Azərbaycan informasiya məkanına hücum: Moskva imzalı "Hibrid Müharibə"nin pərdəarxası


Siyasət 19 Fev 2026 21:39:00 206 0

Azərbaycan informasiya məkanına hücum: Moskva imzalı "Hibrid Müharibə"nin pərdəarxası

Son günlər Azərbaycanın informasiya məkanında baş verən qalmaqallar, dezinformasiya axını və hibrid təhdidlər ölkə gündəminin əsas mövzusuna çevrilib. Son.az "Бакинский Бурила" Teleqram kanalına istinadla bildirir ki, analitik mərkəzlər və media kanalları Azərbaycana qarşı genişmiqyaslı hibrid hücumun başladığını, izlərin isə birbaşa Moskvaya gedib çıxdığını bildirirlər. Lakin bu prosesdə iki mühüm məqamı diqqətdən qaçırmaq olmaz.

Bu, hücum deyil, uzunmüddətli müharibədir Birincisi, baş verənlər bu gün başlamayıb. Bu, sadəcə növbəti bir hücum deyil, uzun müddətdir davam edən sistemli, hibrid və təbliğat müharibəsidir. İkincisi, Azərbaycan öz qərarlarında nə qədər güclü və müstəqil olarsa, Bakıya "çirkli" yollarla təzyiq göstərmək istəyənlərin sayı da bir o qədər artacaq.

AZAL təyyarəsi böhranı və "müstəmləkəçi" yanaşma Azərbaycan-Rusiya münasibətlərindəki mövcud böhranın kökləri daha dərindir. AZAL təyyarəsi ilə bağlı baş verən hadisə bir tətikləyici rolunu oynadı. Bundan sonra Moskvanın Bakıya qarşı praqmatik deyil, daha çox "sovet tipli" və "müstəmləkəçi" münasibəti hər gün özünü büruzə verməyə başladı. Sərnişin təyyarəsinin vurulması əmrini verən şəxsə qarşı cinayət işinin xitam verilməsi, heç bir cəza və kompensasiyanın olmaması Moskvanın bu hadisənin "unudulacağını" gözlədiyini göstərirdi.

Bakının cavab addımları və Moskvanın "incikliyi" Lakin rəsmi Bakı bu vəziyyətlə barışmadı. Azərbaycanın xarici siyasətdəki uğurları Moskvanı bir-birinin ardınca "sürprizlərlə" üz-üzə qoydu:

Əbu-Dabidəki İlham Əliyev-Paşinyan görüşləri;

TRIPP layihəsi və Vaşinqtonda sülh sazişinin paraflanması;

Azərbaycan-ABŞ münasibətlərinin möhkəmlənməsi və İlham Əliyevlə Donald Tramp arasındakı yaxın şəxsi təmaslar.

Cey Di Vensin bölgəyə səfəri isə Moskvanın siyasi ambisiyalarına vurulan növbəti zərbə oldu.

Separatizmin sonu: Vardanyan və digərləri "SSRİ-ni bərpa etmək" xəyalı ilə yaşayanlar üçün ən ağır zərbələr isə son dövrlərdə gəldi. Moskvadan Qarabağa göndərilən Ruben Vardanyanın 20 illik həbs cəzası alması və bu gün Vaşinqtonda keçirilən Sülh Şurasının sammitində Azərbaycan Prezidentinin iştirakı rəsmi Bakının qətiyyətini nümayiş etdirir.

Analitiklər Rusiyanın Cənubi Qafqazdan "sıxışdırılıb çıxarıldığını" desələr də, əslində Rusiya öz davranışı, hərəkətləri və müstəmləkəçi yanaşması ilə özü-özünü bölgədən kənarlaşdırdı. İndi nə 30-cu, nə də 90-cı illərdir; dünya da, Azərbaycan da artıq çox fərqlidir.

