Bakının bu ərazisində 20 min ev SÖKÜLƏCƏK XƏBƏRDARLIQ


Digərləri 26 Fev 2026 15:22:00 224 0

Bakının bu ərazisində 20 min ev SÖKÜLƏCƏK  XƏBƏRDARLIQ

Ölkədə istismar müddəti başa çatmış çoxmərtəbəli yaşayış binalarının əsaslı şəkildə yenilənməməsi, yalnız fasad və zirzəmi səviyyəsində təmir işləri ilə kifayətlənilməsi ciddi suallar yaradır. Bu yanaşma binaların zahiri görünüşünü yaxşılaşdırsa da, onların konstruktiv dayanıqlılığı və təhlükəsizlik səviyyəsi ilə bağlı riskləri aradan qaldırmır. Son.az xəbər verir ki, daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, Bakı-Abşeron zonasında təxminən 16 min, ölkə üzrə isə 20 mindən artıq çoxmərtəbəli bina Sovet dövründə inşa olunub və onların istismar müddəti artıq bitib. "Əslində, bu rəqəm 22-23 minə qədər çata bilər, yəni sayı olduqca böyükdür. Bu binaların təhlili aparılmalıdır, çünki faktiki olaraq istismar müddətləri bitib və onların gündəmdə qalması zamanla bağlıdır. Çox güman ki, hamısının birdən sökülməsi üçün ölkədə ciddi resurslar yoxdur və tikinti şirkətlərinin cəlb olunması mümkün deyil. Növbəti 10 il ərzində bu binaların demək olar ki, dövrədən çıxması mütləqdir, çünki getdikcə qəzalı vəziyyətə çevrilirlər. Hazırda Fövqaladə Hallar Nazirliyinin məlumatına görə, 1100 bina qəzalı və qismən qəzalı vəziyyətdədir; onlardan təxminən 190 bina bir il öncə yaşayış üçün təhlükəli kimi qeydə alınıb. Qalan binaların, xüsusilə regionlardakı binaların da təhlil olunması lazımdır", - deyə o qeyd edib. Elnur Azadovun sözlərinə görə, mövcud vəziyyətdən çıxış yolu mərhələli və sistemli söküntü proqramının tətbiqidir: "Daha adekvat və faydalı yanaşma üçün istismar müddəti bitmiş binaların ünvanları cəmiyyətə açıqlanmalıdır ki, həm vətəndaşlar məlumatlı olsun, həm də tikinti şirkətləri həmin ünvanlara yaxınlaşaraq razılaşmalar apara bilsinlər. Hazırda tikinti şirkətləri təsadüfi ünvanları seçir, şəhərsalma və digər orqanların razılığından sonra vətəndaşlarla əlaqə saxlayırlar. Bu zaman vətəndaşların seçim imkanı olmur və onlar məcburən həmin şirkətlə razılaşmaq məcburiyyətində qalırlar. Amma tender şəklində elan olunduqda, vətəndaşlar şirkətləri seçə bilər və kompensasiyanın daha münasib formasını qəbul edə bilərlər". Qeyd olunur ki, istismar müddəti başa çatmış binaların vaxtında qiymətləndirilməsi və mərhələli şəkildə yenilənməsi həm sakinlərin təhlükəsizliyinin təmin olunması, həm də şəhərsalma siyasətinin daha effektiv qurulması baxımından vacib hesab olunur.

AHİKdə işçilər işdən çıxarılıb? like
  • 26 Fev 15:20  
Digərləri AHİKdə işçilər işdən çıxarılıb?

Son günlər bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları Kon

arrow Ətraflı
Ölkədə nağd ABŞ dolları satışı 2 dəfədən çox azalıb like
  • 26 Fev 15:07  
Digərləri Ölkədə nağd ABŞ dolları satışı 2 dəfədən çox azalıb

2026-cı ilin yanvar ayında Azərbaycanda banklar tərəfindən nağd ABŞ doll

arrow Ətraflı
Ev tikmək üçün icazə alınmalıdır? like
  • 26 Fev 15:06  
Digərləri Ev tikmək üçün icazə alınmalıdır?

