Bu internat gimnaziyalarında ciddi nöqsanlar aşkarlandı


Digərləri 19 Fev 2026 10:01:00 234 0

Bu internat gimnaziyalarında ciddi nöqsanlar aşkarlandı

Sumqayıt şəhərində yerləşən gimnaziyalarda nöqsanlar aşkarlanıb.

Son.az xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı məlumat yayıb.

Qeyd edilib ki, Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhəri internat tipli gimnaziyaya və Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyaya başçəkmələr təşkil olunub.

Başçəkmələrinin keçirilməsində məqsəd müəssisədə saxlanılan uşaqlarla rəftar və onların hüquqlarının təmini məsələlərinin, yaradılmış şəraitin araşdırılması, göstərilən xidmətlərin keyfiyyəti və normalara uyğunluq vəziyyətinin öyrənilməsi olub.

Aparılmış monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar edilib.

Sumqayıt şəhər internat tipli gimnaziyanın yataqxana korpusunun bir hissəsinin əvvəlki dövrlərdə müxtəlif sosial ehtiyaclarla əlaqədar istifadə olunması nəticəsində binanın yalnız məhdud hissəsinin şagirdlərin istifadəsinə ayrılması onların müvafiq yaşayış şəraiti ilə təmin olunmaq hüququnun tam şəkildə təmin edilmədiyini göstərir.

Bundan əlavə, yataqxana korpusunda hamam otağı nəzərdə tutulmasına baxmayaraq, həmin otağın istifadəyə yararsız vəziyyətdə olması, əsas tədris korpusunda sanitar qovşaqların çatışmazlığı müşahidə olunub. Eləcə də gigiyena normalarına əməl edilməsi və uşaqların sağlam mühitdə təhsil hüququnun təmin olunması baxımından ehtiyacları ilə bağlı vəziyyət qiymətləndirilib.

General M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada isə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil prosesinə real və effektiv inteqrasiyanı təmin edən mexanizmlərin və xüsusi inteqrasiya qruplarının yaradılmadığı müəyyən olunub. Bu vəziyyət inklüziv təhsil hüququnun tam şəkildə həyata keçirilməsinə maneə yaratmaqla yanaşı, həmin kateqoriyadan olan uşaqların bərabər imkanlardan istifadə hüququnun məhdudlaşmasına səbəb olur.

Hər iki müəssisədə aparılmış araşdırma zamanı uşaqların geyim və ayaqqabı təminatının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1994-cü il tarixli 15 nömrəli Qərarı ilə müəyyən edilmiş normalara tam uyğun həyata keçirilmədiyi aşkar olunub. Belə ki, bəzi hallarda təminatın gecikdirildiyi, eləcə də nəzərdə tutulmuş say və çeşid üzrə çatışmazlıqların mövcud olduğu müəyyən edilib.

Başçəkmələrinin yekununda müəssisələrinin rəhbərliyinə aşkar edilmiş halların aradan qaldırılması, uşaqların hüquq və qanuni mənafelərinin daha etibarlı qorunması məqsədilə maddi-texniki bazanın gücləndirilməsi, yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, sanitariya-gigiyena normalarına tam riayət olunması, habelə inklüziv mühitin formalaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

Qeyd edilib ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən verilmiş tövsiyələrin icra vəziyyəti nəzarətdə saxlanılacaq, eyni zamanda, uşaqların hüquqlarının təmin olunması istiqamətində müvafiq başçəkmələrin həyata keçirilməsi davam etdiriləcəkdir.

Vurğulanıb ki, başçəkmələrin nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.

Restoranlardakı iftar menyuları dinə ziddir  İlahiyyatçıdan AÇIQLAMA like
  • 19 Fev 10:00  
Digərləri Restoranlardakı iftar menyuları dinə ziddir İlahiyyatçıdan AÇIQLAMA

Restoranlarda iftar süfrəsi üçün menyuların mövcud olduğu xəbərini ver

arrow Ətraflı
Afrikada Moskvanın gizli gücü: Pravoslav Kilsəsi Kremlin yeni təsir alətinə çevrilir like
  • 19 Fev 09:55  
Dünya Afrikada Moskvanın gizli gücü: Pravoslav Kilsəsi Kremlin yeni təsir alətinə çevrilir

