Pensiyaçılara ŞAD XƏBƏR: Sovet dövründə iş stajınız varsa...
Digərləri 02 Mar 2026 19:30:00 208 0
Azərbaycanda pensiya təminatı ilə bağlı müzakirələr fonunda Sovet dövründə çalışmış vətəndaşların iş stajının pensiya hesablanmasına təsiri yenidən aktuallaşıb. Xüsusilə, yaşlı nəslin bir hissəsi hesab edir ki, SSRİ illərində uzun müddət işləmələrinə baxmayaraq, aldıqları pensiya həmin əmək fəaliyyətini tam əks etdirmir. Bu səbəbdən sovet dövrü stajının yenidən qiymətləndirilməsi və pensiyaların artırılması məsələsi ictimai müzakirələrdə tez-tez səsləndirilir.
Bəs, Azərbaycan pensiyaçıları üçün Sovet dövründəki iş stajının tanınması və pensiya artımı gələcəkdə mümkün ola bilərmi?
Son.az bildirir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov konkret.az-a açıqlamasında bildirib ki, əslində milli pensiya sistemi formalaşdırılarkən həmin dövrdəki əmək fəaliyyəti müəyyən formada nəzərə alınıb.
R.Həsənov: "Exchange" açmaq üçün 50 min manat vəsaitin tələb olunması sahibkarların işə marağını azaldır
"2006-cı ildə sığorta stajı mexanizminin yaradılması ilə bağlı qanunvericiliyin əsasları müəyyən edilərkən "Əmək pensiyaları haqqında" qanunda SSRİ dövründə çalışmış Azərbaycan vətəndaşlarının iş illəri üçün xüsusi yanaşma tətbiq olunub.
Həmin dövrdə işlənilən hər il üçün vətəndaşların pensiya kapitalına 307 manat sığorta məbləği əlavə edilib. Bu məbləğ iş stajının illərinə vurularaq 2006-cı ildə fərdi hesabda pensiya kapitalı kimi qeydə alınıb.
Misal üçün, əgər vətəndaşın Sovet dövründə 25 il iş stajı olubsa, bu illər 307 manata vurularaq 7 675 manat həcmində vəsait onun pensiya kapitalına əlavə edilib. Sonrakı illərdə isə həmin məbləğ inflyasiya nəzərə alınmaqla mütəmadi indeksləşdirilib", - deyə Rəşad Həsənov bildirib.
Ekspert vurğulayıb ki, mövcud sistemdə Sovet dövründə işləyən şəxslərin əmək fəaliyyəti tamamilə nəzərə alınmamış sayılmır.
"Bununla belə, 307 manatlıq baza məbləğinin nə dərəcədə ədalətli olması ayrıca müzakirə mövzusu kimi qalır. Hazırkı qanunvericilik bu məsələni müəyyən çərçivədə tənzimləyir".
Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi m
Birləşmiş Ərəb Əmirliklərində qalıb Bakıya qayıda bilməyənlər aras
Aparıcı Leyla Quliyeva anası Raziyə Sultanova ilə bağlı paylaşım edib.
İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlar
İmişli və İsmayıllı rayonlarının inzibati ərazisində ov qaydalarını
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə
Azərbaycanda qida sənayesi üçün əlamətdar hadisə kimi qiymətləndirilə
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Küveytin xarici işlər
Azərbaycan və Rusiya "AZAL" təyyarəsinin qəzası ilə bağlı yax
Türkiyədə uğurlu karyerası ilə tanınan azərbaycanlı aktrisa Nəsrin Cav
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Fed
Müğənni Zeynəb Həsəni növbəti dəfə efirdə səsləndirdiyi fikirlərl
