Xocalı soyqırımından 34 il ötür


Digərləri 26 Fev 2026 00:02:00 251 0

Xocalı soyqırımından 34 il ötür

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 34 il ötür.

Fevralın 25-dən 26-na keçən gecə baş verən hadisələr

Son.az xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Hücum zamanı öldürülən və yaralananların sayı

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib.

Mülki əhaliyə qarşı edilən vəhşiliklər

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1 275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "26 fevral - Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.

2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Hazırda 20-yə yaxın dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Qeyd edək ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Artıq Xocalı şəhərinə və Xocalı rayonunun bir neçə kəndinə yerli sakinlərin qayıdışı başlayıb. Son.az

ADY yeni istiqamət üzrə sərnişindaşımaya başlayacaq like
  • 25 Fev 23:56  
Digərləri ADY yeni istiqamət üzrə sərnişindaşımaya başlayacaq

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yeni istiqamət üzrə sərni�

arrow Ətraflı
Yaponiyada uçan taksilər sınaqdan keçirilir like
  • 25 Fev 23:31  
Digərləri Yaponiyada uçan taksilər sınaqdan keçirilir

Yaponiyanın "SkyDrive Inc." startapı sərnişin daşınması üçün

arrow Ətraflı
Bu ay nişanlanmışdılar, ayrıldılar like
  • 25 Fev 23:13  
Şou-biznes Bu ay nişanlanmışdılar, ayrıldılar

Türkiyəli müğənni İrem Derici bir neçə həftə əvvəl nişanlandığı

arrow Ətraflı
Tolikə yüksək vəzifə verildi like
  • 25 Fev 22:13  
Şou-biznes Tolikə yüksək vəzifə verildi

Speys TV-də bu həftənin cümə günündən verilişi bağlanacaq Tarix Əliye

arrow Ətraflı
Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar like
  • 25 Fev 21:50  
Digərləri Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar

Azərbaycan ailələrinin bir vaxtlar qonaq gələndə üzə çıxardığı və

arrow Ətraflı
Qəzənfər Paşayev: Yatmamışdım, elə düşüb like
  • 25 Fev 21:17  
Digərləri Qəzənfər Paşayev: Yatmamışdım, elə düşüb

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyət

arrow Ətraflı
İlhamə Quliyevanın Rəşad İlyasovun toyundan arxiv kadrları like
  • 25 Fev 21:13  
Şou-biznes İlhamə Quliyevanın Rəşad İlyasovun toyundan arxiv kadrları

Əməkdar artist Rəşad İlyasovun toy mərasimindən eksklüziv görüntülər

arrow Ətraflı
Peru Konqresi Xocalı soyqırımının 34cü ildönümü ilə bağlı bəyanat qəbul edib like
  • 25 Fev 20:46  
Digərləri Peru Konqresi Xocalı soyqırımının 34cü ildönümü ilə bağlı bəyanat qəbul edib

Peru Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb və fa

arrow Ətraflı
İlham Əliyev və Mehriban Əliyeva Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb like
  • 25 Fev 20:31  
Siyasət İlham Əliyev və Mehriban Əliyeva Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban

arrow Ətraflı
Qəbələdə ağır qəza  sürücü öldü like
  • 25 Fev 20:12  
Digərləri Qəbələdə ağır qəza sürücü öldü

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
İlham Əliyevin Xocavənd sakinləri ilə səmimi söhbəti like
  • 25 Fev 20:03  
Siyasət İlham Əliyevin Xocavənd sakinləri ilə səmimi söhbəti

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

arrow Ətraflı
Rasim Balayev Türkiyəyə aparıldı like
  • 25 Fev 19:38  
Şou-biznes Rasim Balayev Türkiyəyə aparıldı

Türkiyəyə müalicəyə aparılan Xalq artisti Rasim Balayev həkim nəzarəti

arrow Ətraflı
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur like
  • 25 Fev 19:37  
Digərləri Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur

Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunurTrabz

arrow Ətraflı