Azərbaycanda bu məşhur marketlərdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
Digərləri 18 Fev 2026 13:13:00 255 0
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərinin Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən, "Volt Services Azərbaycan" MMC-yə məxsus "Volt" marketdə, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, "Grand-Mart" MMC-yə məxsus "Megastore" ticarət obyektində, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, "Our Company" MMC-yə məxsus "The Place" ictimai iaşə obyektində yoxlama keçirib.
Son.az xəbər verir ki, baxış zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. "Megastore" supermarketdə və "The Place" ictimai iaşə obyektində həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Yoxlama zamanı aşkarlanan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub.
Aysel Son.az
"Toyota Highlander"in yeni versiyası elektrikli nəqliyyat vasitəsin
Azərbaycanda fevralın 19-da havanın yağmursuz keçəcəyi gözlənilir.
Mingəçevirdə şagird oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb
"Mingəçevir şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi
Yeni tikililərdə komendant borcu ilə bağlı yaranan mübahisələr son illə
Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, həmçinin Biləsuvar və B
Təxminən bir ildir münasibətdə olduğu deyilən aktrisa Esra Bilgiç və i�
Anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin cinayət
Azərbaycanda 45 plastik cərrahın fəaliyyətinə icazə verilir.
Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında fərdi yaşayış evi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbət
Florida ştatının Nümayəndələr Palatası Palm-Biç hava limanının ABŞ p
