WUF13 radiospektrin idarə edilməsi portalı istifadəyə verilib
Digərləri 03 Mar 2026 16:50:00 209 0
Bakıda may ayında keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində tədbirin texniki hazırlıq işləri çərçivəsində WUF13 radiospektrin idarə edilməsi portalı istifadəyə verilib.
Son.az xəbər verir ki, yeni yaradılmış portal tədbir zamanı simsiz cihazların təhlükəsiz, fasiləsiz və koordinasiyalı şəkildə istifadəsini təmin etmək məqsədi daşıyır. Bu portal vasitəsilə akkreditə olunmuş iştirakçılar istifadə etməyi planlaşdırdıqları simsiz cihazları əvvəlcədən qeydiyyatdan keçirə və həmin cihazlar üçün müvafiq radiospektrin ayrılması ilə bağlı müraciətlərini elektron qaydada təqdim edə bilərlər.
WUF13 çərçivəsində simsiz cihazlardan istifadə etmək istəyən bütün iştirakçılar ilk növbədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəsmi qeydiyyat sistemi olan GEMS portalı vasitəsilə akkreditasiyadan keçməlidirlər. Akkreditasiya təsdiqləndikdən sonra iştirakçılar radiospektrin idarə edilməsi portalında şəxsi istifadəçi hesabı yaradaraq hər bir cihaz üzrə tələb olunan texniki məlumatları təqdim etməli və radiospektrin müvəqqəti ayrılması üçün müraciət göndərməlidirlər.
Müraciətlərə baxıldıqdan sonra təsdiq edilmiş cihazlar üzrə iştirakçılara elektron poçt vasitəsilə müvafiq radiotezliklər barədə məlumat təqdim olunur və həmin cihazlara aid QR-kod portal üzərindən aktivləşdirilir.
Tədbir məkanında bütün təsdiqlənmiş cihazlar texniki yoxlama və etiketlənmə prosedurundan keçməlidir. Yalnız bu mərhələdən uğurla keçmiş və müvafiq qaydada etiketlənmiş simsiz cihazların istifadə olunmasına icazə veriləcək.
MTV tele-kanalının aparıcısı Gülnar Səhliyarlı şəxsi həyatı ilə ba�
Tehranın tarixi rayonunun mərkəzində, Ərg meydanı yaxınlığında yerlə�
Dünyanın ən populyar süni intellekt platformalarından biri olan "ChatG
Martın 3-də "Sabahın alimləri" XV Respublika Layihə Müsabiqəsin
"ABŞ və İsrail ordularının hücumları zamanı öldürülən İranın
ABŞ və İsrailin fevralın 28-dən etibarən İrana qarşı həyata keçirdiyi
Vətəndaşlar şənbə və bazar günü "AZ" domen almaqda çətinlik
Biz enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən e
Cari ildə "Azəri-Çıraq-Günəşli" yatağının dərin qaz laylar�
Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynay�
Azərbaycanda həkimlik ixtisası üzrə təhsil müddətinin 6 ildən 5 ilə en
2009-cu ildə İtalyada baş verən hadisə illər keçsə də müzakirə mövzu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələ
Koronavirus infeksiyasını keçirən şəxslərin əhəmiyyətli hissəsində s
