Vaşinqtondakı təxribat cəhdi məqsədli idi Sevil Mikayılova


Siyasət 21 Fev 2026 12:38:00 246 0

Vaşinqtondakı təxribat cəhdi məqsədli idi  Sevil Mikayılova

Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının ilk iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyevə qarşı radikal qrup tərəfindən təxribat cəhdinin edilməsi təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Bu cür aksiyalar adətən spontan etiraz görüntüsü altında təqdim olunsa da, onların arxasında daha geniş siyasi motivlərin və koordinasiyanın dayanması ehtimalı yüksəkdir. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, hadisədən dərhal sonra ABŞ-dakı erməni lobbi təşkilatlarından olan ANCA və ABŞ Konqresinin üzvü Frank Pallone tərəfindən anti-Azərbaycan ritorikasının gücləndirilməsi bu prosesin siyasi kontekstdə qiymətləndirilməsini zəruri edir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, son illərdə Cənubi Qafqazda formalaşan yeni reallıq, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və regionda təşəbbüsü öz əlində cəmləməsi bir sıra xarici güc mərkəzlərinin ənənəvi təsir alətlərini zəiflədib:

"Müharibədən sonrakı mərhələdə Azərbaycanın daha müstəqil və suveren siyasət yürütməsi, enerji, təhlükəsizlik və nəqliyyat sahələrində strateji aktora çevrilməsi bu ölkənin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.

Məhz bu fonda Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan müsbət dinamika xüsusi diqqət çəkir. Vaşinqtonun təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın dövlət başçısının iştirakı, ümumilikdə, iki ölkə arasında dialoqun davam etdiyini və əməkdaşlıq üçün platformaların qorunduğunu göstərir. ABŞ üçün Azərbaycanın enerji təhlükəsizliyində, regional sabitlikdə və alternativ nəqliyyat marşrutlarında rolu strateji əhəmiyyət kəsb edir. Bu reallıq isə Azərbaycanla ABŞ arasında münasibətlərin müəyyən dairələrin istədiyinin əksinə olaraq tamamilə pozulmadığını, əksinə, yeni mərhələyə keçdiyini göstərir.

Deputat S.Mikayılova xüsusi vurğulayıb ki, belə bir şəraitdə Vaşinqtonda baş verən təxribat cəhdi bir neçə məqsədə xidmət edə bilər:

"Birincisi, Azərbaycanın siyasi rəhbərliyinin beynəlxalq platformalardakı fəaliyyətinə kölgə salmaq və onun legitimliyini şübhə altına almaq cəhdidir. Dövlət başçısına qarşı şəxsi müstəvidə hücumların təşkili əslində dövlətin özünün siyasi kursuna qarşı yönəlmiş təzyiq alətidir.

İkincisi, bu cür aksiyalar Azərbaycan-ABŞ münasibətlərində formalaşan müsbət dinamikanı zədələməyə hesablanmış informasiya və psixoloji təsir vasitəsi kimi çıxış edir. Çünki iki ölkə arasında əməkdaşlığın dərinləşməsi regionda təsir imkanlarını itirən və ya itirməkdən ehtiyat edən dairələr üçün arzuolunan deyil.

Üçüncüsü, bu cəhdlər Azərbaycanı beynəlxalq müstəvidə təcrid olunmuş və mübahisəli aktor kimi təqdim etməyə yönəlmiş uzunmüddətli kampaniyanın elementləri kimi də qiymətləndirilə bilər.

Hadisə zamanı ABŞ təhlükəsizlik orqanlarının vəziyyəti nəzarətdə saxlaması və tədbirin planlaşdırıldığı kimi davam etməsi onu göstərir ki, rəsmi Vaşinqton bu cür radikal qrupların fəaliyyətinin dövlətlərarası münasibətlərə təsir etməsinə imkan vermək niyyətində deyil. Bu, ABŞ-nin institusional səviyyədə Azərbaycanla dialoqu davam etdirməkdə maraqlı olduğunu göstərən mühüm göstəricidir.

Bu baxımdan, ayrı-ayrı konqresmenlərin və lobbi təşkilatlarının bəyanatları ABŞ dövlətinin rəsmi mövqeyini tam əks etdirmir, daha çox müəyyən siyasi və etnik lobbi maraqlarının ifadəsi kimi qiymətləndirilir".

S.Mikayılova əlavə edib ki, Azərbaycanın son illərdə regional və qlobal siyasətdə artan rolu, xüsusilə enerji və nəqliyyat layihələrində açar mövqeyə malik olması bəzi dairələrdə açıq və ya gizli narahatlıq doğurur. Enerji resurslarına nəzarət, nəqliyyat marşrutlarının formalaşdırılması və təhlükəsizlik arxitekturasında iştirak kimi amillər Azərbaycanın strateji əhəmiyyətini artırır.

"Bu isə təbii olaraq, Azərbaycanı zəiflətmək, onun beynəlxalq imicinə zərbə vurmaq və müttəfiqləri ilə münasibətlərini sarsıtmaq istəyən qüvvələrin fəallaşmasına səbəb olur.

