Qatığın suyunu tökməli, yoxsa içməli?
Digərləri 18 Fev 2026 08:25:00 264 0
Çox vaxt qatıq qabının üstündə yığılan sarımtıl suyu "xoş görünmədiyi" üçün tökürük. Mütəxəssislərin sözlərinə görə həmin suyu tökmək qatığın ən faydalı hissəsini zibil qutusuna atmaq deməkdir.
Bu xəbəri də oxu: Öz saytı işləməyən internet şirkətləri SİYAHI
Son.az xəbər verir ki, qatığın suyu B2 (riboflavin), B12 vitaminləri, kalsium və fosforla zəngindir. Xüsusilə B2 vitamini böyümə, inkişaf və enerji istehsalı üçün kritik əhəmiyyət kəsb edir.
Tərkibindəki faydalı bakteriyalar (probiyotiklər) sayəsində bağırsaq florasını qoruyur, qəbizlik və şişkinlik kimi problemləri aradan qaldırır.
Qatıq suyu maddələr mübadiləsini sürətləndirir və toxluq hissi yaradır, bu da pəhriz saxlayanlar üçün əla seçimdir.
Daimi istehlak edildikdə böyrəklərdəki qum və daşların tökülməsinə kömək etdiyi bildirilir.
Əgər bu suyu birbaşa içmək dad baxımından sizə xoş deyilsə, aşağıdakı üsullardan istifadə edə bilərsiniz:
Qatığı çalarkən suyunu ayırmayın, elə öz suyu ilə ayran düzəldin.
Dovğa və ya digər süd əsaslı şorbaların bişirilməsində istifadə edin.
Çörək, poğaça və ya keks xəmirinə su və ya süd əvəzinə qatıq suyu əlavə etsəniz, xəmiriniz daha yumşaq və qidalı olar.
Salat souslarına və ya ət marinadlarına əlavə edərək dadını zənginləşdirə bilərsiniz.
Qatığın suyu işıqla təmasda olduqda tərkibindəki B2 vitaminini itirir. Buna görə də qatığı şəffaf deyil, işıq keçirməyən qablarda saxlamaq daha məqsədəuyğundur. Lalə Qüdrətova Son.az
Ağ köynəklərdə və tişörtlərdə yaranan qoltuqaltı ləkələri təkcə
Əməkdar artist İlkin Əhmədov uşaqlıq illərində ölümdən döndüyünü
Quru lobya bişirərkən çoxumuzun tərəddüd etdiyi məqamlardan biri onun il
Ankarada tədbirə avtomobillə gələn Bülent Ersoy bütün diqqətləri üzə
Qış aylarında hava temperaturunun enməsi və rütubətin azalması dərinin
Mütəxəssislər hazır və paketlənmiş şorbalarla bağlı xəbərdarlıq ed
Qış aylarında havanın temperaturunun aşağı düşməsi və küləyin təsi
NASA-nın Conson Kosmik Mərkəzindəki mühəndislər kosmos tədqiqatları tar
Bakının Səbail rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenid�
Aktrisa Pərvin Abıyeva açıqlaması ilə diqqət çəkib.
İran Prezidenti Məsud Pezeşkian aldadılaraq iğtişaşlara cəlb edilən ş�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Müğənni Mətanət Əsədova səhhətində yaranan problemdən danışıb.
Son vaxtlar sosial şəbəkələrdə eyni rəqəmli pul əsginaslarına maraq ya
Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı va
