Uşaqlar üçün düzgün qidalanma necə qurulmalıdır? QAYDALAR
Digərləri 04 Mar 2026 15:31:00 247 0
"Uşaqlar üçün pəhriz cədvəli hazırlamaq bəzən valideyn üçün "faydalı addım" kimi görünür. Lakin həkim məsləhəti olmadan tərtib edilən, xüsusən də qida qruplarını kəskin məhdudlaşdıran pəhrizlər uşağın sağlamlığına zərər verə bilər".
Son.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
Onun sözlərinə görə, nə qədər məhdudlaşdırıcı pəhriz olarsa, qida çatışmazlığı riski də bir o qədər artır:
"Problem ondadır ki, uşaq orqanizmi böyümə mərhələsindədir və onun zülal, yağ, dəmir, sink, kalsium, D vitamini kimi maddələrə ehtiyacı sabit deyil, yaşa görə dəyişir. Mikronutrient çatışmazlığının anemiya, halsızlıq, inkişaf geriliyi və digər ciddi nəticələrə yol aça bilir. Hətta bəzi məhdudlaşdırıcı pəhrizlər boy artımını ləngidə, sümük sağlamlığına mənfi təsir göstərə bilər".
Ekspert qeyd edib ki, əgər uşağın artıq çəkisi, allergiyası, seliakiya xəstəliyi, diabeti və ya başqa tibbi problemi varsa, qidalanma planı fərdi qaydada pediatr və ya dietoloq tərəfindən qurulmalıdır:
"Uşaqlarda pəhriz "internetdən tapılan siyahı" ilə deyil, tibbi ehtiyaca uyğun şəkildə, elmi əsaslarla hazırlanmalıdır".
Mina Mikayılova Son.az
Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikası Əmək və �
Aparıcı Lətafət Ələkbərova "Öz aramızda" verilişində şəxs
Aparıcı Elgiz Əkbər artıq ARB televiziyası ilə yollarını rəsmən ayır
Ukrayna ordusu Aralıq dənizində Rusiyaya məxsus maye qaz daşıyan gəmiyə
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra
Göyçay Şəhər Təsərrüfatı Birliyi İdarəsinə yeni rəis təyin olunub.
Rusiya Azərbaycan, Ermənistan və Türkmənistana öz vətəndaşlarının İr
Dünya şöhrətli pop ulduzu Madonna küçədə gəzərkən paparazzilərin oby
İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqəda
Sosial şəbəkələrdə yayılan və 2 gənc qızın hərəkətdə olan avtomob
Bakıda hoteldə anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasım
750 əyar qızıllar bir müddət istifadədən sonra rəngi qızarır və bu h
Müğənni Ofelya Şabanovanın avtomobili ilə bağlı görüntülər sosial ş
Gənc istedadlara xüsusi təqaüdlər veriləcək.
Fransa qırıcı təyyarələri BƏƏ-də İran dronlarını vurub.