Hibrid hücumun Avropa cəbhəsi Rusiya Bakıdakı təsir rıçaqlarını (məsələn, "Sputnik" və "Rus evi" kimi mərkəzlərin fəaliyyətinin dayandırılması) itirdikdən sonra hibrid müharibəni Avropaya daşıyıb. Hazırda AŞPA-da, Brüsseldəki müəyyən siyasi dairələr və Almaniya kimi ölkələrdə yaşayan "radikal müxalifət" qrupları vasitəsilə Azərbaycana qarşı eyni vaxtda koordinasiya edilmiş hücumlar həyata keçirilir. Son.az

Yeni azadlığa çıxan stilist vəfat etdi like
  • 19 Fev 21:13  
Şou-biznes Yeni azadlığa çıxan stilist vəfat etdi

Bir zamanlar tanınmış ulduzlarla çalışan stilist Sərxan Yadigarov vəfat

arrow Ətraflı
Sülh Şurasının qətnaməsi yekdilliklə qəbul edilib like
  • 19 Fev 21:02  
Siyasət Sülh Şurasının qətnaməsi yekdilliklə qəbul edilib

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının sədri olaraq şuranın qətnam�

arrow Ətraflı
Səhər yeməyi: azərbaycanlılar doğru edirmiş like
  • 19 Fev 21:00  
Digərləri Səhər yeməyi: azərbaycanlılar doğru edirmiş

Bir çox insan səhər yeməyində eyni səhvi edir ki, bu da sağlamlığa mən

arrow Ətraflı
İlham Əliyev Vaşinqtonda Paşinyanla ayaqüstü söhbət edib like
  • 19 Fev 20:43  
Siyasət İlham Əliyev Vaşinqtonda Paşinyanla ayaqüstü söhbət edib

Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclası ərəfəsin

arrow Ətraflı
“Başımı aşağı etdi” – Meyxanaçı qızına görə üzr istədi like
  • 19 Fev 20:37  
Şou-biznes “Başımı aşağı etdi” – Meyxanaçı qızına görə üzr istədi

Meyxanaçı Samirə Yusifqızı övladının sözlərinə görə üzr istəyib.

arrow Ətraflı
DOST Agentliyinin İdarə Heyəti sədrinə iki yeni müavin təyin edildi like
  • 19 Fev 20:00  
Digərləri DOST Agentliyinin İdarə Heyəti sədrinə iki yeni müavin təyin edildi

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrləri ilə Elnur Qaraxan o

arrow Ətraflı
Rəqəmsallaşmada yeni mərhələ: Qurumlar vahid sistemə keçir like
  • 19 Fev 19:43  
Siyasət Rəqəmsallaşmada yeni mərhələ: Qurumlar vahid sistemə keçir

Prezident İlham Əliyev fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal a

arrow Ətraflı
Nazir polkovnikleytenanta yüksək vəzifə verdi like
  • 19 Fev 19:41  
Digərləri Nazir polkovnikleytenanta yüksək vəzifə verdi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayının komandiri v

arrow Ətraflı
Cey Di Vens İlham Əliyevə və Paşinyana təşəkkür edib like
  • 19 Fev 19:40  
Siyasət Cey Di Vens İlham Əliyevə və Paşinyana təşəkkür edib

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycan Prezidenti İlham Əliyevə v�

arrow Ətraflı
“Bəzəkli kişiyəm...” like
  • 19 Fev 19:35  
Şou-biznes “Bəzəkli kişiyəm...”

Müğənni Gökhan Türkmen dırnaq boyasından istifadə etməsindən danışı

arrow Ətraflı
Keçən il 5 manat idi, indi 15 manat: Gümüşdə rekord bahalaşma like
  • 19 Fev 19:23  
Digərləri Keçən il 5 manat idi, indi 15 manat: Gümüşdə rekord bahalaşma

Son 1 ildə gümüş faiz nisbətində qızıldan daha çox bahalaşıb... Hazı

arrow Ətraflı
İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam  Tramp like
  • 19 Fev 19:10  
Siyasət İki çox vacib ölkə arasında sülh əldə etdim və bunu heç vaxt unutmayacağam Tramp

Onlar yaxşı insanlardırlar, amma çətindirlər. Düşünürəm ki, onlar dos

arrow Ətraflı
"5 ildir övladım olmur"  Efirdə AĞLADI like
  • 19 Fev 19:00  
Şou-biznes "5 ildir övladım olmur" Efirdə AĞLADI

Azərbaycanlı müğənni Arzu Mirzəyeva qatıldığı "Rəngarəng"

arrow Ətraflı