Bəzi hallarda fərdi yaşayış evlərinin tikintisi üçün icazə tələb olu

arrow Ətraflı
Fransa səfirliyi Azərbaycana başsalığı verdi like
  • 26 Fev 14:21  
Digərləri Fransa səfirliyi Azərbaycana başsalığı verdi

Fransanın Azərbaycandakı səfirliyi 26 Fevral - Xocalı Soyqırımı Günü i

arrow Ətraflı
Bakıda dostunun atasını bıçaqlayana ağır CƏZA like
  • 26 Fev 14:14  
Digərləri Bakıda dostunun atasını bıçaqlayana ağır CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində Şüvəlanda dostunun atasını öld�

arrow Ətraflı
"Çalçağır"la SOY Azərbaycan mədəniyyətinə ziyan vuranlardır" like
  • 26 Fev 14:00  
Şou-biznes "Çalçağır"la SOY Azərbaycan mədəniyyətinə ziyan vuranlardır"

Müğənni və aktyor Sərxan Kərəmoğlu qalmaqallı açıqlamaları ilə gün

arrow Ətraflı
Gecikən işçinin maaşından nə qədər tutula BİLƏR? like
  • 26 Fev 13:52  
Digərləri Gecikən işçinin maaşından nə qədər tutula BİLƏR?

Bəzi işəgötürənlər əməkdaş bir neçə dəfə işə gecikən kimi onunl

arrow Ətraflı
Əziz Ələkbərli: "Qərbi Azərbaycanlılar öz torpaqlarına qayıdacaq" like
  • 26 Fev 13:38  
Digərləri Əziz Ələkbərli: "Qərbi Azərbaycanlılar öz torpaqlarına qayıdacaq"

Qərbi Azərbaycan qaçqınları öz ata-baba torpaqlarına qayıdacaq.

arrow Ətraflı
Apteklərdə yoxlama aparıldı  Nöqsanlar üzə çıxdı like
  • 26 Fev 13:24  
Digərləri Apteklərdə yoxlama aparıldı Nöqsanlar üzə çıxdı

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəz

arrow Ətraflı
42 milyonluq səhifə Azərbaycanla bağlı paylaşım etdi like
  • 26 Fev 13:17  
Dünya 42 milyonluq səhifə Azərbaycanla bağlı paylaşım etdi

Bakıdakı Dövlət Bayrağı Meydanının görüntüləri milyonlarla izləyici

arrow Ətraflı
1932ci ildən sonra doğulanlara 1000 manat VERİLİR?  RƏSMİ CAVAB like
  • 26 Fev 13:03  
Digərləri 1932ci ildən sonra doğulanlara 1000 manat VERİLİR? RƏSMİ CAVAB

Sosial şəbəkədə bəzi şəxslərə sosial fond tərəfindən 1000 manat ver

arrow Ətraflı
32 həftəlik hamilə qadın xəstəxanada ÖLDÜ like
  • 26 Fev 12:52  
Digərləri 32 həftəlik hamilə qadın xəstəxanada ÖLDÜ

Sumqayıtda 8 aylıq hamilə xəstəxanada həyatını itirib.

arrow Ətraflı
Hava kəskin DƏYİŞİR  Yağış intensivləşəcək, qar yağacaq  PROQNOZ like
  • 26 Fev 12:46  
Digərləri Hava kəskin DƏYİŞİR Yağış intensivləşəcək, qar yağacaq PROQNOZ

Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişk

arrow Ətraflı
Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb like
  • 26 Fev 12:34  
Digərləri Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Meksikanın paytaxtı Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerlə�

arrow Ətraflı
Tanınmış aparıcının bloger qızı qəzaya düşdü like
  • 26 Fev 12:31  
Şou-biznes Tanınmış aparıcının bloger qızı qəzaya düşdü

Bakıda tanınmış bloger qəzaya uğrayaraq xəsarət alıb.

arrow Ətraflı