Ümumilikdə, Vaşinqtonda baş verən hadisə daha çox siyasi və psixoloji təsir xarakteri daşıyan epizod kimi qiymətləndirilə bilər. Bu cür təxribatlar Azərbaycanın beynəlxalq mövqelərini və onun əsas tərəfdaşlarla, o cümlədən ABŞ ilə münasibətlərinin strateji mahiyyətini dəyişmək gücündə deyil.

Əksinə, bu hadisə bir daha göstərir ki, Azərbaycanın artan təsiri və müstəqil siyasəti müəyyən dairələr tərəfindən diqqətlə izlənilir və müxtəlif vasitələrlə bu prosesə təsir etməyə cəhd olunur. Lakin mövcud reallıq ondan ibarətdir ki, regionda formalaşan yeni güc balansında Azərbaycan artıq təsir obyekti deyil, təsir edən əsas aktorlardan birinə çevrilib", - deyə Sevil Mikayılova bildirib.

5 vilayətdə əməliyyat: 346 nəfər SAXLANILDI like
  • 21 Fev 12:36  
Digərləri 5 vilayətdə əməliyyat: 346 nəfər SAXLANILDI

Türkiyədə Jandarma Baş Komandanlığı tərəfindən 5 vilayətdə aparılan

arrow Ətraflı
Azərbaycanda Olimpiya hakiminə yüksək vəzifə VERİLDİ – DOSYE like
  • 21 Fev 12:25  
Digərləri Azərbaycanda Olimpiya hakiminə yüksək vəzifə VERİLDİ – DOSYE

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat ol

arrow Ətraflı
Naxçıvanda içməli su təchizatı sistemləri YENİLƏNƏCƏK like
  • 21 Fev 12:21  
Digərləri Naxçıvanda içməli su təchizatı sistemləri YENİLƏNƏCƏK

Naxçıvanda içməli su təchizatı sistemi təkmilləşdiriləcək.

arrow Ətraflı
Bakıda 18 yaşlı gənc motosiklet qəzasında ÖLDÜ like
  • 21 Fev 12:16  
Digərləri Bakıda 18 yaşlı gənc motosiklet qəzasında ÖLDÜ

Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü ölüb.

arrow Ətraflı
Xalq artistinin oğlu rəis müavini TƏYİN EDİLDİ like
  • 21 Fev 12:01  
Digərləri Xalq artistinin oğlu rəis müavini TƏYİN EDİLDİ

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə yeni

arrow Ətraflı
Rusiyada yoxa çıxan helikopter tapıldı  Ölənlər var like
  • 21 Fev 12:00  
Digərləri Rusiyada yoxa çıxan helikopter tapıldı Ölənlər var

Rusiyanın Amur vilayətinin Romnenski bələdiyyə dairəsində yoxa çıxan 

arrow Ətraflı
Bu tarixdən SumqayıtLaçın reysi fəaliyyətə başlayır  QİYMƏT like
  • 21 Fev 11:28  
Digərləri Bu tarixdən SumqayıtLaçın reysi fəaliyyətə başlayır QİYMƏT

"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunm

arrow Ətraflı
Daha bir ölkə İranı tərk etməklə bağlı çağırış ETDİ like
  • 21 Fev 11:19  
Dünya Daha bir ölkə İranı tərk etməklə bağlı çağırış ETDİ

Serbiya Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarına İranı tərk etmək

arrow Ətraflı
Dünən 4 avtomat və 14 tüfəng aşkarlanıb like
  • 21 Fev 11:11  
Digərləri Dünən 4 avtomat və 14 tüfəng aşkarlanıb

Fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı ra

arrow Ətraflı
DİM yeməklərin hazırlanması və çatdırılmasına 200 min manat xərcləyəcək like
  • 21 Fev 11:05  
Digərləri DİM yeməklərin hazırlanması və çatdırılmasına 200 min manat xərcləyəcək

Dövlət İmtahan Mərkəzi yeməklərin hazırlanması və çatdırılması xid

arrow Ətraflı
"WhatsApp"a yeni funksiya GƏLDİ like
  • 21 Fev 10:55  
Digərləri "WhatsApp"a yeni funksiya GƏLDİ

"WhatsApp" tətbiqində qrup çatlarının idarəetmə imkanlarını g

arrow Ətraflı
Azərbaycanda boz ay BAŞLADI like
  • 21 Fev 10:38  
Digərləri Azərbaycanda boz ay BAŞLADI

Azərbaycanda qışın ən soyuq hesab edilən dövrü - Kiçik çillə çıxıb

arrow Ətraflı
Qonşu ölkədə zəlzələ OLDU like
  • 21 Fev 10:30  
Dünya Qonşu ölkədə zəlzələ OLDU

Bu gün yerli vaxtla 08:39-da İranın Gilan vilayətinin Lahican rayonunun Rudb

arrow Ətraflı