Prezident İlham Əliyev bolqarıstanlı həmkarına məktub ünvanlayıb
Siyasət 03 Mar 2026 11:16:00 223 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya bu ölkənin milli bayramı münasibətilə məktub ünvanlayıb.
Son.az xəbər verir ki, məktubda qeyd olunub:
"Hörmətli xanım Prezident,
Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, müxtəlif sahələri əhatə edən əməkdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir.
Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi-ticari, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız üçün yaxşı zəmin yaradır. Əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda nümayiş etdirdiyimiz fəal işbirliyi təqdirəlayiqdir.
Bu yaxınlarda Münxendə Sizinlə görüşümüzü və Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf perspektivlərinə dair apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, mövcud imkanlardan yararlanaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bolqarıstan xalqına daim rifah və firavanlıq arzulayıram".
Novruz bayramı artıq yaxınlaşır. Həftəsonları təşkil edilən yarmarkal
Bakıda hibrid yaşıl dəhlizlər yaradılacaq. Paytaxtın yaşıllaşdırılma
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının tə
ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan ABŞ vətəndaşlarını ciddi
Dövlət Gömrük Komitəsi tender elan dib.
Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, n
Bir neçə gün öncə dünyasını dəyişən meyxanaçı Elşən Binəqədi il
Avropa elə bir mərhələyə qədəm qoyub ki, köhnə xarici siyasət illüziy
Mən daha öncə demişdim ki, İranın dini lideri Əli Xameneiyə kənardan t�
Ağsuda "TikTok" sosial şəbəkəsində saxta hesablardan istifadə
İsrail ordusu gecə saatlarında İran dövlət televiziyasının binasına zə
ABŞ-nin keçmiş prezidenti Bill Klintonun naməlum qadınla birlikdə cakuzid�
Elm və təhsil nazirinin müvafiq əmri ilə İradə Xəlilova Canlı Sistemlə
