Kamaləddin Qafarov: “Münasibətlərimizin təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır”


Digərləri 18 Fev 2026 11:15:00 221 0

Kamaləddin Qafarov: “Münasibətlərimizin təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır”

"Fevralın 15-də Belqradda keçirilən Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası təkcə diplomatik hadisə deyil, dövlətçilik anlayışının iki ölkənin siyasi kursunda necə mərkəzi yer tutduğunu nümayiş etdirən mühüm platforma oldu."

Son.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlar Bakı ilə Belqrad arasındakı münasibətlərin situativ maraqlara deyil, dövlət maraqlarının qorunması fəlsəfəsinə əsaslandığını göstərdi. "Azərbaycan Prezidenti çıxışına Serbiyanın Dövlətçilik Günü münasibətilə təbriklə başlaması təsadüfi deyildi. O, dövlət suverenliyinin qorunması uğrunda verilən qurbanları xüsusi qeyd etdi və dövlət maraqlarının hər şeydən üstün tutulmasını inkişafın əsas şərti kimi təqdim etdi. Bu yanaşma, əslində, iki ölkə arasında ortaq siyasi düşüncə modelinin mövcudluğunu göstərir. Dövlətçilik burada formal institut anlayışı deyil, milli iradənin təcəssümüdür. Prezident İlham Əliyevin Serbiyanın inkişafını məhz liderlik amili ilə əlaqələndirməsi də diqqətçəkəndir. Dövlət başçısı Serbiyanın təbii resurslara malik olmamasına baxmayaraq iqtisadi uğurlar əldə etməsini islahatlar və siyasi iradə ilə izah etdi. Bu qiymətləndirmə dolayısı ilə Azərbaycanın öz inkişaf modelinə də işarə idi - güclü siyasi rəhbərlik, sabitlik və uzunmüddətli strateji baxış."

Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının Serbiyanın Dövlətçilik Günündə keçirilməsinin rəmzi məna daşıdığını vurğulayan K.Qafarov bildirib ki, məhz bu faktın özü ölkələrimiz arasında tərəfdaşlığın uzunmüddətli maraqlara xidmət edən siyasi xətt olduğunu göstərir: "Cənab Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, qərarların icrası qısa müddətdə təmin edilməlidir. Bu isə münasibətlərin deklarativ yox, praktik xarakter daşıdığını sübut edir. Birgə bəyanatda beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi xüsusi vurğulandı. Bu, dövlət suverenliyinin qorunması prinsipinin yalnız daxili siyasət məsələsi deyil, həm də xarici siyasətdə əsas istiqamət olduğunu təsdiqləyir. Müasir geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə belə prinsipial mövqe iki ölkə arasında strateji etimadı daha da möhkəmləndirir. Beləliklə, Belqraddakı görüş göstərdi ki, Azərbaycan-Serbiya münasibətlərinin təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır. Bu fəlsəfə isə siyasi sabitliyin, iqtisadi inkişafın və beynəlxalq arenada müstəqil mövqenin əsas təminatıdır".

90 manata iftar menyusu var  Qiymətlər kəskin artıb like
  • 18 Fev 11:10  
Digərləri 90 manata iftar menyusu var Qiymətlər kəskin artıb

Restoranlarda Ramazan ayına özəl hazırlıqlar başlanılıb. İftar süfrəs

arrow Ətraflı
NİYYƏT GECƏSİDİR  Bunlara mütləq əməl EDİN like
  • 18 Fev 11:09  
Digərləri NİYYƏT GECƏSİDİR Bunlara mütləq əməl EDİN

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi və orucların tutulmasının

arrow Ətraflı
Bakıda avtobusda sərnişin qəfildən ÖLDÜ like
  • 18 Fev 11:03  
Digərləri Bakıda avtobusda sərnişin qəfildən ÖLDÜ

Bu gün Bakıda marşrut avtobusunda sərnişin ölüb.

arrow Ətraflı
Gömrük xərcləri artsa da "Li Auto" qiymətləri sabit saxlayır like
  • 18 Fev 11:00  
Digərləri Gömrük xərcləri artsa da "Li Auto" qiymətləri sabit saxlayır

Gömrük rüsumlarında baş verən artımlara baxmayaraq, "Li Auto" A

arrow Ətraflı
Daha 17 itkinşəhid dəfn olunacaq like
  • 18 Fev 10:56  
Digərləri Daha 17 itkinşəhid dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyy�

arrow Ətraflı
Paşinyan ABŞyə getdi like
  • 18 Fev 10:55  
Dünya Paşinyan ABŞyə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfərə yola dü

arrow Ətraflı
Azərbaycanlı müğənninin toyda səsi BATDI like
  • 18 Fev 10:50  
Şou-biznes Azərbaycanlı müğənninin toyda səsi BATDI

Müğənni Eflatun Qubadov səsləndirdiyi açıqlama ilə diqqət çəkib.

arrow Ətraflı
"Araz" marketdən alınan "Binə" çörəyindən simlər çıxdı like
  • 18 Fev 10:45  
Digərləri "Araz" marketdən alınan "Binə" çörəyindən simlər çıxdı

"Araz Supermarket"dən alınan çörəkdən simlər çıxıb.

arrow Ətraflı
“Ayıq sürücü” kimi gələn şəxs “Range Rover”dən 11 min oğurladı like
  • 18 Fev 10:40  
Digərləri “Ayıq sürücü” kimi gələn şəxs “Range Rover”dən 11 min oğurladı

Paytaxtın Xətai rayonunda "Range Rover" markalı avtomobildən 1100

arrow Ətraflı
DYPdən sürücülərə MÜRACİƏT like
  • 18 Fev 10:30  
Digərləri DYPdən sürücülərə MÜRACİƏT

"Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəs

arrow Ətraflı
Avtomobillərdəki videoqeydiyyat cihazınının kadrlarını yayanları hansı cəza GÖZLƏYİR? like
  • 18 Fev 10:25  
Digərləri Avtomobillərdəki videoqeydiyyat cihazınının kadrlarını yayanları hansı cəza GÖZLƏYİR?

Hazırda həm avtomobillərdə quraşdırılan videoqeydiyyat cihazları, həm d

arrow Ətraflı
"Atası 8 ildir qızımı AXTARMIR" like
  • 18 Fev 10:20  
Şou-biznes "Atası 8 ildir qızımı AXTARMIR"

Vüsalə Əlizadə şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət mər

arrow Ətraflı
Azərbaycanda qəbir daşına elə söz yazıldı ki, iş məhkəməyə kimi getdi like
  • 18 Fev 10:04  
Digərləri Azərbaycanda qəbir daşına elə söz yazıldı ki, iş məhkəməyə kimi getdi

Azərbaycanda məzar daşına yazılan sözlərə görə məhkəməyə müraciə

arrow Ətraflı
Alınan evin kvadratı çıxarışda az yazılıbsa, nə etməliyik? like
  • 18 Fev 10:00  
Digərləri Alınan evin kvadratı çıxarışda az yazılıbsa, nə etməliyik?

Əksər hallarda vətəndaşlar mənzil alarkən ödəniş edilən evin kvadrat�

arrow Ətraflı