Bu qurumda yoxlamalar aparılır Pozuntular aşkarlanıb
Digərləri 26 Fev 2026 12:09:00 219 0
Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyində (AAYDA) yoxlamalar aparılır.
Son.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, yoxlamalar ötən ilin dekabrından başlayıb və Saleh Məmmədovun AAYDA-nın İdarə Heyətinin sədri olduğu dövrü əhatə edir.
Bildirilib ki, yoxlamalar hələ bir müddət davam edəcək. Buna baxmayaraq, artıq maliyyə pozuntuları ilə bağlı ciddi faktlar aşkar edilib.
İddialara görə, bu faktlar əsasən Saleh Məmmədovun yaxınlarının çalışdığı qurumları əhatə edir. Buna rəğmən hələ ki, həmin qurumların rəhbərləri barədə hər hansı tədbir görülməyib. Daha doğrusu, müvafiq qurumlar lazımi addımları atmağa tələsmir və yoxlamanın tam başa çatmasını gözləyir.
Məlumata görə, yoxlamaların nəticəsi olaraq AAYDA-da kadr və struktur dəyişiklərinin həyata keçirilməsi gözlənilir.
Qeyd olunub ki, qurumun tabeliyində fəaliyyət göstərən MMC-lər ləğv edilə və regional idarələr yaradıla bilər.
Xatırladaq ki, Saleh Məmmədov AAYDA-nın İdarə Heyətinin sədri vəzifəsinə 2017-ci ildə təyinat alıb. O, fevralın 6-da tutduğu vəzifədən azad edilib.
Mediada gedən məlumatlara görə, Saleh Məmmədov AAYDA-nın rəhbərliyinə təyinat aldıqdan sonra qohumlarını müxtəlif vəzifələrə yerləşdirib.
Bununla bağlı yayılan siyahını təqdim edirik:
- Zaur Həmzəyev - əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri;
- Araz Bəndəliyev - xalası oğlu, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri;
- Toğrul Həmzəli - qardaşı oğlu, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi;
- Təhminə Həmzəyeva - bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri;
- Mətanət Həmzəyeva - bacısı, "Azəryolİlmitəhqiqatlayihə" İnstitutunun baş mühasibi;
- Dilavər Həmzəyev - yeznəsi, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavini;
- Ustubat Niftəliyev - yeznəsi, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi.
Xəbərə aid video
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazi
Bakı şəhərinin Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsində dəmir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban
"Titanik"ə aid və 1921-ci ilə aid arxiv görüntüləri yenidən ma
"Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyas
Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə artıq XX
Məşhur Rahidə Baxışova bu gün yayımlanan efir çıxışı zamanı emosion
İsrailin Bakıdakı səfirliyi Xocalı faciəsinin 34-cü ildönümü ilə əla
Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.
Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
Tele-parıcı Vüsalə Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasında R�
Göbələk mənşəli ölümlərin 90%-nə səbəb olan "Ölüm Mələyi&qu
Uzun müddətdir ki, Günəş partlayışlarının yalnız peyk rabitəsini və
