Müşfiq Abbasov bu sözlərinə görə HƏBS EDİLİB "Hansısa nazir 35 qızı..."


Digərləri 24 Fev 2026 11:34:00 211 0

Müşfiq Abbasov bu sözlərinə görə HƏBS EDİLİB  "Hansısa nazir 35 qızı..."

Xəbər verdiyimiz kimi, tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov inzibati qaydada 15 sutka həbs cəzası alıb. Baş Prokurorluğun yaydığı məlumata görə, M.Abbasov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) suçlu bilinib və barəsində Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

Son.az xəbər verir ki, peşəkar hüquqşünas olan və öz maarifçi çıxışları ilə çoxlarının hörmətini qazanan Müşfiq Abbasovun həbs səbəbi hazırda ən çox müzakirə olunan məsələlərdəndir və hər kəs onun hansı yanlışa yol verdiyini aydınlaşdırmağa çalışır. Bu baxımdan onun statusları da incələnir.

Ölkədən kənarda olan və hər addımda "siyasi motiv" axtarmağa çalışan bəzi şəxslərin idarə etdiyi səhifələr bu məqamdan sui-istifadə edərək, M.Abbasovun guya 16 fevral tarixində yazdığı "Dünyada müstəqil media yoxdur. Amma bizdə var)" statusunun onun həbsinə səbəb olmasını əminliklə irəli sürüblər. Guya bu sözlərlə M.Abbasov "siyasi səhvə" yol verib. Halbuki hüquqşünasın bu statusunda özünü "tam müstəqil" elan edənlərə zarafatyana bir eyham var. Bu statusu onun həbsinin səbəbi kimi göstərmək məntiqsizdir. Həm də ona görə ki, bu halda sözügedən status onun səhifəsindən silinərdi.

Adının açıqlanmasını istəməyən iki vəkil isə öz versiyalarını saytımızla bölüşüb. Onların fikrincə, bir neçə gün öncə Musavat TV-yə müsahibəsi zamanı Müşfiq Abbasovun bəzi ittihamlarla çıxış etməsi onun inzibati qaydada cəza almasının əsas səbəbi ola bilər.

Belə ki, "Epşteyn işi" ilə bağlı sualı cavablandıran sabiq müstəntiq deyir: "Guya bizim varlıların malikanəsində, bağ evlərində belə əxlaqsız cinayətlər yoxdur? Mən sizə əminliklə deyirəm ki, var".

M.Abbasov bu cinayətlərin cəzasız qalmasının səbəbini də izah edir, bildirir ki, cinayətin üzə çıxması üçün rəsmi şikayət olunmalıdır: "Tutaq ki, hansısa nazir 3-5 qızı bağına aparıb, başına oyun açırsa, onları pul ilə susdurursa və həmin adamlar da şikayət etmirsə, axı bu məsələ cəmiyyətə aşkar ola bilməz".

"Burada xüsusilə "mən əminliklə deyirəm ki, var" ifadəsi ciddi ittihamdır və peşəkar hüquqşünas bu ittihamı irəli sürəndə ehtiyatlı olmağa məcburdur", - vəkil qeyd edib.

Digər tərəfdən, Azərbaycana İrandan narkotikin daxil olduğu haqda danışan M.Abbasov narkotikin Azərbaycanda dövriyyəsində xüsusilə böyük vəzifəli şəxs və ya şəxslərin "maraqlı olması" iddiasını da səsləndirir:

"İranda yaşayan adam Azərbaycanda yaşayana narkotiki çatdırır. Birinci bunun qarşısını almaq lazımdır. Hazırda ölkənin quru sərhədləri bağlıdır. Deməli, burada hansısa çox böyük vəzifəli şəxslərin haradasa maraqları var.

Bu yaxınlarda bir liman aşkar olundu. Əgər buradan qanunsuz siqaret gəlibsə, qanunsuz narkotik də gələ bilər. Bu mümkündür və danılmaz faktdır. Bax, bunun qarşısını almaq lazımdır. Gömrükdən, sərhəd xidmətinin nəzarətindən kənar kimlərsə bu işi görürsə, onlar həbs olunmalıdır. Təsəvvür edin ki, o insanlar tonlarla narkotik gətirib, insanlara paylayır".

Vəkillərin sözlərinə görə, peşəkar hüquqşünas heç bir halda bu cür ittihamları əlində əsaslı sübutlar və faktlar olmadan səsləndirməməlidir.

Redaksiyadan qeyd: M.Abbasov "informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi"ndə ittiham olunub. Bu qanun isə daha çox informasiya resursuna sahib şəxslərə aiddir və daha fərqli istiqaməti özündə ehtiva edir.

Həmçinin qanunda informasiya resursu sahibinə yanlışı aradan qaldırmaq üçün 8 saat müddətin verilməsi də əksini tapıb.

