“Su pulu” qalxacaq? Rəsmi AÇIQLAMA


Digərləri 18 Fev 2026 16:47:00 238 0

“Su pulu” qalxacaq?  Rəsmi AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq. Tarif Şurasının yeni qərarı ilə suyun qiyməti bahalaşacaq. Bundan başqa su təminatı da qaz təminatı kimi limitlə müəyyən olunacaq. 

Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur. 

Qeyd olunub ki, Milli Strategiyada su ehtiyatlarının effektiv idarə edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub və bu çərçivədə sosial-iqtisadi vəziyyət, investisiya qoyuluşu nəzərə alınmaqla tariflərin diferensiallaşdırılması nəzərdə tutulur. Bu yanaşma su təsərrüfatı sahəsində vahid və təkmil idarəetmə modelinin qurulmasına, dövlət-özəl tərəfdaşlığının inkişafına, maliyyə resurslarının daha səmərəli planlaşdırılmasına xidmət edir. Tarif siyasətinin yenilənməsi su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sisteminə keçid və xərclərin real iqtisadi əsaslara uyğunlaşdırılması ilə əlaqəlidir. Bu yanaşma tariflərin real istismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasında formalaşdırılmasını təmin etməyə yönəlib:

"Tədbirlər Planında tariflərin beynəlxalq təcrübə əsasında diferensiallaşdırılması ilə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması ayrıca tədbir kimi müəyyən edilib. Tarif siyasətinin əsas məqsədinin yalnız qiymət tənzimlənməsi deyil, bütövlükdə su təsərrüfatı sisteminin modernləşdirilməsi və dayanıqlı maliyyə modelinin qurulmasıdır. Milli Strategiyaya əsasən diferensiallaşdırılmanın sosial-iqtisadi amillər və investisiya ehtiyacları nəzərə alınmaqla, xərclərə əsaslanan model üzrə mərhələli keçidlə, beynəlxalq təcrübəyə uyğun mexanizmlərlə, pilot tətbiqlər və regional qiymətləndirmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulur. 

"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın qarşıya qoyduğu bu  kimi hədəflərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müvafiq dövlət qurumuna müraciət ünvanlayıb".

Mina Mikayılova Son.az  

Minaya düşən Agentlik əməkdaşından XƏBƏR VAR like
  • 18 Fev 16:46  
Digərləri Minaya düşən Agentlik əməkdaşından XƏBƏR VAR

İşğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində minaya düş

arrow Ətraflı
Pirsinq etdirməzdən əvvəl bilməli olduğunuz risklər  Həkim AÇIQLADI like
  • 18 Fev 16:41  
Digərləri Pirsinq etdirməzdən əvvəl bilməli olduğunuz risklər Həkim AÇIQLADI

Pirsinqlər son illərdə moda halına gəlsə də, bir çox sağlamlıq risklə

arrow Ətraflı
Bakıda saçını kəsdirməyə gedən müştəriyə ŞOK – Bərbər başına torba keçirib... like
  • 18 Fev 16:34  
Digərləri Bakıda saçını kəsdirməyə gedən müştəriyə ŞOK – Bərbər başına torba keçirib...

Müştərisinin saçını kəsib sonra təqaüdünü talayan bərbər saxlanıl�

arrow Ətraflı
Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub like
  • 18 Fev 16:14  
Digərləri Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub

Fevralın 18-də "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (

arrow Ətraflı
"Buna görə Novruz bayramında sevinmirəm" like
  • 18 Fev 16:00  
Şou-biznes "Buna görə Novruz bayramında sevinmirəm"

Yeganə Mürsəlova Novruz bayramı ilə bağlı səmimi etirafı ilə diqqət �

arrow Ətraflı
Siyasətçilərə süni intellekt qadağası QOYULDU like
  • 18 Fev 15:59  
Digərləri Siyasətçilərə süni intellekt qadağası QOYULDU

Avropa Parlamenti deputatları üçün yeni təhlükəsizlik məhdudiyyətləri

arrow Ətraflı
"Eşref" və sevgilisindən ilk FOTO  Dodaqdodağa like
  • 18 Fev 15:53  
Şou-biznes "Eşref" və sevgilisindən ilk FOTO Dodaqdodağa

Türkiyədə ekranlarda yayılan "Eşref Rüya" serialında canlandır

arrow Ətraflı
Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." like
  • 18 Fev 15:30  
Şou-biznes Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..."

Təranə Musayeva ilə həyat yoldaşı və həmkarı Musa Musayev arasında can

arrow Ətraflı
Şeyxin müavininin səhhəti qəfil PİSLƏŞDİ – Təcili yardım çağırıldı like
  • 18 Fev 14:55  
Digərləri Şeyxin müavininin səhhəti qəfil PİSLƏŞDİ – Təcili yardım çağırıldı

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Heydər məscidinin axundu H

arrow Ətraflı
Hansı hallarda “WhatsApp” yazışmaları izlənilə bilər?  Ali Məhkəmə açıqladı like
  • 18 Fev 14:46  
Digərləri Hansı hallarda “WhatsApp” yazışmaları izlənilə bilər? Ali Məhkəmə açıqladı

Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Pl

arrow Ətraflı
İlon Mask Netflixə onun qaradərili obrazda təqdim olunduğu serial çəkməyi təklif edib like
  • 18 Fev 14:37  
Digərləri İlon Mask Netflixə onun qaradərili obrazda təqdim olunduğu serial çəkməyi təklif edib

Amerikalı milyarder İlon Mask Netflix striminq xidmətinə onun qaradərili ob

arrow Ətraflı
Bu istiqamədə əlavə qatar reysləri təyin edildi like
  • 18 Fev 14:25  
Digərləri Bu istiqamədə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbat

arrow Ətraflı