Siqaret stressi azaltmır "Siqaretin özü stress mənbəyidir"
Digərləri 27 Fev 2026 01:01:00 219 0
"İnsanların çoxu siqareti stresi azaltmaq üçün çəkdiyini düşünür. Amma reallıq tam fərqlidir".
Bu xəbəri də oxu: Öz saytı işləməyən internet şirkətləri SİYAHI
Son.az xəbər verir ki, bunu neyroelm üzrə araşdırmaçı Fərid Rəfibəyli deyib.
Onun sözlərinə görə, siqaret yalnız öz yaratdığı stresi azalda bilir. Nikotinin təsiri bitdikcə bədəndə narahatlıq, gərginlik, aqressiya, əsəbilik kimi "süni stress" siqnalları yaranır:
"İnsan siqaret çəkir və bu siqnallar bir neçə dəqiqəliyinə susur. O da bunu digər streslərin azalması kimi başa düşür. Halbuki bu sadəcə asılılığın növbəti dövrəsi üçün qısa fasilədir. Həyatdakı real stresslər, yəni iş, ailə, məsuliyyətlər siqaretlə nə azalır, nə də yox olur. Əksinə, siqaret insanın emosional sisteminə əlavə yük gətirdiyi üçün stresi daha da artırır".
F.Rəfibəyli qeyd edib ki, siqareti tərgidən hər kəs bir müddət sonra anlayır ki, əsl rahatlıq elə siqaretsiz olanda başlayır:
"Çünki stressin mənbəyi siqaretin özüdür".
Mina Mikayılova Son.az
"A.B.İ" serialının yeni bölümü gələn həftə yayımlanmayacaq.
ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton qalmaqallı maliyyəçi Ceffri
ABŞ-nin birinci xanımı Melaniya Tramp Birləşmiş Millətlər Təşkilatın�
Fevralın 27-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ)
Fevralın 26-da gecə saatlarında Şamaxı şəhərində yaşayan 1979-cu il t�
İsveçrənin Cenevrə şəhərində ABŞ və İran heyətləri arasında keçir
Qoç Bu dövrdə daxili dünyanızın qapıları ardına qədər açılır. Pla
"İddiaya görə, Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibi
Cəlilabad rayon sakini avtomobil qəzasında həlak olub.
Müğənni Səidə Sultan sosial şəbəkədə televiziya verilişlərində edil
Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.
Xəbər verdiyimiz kimi, ötən gün Qəbələ rayonunun Məmmədağalı kəndi
Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda 4,7 bal gücündə z
"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərç
