Qeyriiş günlərində işləyən işçi əlavə bu qədər pul ALMALIDIR MƏBLƏĞ
Digərləri 19 Fev 2026 16:56:00 209 0
Azərbaycanda iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda yol verilir.
Son.az xəbər verir ki, iqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasında xatırladıb ki, bir sıra hallar istisna olmaqla iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.
İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar
Belə ki, iş vaxtından artıq işlərə aşağıdakı müstəsna hallarda yol verilir:
dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün.
Yuxarıda nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət sahələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi
Bu günlərdə görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Ekspert ayda 1 150 manat maaş alan şəxsə bu hallarda nə qədər əlavə ödəniş verilməsinə dair hesablama aparıb:
Meyxanaçı Balaəli Maştağalı uzun müddətdir televiziya proqramlarında g�
Birbank Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək
Yazıçı Orxan Saffari tanınmış rejissor Kənan Mahmudov haqqında tənqidi
Milli Məclis "İmprotex Motors" şirkəti ilə nəhəng müqavilə ba
Ana Vətən Partiyasının sədri, deputat Günay Ağamalının mərhum atası F
Müğənni Mənzurə Musayeva imicində etdiyi dəyişikliklə gündəmə gəlib
Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna edi
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şə
Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə musiqi" layihəsi
Müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkədə paylaşdığı səmim
"WhatsApp" istifadəçi hesablarının qorunmasını gücləndirmək �
Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərə
Toyota ABŞ bazarında 2027-ci il buraxılışlı yenilənmiş Highlander modeli
Meyxanaçı Balaəli Rzayev sosial media hesabından yeni paylaşım edib.
Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏ
