri iclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən WUF13-ün yüksək səviyyədə təşkili ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsindən irəli gələrək, iclas iştirakçılarına bütün işlərin daha keyfiyyətli, vaxtında və kompleks yanaşma təmin edilməklə icrasına dair göstərişlər verib.

Məmura "mükafat" verən "jurnalist" həbs OLUNDU like
  • 04 Mar 17:50  
Digərləri Məmura "mükafat" verən "jurnalist" həbs OLUNDU

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Rus

arrow Ətraflı
Xameneinin sağlığında dediyi sözlər GÜNDƏM OLDU like
  • 04 Mar 17:35  
Digərləri Xameneinin sağlığında dediyi sözlər GÜNDƏM OLDU

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə İranın ali rəhbəri Əli Xa

arrow Ətraflı
Manaf Cəlilzadəyə hökm oxundu like
  • 04 Mar 17:26  
Digərləri Manaf Cəlilzadəyə hökm oxundu

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndiril

arrow Ətraflı
Bölgədə gərginlik uzanarsa, ərzaq qiymətləri dəyişə BİLƏR like
  • 04 Mar 17:20  
Digərləri Bölgədə gərginlik uzanarsa, ərzaq qiymətləri dəyişə BİLƏR

İran baş verən hadisələrə görə bir çox məhsuların ixracına qadağa q

arrow Ətraflı
Bakının bu qəsəbəsində su OLMAYACAQ like
  • 04 Mar 17:14  
Digərləri Bakının bu qəsəbəsində su OLMAYACAQ

Qaradağ rayonu Lökbatan qəsəbəsinin bəzi ərazilərində su olmayacaq.

arrow Ətraflı
8 Martla bağlı qatarların hərəkət cədvəli DƏYİŞƏCƏK like
  • 04 Mar 17:02  
Digərləri 8 Martla bağlı qatarların hərəkət cədvəli DƏYİŞƏCƏK

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 8 Mart - Beynəlxalq Qadınlar

arrow Ətraflı
Azərbaycanlı müğənniyə ağır İTKİ like
  • 04 Mar 16:57  
Şou-biznes Azərbaycanlı müğənniyə ağır İTKİ

"Miro" ləqəbli müğənni Məhəmməd İsgəndərov ağır itki üz

arrow Ətraflı
NATO İranın Türkiyəni hədəf almasını qınadı like
  • 04 Mar 16:53  
Digərləri NATO İranın Türkiyəni hədəf almasını qınadı

NATO İranın Türkiyəni hədəf almasını qınayıb.

arrow Ətraflı
Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi  SİYAHI like
  • 04 Mar 16:45  
Digərləri Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təhsil müəssisələrinin

arrow Ətraflı
Efirə gələn şəxs Xalq artistini AĞLATDI like
  • 04 Mar 16:35  
Şou-biznes Efirə gələn şəxs Xalq artistini AĞLATDI

Xalq artisti Gülyanaq Məmmədova qatıldığı televiziya proqramında duyğus

arrow Ətraflı
Hakan Fidan Əraqçiyə xəbərdarlıq ETDİ like
  • 04 Mar 16:30  
Digərləri Hakan Fidan Əraqçiyə xəbərdarlıq ETDİ

Hatayda raket parçalarının düşdüyü hadisədən sonra Türkiyə xarici iş

arrow Ətraflı
"Bank əməkdaşı" vətəndaşın 10 mindən çox pulunu ələ keçirdi like
  • 04 Mar 16:25  
Digərləri "Bank əməkdaşı" vətəndaşın 10 mindən çox pulunu ələ keçirdi

Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartın

arrow Ətraflı
“Tarqovu”da maraqlı evlilik TƏKLİFİ like
  • 04 Mar 16:20  
Digərləri “Tarqovu”da maraqlı evlilik TƏKLİFİ

Sosial şəbəkələrdə Bakının mərkəzində - paytaxt sakinlərinin "T

arrow Ətraflı