Bu gün Afrika qitəsində Rus Pravoslav Kilsəsinin bayrağı altında baş ver

arrow Ətraflı
Azərbaycanda daha bir məktəb YANDI like
  • 19 Fev 09:46  
Digərləri Azərbaycanda daha bir məktəb YANDI

Ucarda məktəb binasında yanğın baş verib.

arrow Ətraflı
4 ölkə üçün Azərbaycana viza tələbi ləğv EDİLDİ  RƏSMİ like
  • 19 Fev 09:43  
Digərləri 4 ölkə üçün Azərbaycana viza tələbi ləğv EDİLDİ RƏSMİ

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr a

arrow Ətraflı
Azərbaycanda həyat yoldaşına bu sözləri demək artıq qanun POZUNTUSUDUR like
  • 19 Fev 09:40  
Digərləri Azərbaycanda həyat yoldaşına bu sözləri demək artıq qanun POZUNTUSUDUR

Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini öz

arrow Ətraflı
Sərnişinlər təcili DÜŞÜRÜLDÜ  Bakı metrosunda NASAZLIQ like
  • 19 Fev 09:17  
Digərləri Sərnişinlər təcili DÜŞÜRÜLDÜ Bakı metrosunda NASAZLIQ

Metronun "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq

arrow Ətraflı
Ölüm xəbəri yayılan Orxan Lökbatanlı DANIŞDI: "Allaha tapşırıram...” like
  • 19 Fev 09:02  
Şou-biznes Ölüm xəbəri yayılan Orxan Lökbatanlı DANIŞDI: "Allaha tapşırıram...”

Xəbər verdiyimiz kimi, ötən gecə meyxanaçı Orxan Lökbatanlının ölüm

arrow Ətraflı
"Zibil pulu" qanunidir? like
  • 19 Fev 09:00  
Digərləri "Zibil pulu" qanunidir?

Mənzil tikinti kooperativlərinin (MTK) sakinlərdən tələb etdiyi "zibi

arrow Ətraflı
Daha bir serial final edə bilər like
  • 19 Fev 08:41  
Şou-biznes Daha bir serial final edə bilər

"Kızılcık şerbeti" serialının finalı ilə bağlı xəbərlər m

arrow Ətraflı
100 illik qayda dəyişir: Qırmızı, sarı və yaşılın yanına yeni rəng gəlir like
  • 19 Fev 08:08  
Digərləri 100 illik qayda dəyişir: Qırmızı, sarı və yaşılın yanına yeni rəng gəlir

Dünya yollarında bir əsrdir tətbiq edilən üçrəngli svetofor sistemi kök

arrow Ətraflı
Özəl sifarişlə işləyir, gündə cəmi 7 dənə istehsal edir: Günə 1000 manat qazanır like
  • 19 Fev 07:07  
Digərləri Özəl sifarişlə işləyir, gündə cəmi 7 dənə istehsal edir: Günə 1000 manat qazanır

Türkiyənin Adana şəhərində yaşayan sim ustası Mustafa Özkan dünyada sa

arrow Ətraflı
Ağıllı ev xanımları banka qapaqlarını atmır: like
  • 19 Fev 06:06  
Digərləri Ağıllı ev xanımları banka qapaqlarını atmır:

Bir çoxumuz turşu və ya mürəbbə bankalarını açdıqdan sonra zədələnm

arrow Ətraflı
Paxlalıların qurdlamasını evdəki tək məhsulla önləyin like
  • 19 Fev 05:05  
Digərləri Paxlalıların qurdlamasını evdəki tək məhsulla önləyin

Mətbəx şkaflarında saxladığımız un, düyü, mərci və lobya kimi quru q

arrow Ətraflı
Tavada ağzı bağlı, yumşaq pizza resepti like
  • 19 Fev 03:03  
Digərləri Tavada ağzı bağlı, yumşaq pizza resepti

Bu reseptin ən böyük üstünlüyü xəmirin maya gözləmədən hazırlanmas�

arrow Ətraflı
Araşdırma: İnsanların çənəyə ehtiyacı yoxdur like
  • 19 Fev 02:02  
Digərləri Araşdırma: İnsanların çənəyə ehtiyacı yoxdur

İnsanlar yer üzündə çənə çıxıntısı olan yeganə canlı növüdür. H

arrow Ətraflı