Milli QHT Forumu: "Amnesty International" Azərbaycan cəmiyyətində onsuz da sarsılmış nüfuzunu sıfırladı
Digərləri 19 Fev 2026 14:19:00 238 0
Azərbaycan Milli QHT Forumu "Amnesty International" təşkilatının 2026-cı il fevralın 17-də Ruben Vardanyan daxil olmaqla erməniəsilli şəxslər barədə açıqlaması ilə əlaqədar bəyanat yayıb.
Son.az bəyanatı təqdim edir:
"Biz - yüzlərlə Azərbaycan QHT-lərini birləşdirən çətir təşkilat - Azərbaycan Milli QHT Forumu olaraq, "Amnesty International" təşkilatının Ruben Vardanyan daxil olmaqla, erməniəsilli şəxslərin ədalət məhkəməsi tərəfindən mühakimə olunmasına etiraz edən çağırışını hiddətlə qarşılayırıq. Bu bəyanatla "Amnesty International" Azərbaycan cəmiyyətində onsuz da sarsılmış nüfuzunu sıfırladı, özünü rüsvayçılıqla ifşa etdi, müharibə cinayətkarları ilə eyni cərgədə dayandı.
Qəribədir, müstəqil xarici siyasət kursu olan Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək üçün Rusiyadan Qarabağa göndərilmiş emissarlar - Ruben Vardanyan və digərlərinin həbsi, ədalətli mühakiməsi və barələrində məhkəmə qərarları "Amnesty International"ı özündən çıxarır.
Qarabağdan əvvəl hələ Ukraynada separatizmin, terrorçuluğun maliyyələşdirilməsində, "çirkli pulllar"ın yuyulmasında istifadə olunan oliqarx Ruben Vardanyanı siz sadəcə "tanınmış biznesmen" kimi qələmə verməklə kimi aldadırsınız?! "Amnesty International" həqiqətən hüquqa, ədalətə, humanizmə xidmət etsəydi, pul maraqlarına görə Vardanyan ailəsinin, Vardanyanın Böyük Britaniyadakı lobbiçilərinin əlində cılız alət olmağı özünə rəva bilməzdi.
"Amnesty International" terrorçuları müdafiə edən bu açıqlamasına görə Azərbaycan cəmiyyəti, dünyada ədalət mübarizəsi aparan, terrorçuluqdan, müharibə cinayətlərindən, soyqırımlardan əziyyət çəkən bütün insanlar qarşısında utanmalıdır.
Sosial şəbəkələrdə şəhid ailə üzvlərinin metrodan ödənişsiz istifa
Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları pensiya və təqaüd
Metronun "Nəriman Nərimanov" stansiyasında qatarda tüstülənmə b
Könül Kərimova canlı efirdə maraqlı açıqlaması ilə diqqət çəkib.
Fevralın 19-u saat 13:00-a olan faktiki hava açıqlanıb.
Sosial şəbəkələrdə mini kameraların satışı ilə bağlı reklamlara tez
Fevralın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Peru Konqresində keçirilən səsvermədən sonra 80 yaşlı solçu millət və
Son həftələr sosial media məkanında Azərbaycana, xüsusilə də Prezident�
"Zülmlə işləyib ev almışam, kasıbı neynirəm ƏRƏ GETMƏYƏ"
"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunm
Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən hava şər
Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyas
