Ceyhun Bayramov İranın xarici işlər naziri ilə DANIŞDI
Siyasət 01 Mar 2026 14:28:00 255 0
1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub. Son.az XİN-dən bildirilib ki, telefon danışığı zamanı, İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub. İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib. Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.
Hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub. Bununla yanaşı, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb./Trend.Az
Son.az
Əfqanıstan ordusunun bölmələri Pakistana qarşı yeni bir sıra döyüş �
İrandakı müharibə benzin qiymətlərini COVİD-19 pandemiyasından əvvəl q
İran Polis Kəşfiyyat Mərkəzinin rəhbəri, briqada generalı Qulamrza Rzaia
İran ətrafında gərginliyin artması, ABŞ və İsrailin mümkün zərbələr
Martın 2-də gözlənilən hava proqnozu açıqlanıb.
Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Səfirliklərimiz v
İran Silahlı Qüvvələrinin vəfat etmiş komandirlərinin siyahısı açıql
İraq hökuməti İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürülməsin
Gəncə şəhərində tanınmış sahibkar, "Karamel" qadın geyimlər
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi öld�
İranda Əli Xameneinin və ailə üzvlərinin ölümü təsdiqlənib.
İlk milli RoPax tipli "Azərbaycan" gəmi-bərəsinin istismara veril
Briqada generalı Əhməd Vahidi İran İslam İnqilabı Keşikçiləri Korpusun
ABŞ prezidenti Donald Tramp İranı növbəti zərbələrə qarşı xəbərdar