Bu baxımdan M.Abbasovun sosial şəbəkə hesablarında canlı olaraq yayılan və tamaşaçılarla ünsiyyəti ehtiva edən çıxışları da əhatə edə bilər./Axar.az

Sahib Məmmədov şöbə müdirini işdən çıxardı  TƏYİNAT like
  • 24 Fev 11:30  
Digərləri Sahib Məmmədov şöbə müdirini işdən çıxardı TƏYİNAT

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Maliyyə şöb

arrow Ətraflı
Əməkdar artist Kamalə Günəşlini PARODİYA ETDİ like
  • 24 Fev 11:30  
Şou-biznes Əməkdar artist Kamalə Günəşlini PARODİYA ETDİ

Əməkdar artist Coşqun Rəhimov yenidən parodiyası ilə gündəmə gəlib.

arrow Ətraflı
Milli Məclisdə Xocalı qurbanları yad edildi like
  • 24 Fev 11:21  
Digərləri Milli Məclisdə Xocalı qurbanları yad edildi

Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik s

arrow Ətraflı
Azərbaycana PUA vasitəsilə narkotik atdılar  Saxlanılanlar VAR like
  • 24 Fev 11:15  
Digərləri Azərbaycana PUA vasitəsilə narkotik atdılar Saxlanılanlar VAR

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının "Lənk�

arrow Ətraflı
Sosial şəbəkələrdə yayılan iddialar əsassız çıxdı  Baş Prokurorluq like
  • 24 Fev 11:12  
Digərləri Sosial şəbəkələrdə yayılan iddialar əsassız çıxdı Baş Prokurorluq

Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Böyükağa Abdullayev, on

arrow Ətraflı
Teztez işə gecikən işçinin aqibəti necə olacaq? – Qanun bunu DEYİR like
  • 24 Fev 11:08  
Digərləri Teztez işə gecikən işçinin aqibəti necə olacaq? – Qanun bunu DEYİR

Azərbaycan qanunvericiliyində işçinin işə gecikməsi zamanı görülüən

arrow Ətraflı
30 yaşlı qadın evinin həyətində ölü tapıldı like
  • 24 Fev 11:04  
Digərləri 30 yaşlı qadın evinin həyətində ölü tapıldı

Şəmkir rayonunda 30 yaşlı qadının meyiti yaşadığı evin həyətində ta

arrow Ətraflı
Abdul Xalid göz yaşı içində: "Övladı tapmaq olar..." like
  • 24 Fev 11:00  
Şou-biznes Abdul Xalid göz yaşı içində: "Övladı tapmaq olar..."

Müğənni Abdul Xalid televiziya efirində duyğusal anlar yaşayıb.

arrow Ətraflı
5 BÜRC qışın sonunda taleyüklü qərar verəcək like
  • 24 Fev 10:58  
Digərləri 5 BÜRC qışın sonunda taleyüklü qərar verəcək

Fevral ayı sadəcə dəyişiklik deyil, bir çoxları üçün dönüş nöqtəs

arrow Ətraflı
Meksikada iğtişaşlar zamanı həbsxanadan 23 məhbus qaçıb like
  • 24 Fev 10:54  
Dünya Meksikada iğtişaşlar zamanı həbsxanadan 23 məhbus qaçıb

Ən azı 23 nəfər Meksikanın Xalisko ştatının Puerto-Valyarta şəhərind�

arrow Ətraflı
Azərbaycanda 300 manata qədər uşaq QİDALARI  Yerli istehsal niyə YOXDU? like
  • 24 Fev 10:51  
Digərləri Azərbaycanda 300 manata qədər uşaq QİDALARI Yerli istehsal niyə YOXDU?

Körpə qidalarının qiyməti valideynləri ciddi narahat edir. Xüsusilə sün

arrow Ətraflı
Amnistiya aktı bu qədər insana şamil edildi like
  • 24 Fev 10:42  
Digərləri Amnistiya aktı bu qədər insana şamil edildi

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı

arrow Ətraflı
İranda helikopter qəzaya uğrayıb like
  • 24 Fev 10:39  
Digərləri İranda helikopter qəzaya uğrayıb

İranın İsfahan əyalətində yerləşən Dorçe şəhərində helikopter qəz

arrow Ətraflı
ABŞ diplomatlarına bu ölkəni tərk etməyi tapşırdı like
  • 24 Fev 10:36  
Dünya ABŞ diplomatlarına bu ölkəni tərk etməyi tapşırdı

ABŞ Dövlət Departamenti İranla artan gərginlik fonunda Livandakı "vac

arrow Ətraflı
Ara məsafəsi saxlanılmadı, qəza qaçılmaz oldu like
  • 24 Fev 10:32  
Digərləri Ara məsafəsi saxlanılmadı, qəza qaçılmaz oldu

Aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyy

arrow Ətraflı