Azərbaycanda Aframe evlərin qiyməti: Kiçik büdcə ilə müasir yaşayış mümkündürmü?
Digərləri 16 Fev 2026 13:30:00 244 0
Ölkəmizdə taxtadan tikilən A-frame tipli evlər son illərdə həm estetik görünüşü, həm də nisbətən sadə konstruksiyası səbəbindən populyarlıq qazanıb.
Belə evlərin tikintisi və satışı ilə məşğul olan Orxan Hacılı Son.az-a bildirib ki, bu tip evlər adını xarakterik üçbucaq formasından alır.
"Dam örtüyü eyni zamanda divar funksiyasını da yerinə yetirir və konstruksiya yerə doğru enən iki maili səthdən ibarət olur. Strukturun bu sadəliyi tikinti prosesini asanlaşdırır və bir sıra hallarda xərclərin azalmasına imkan verir. A-frame evlərin əsas üstünlüklərindən biri material və əmək sərfinin az olmasıdır. Klassik evlərlə müqayisədə əlavə daşıyıcı divarlara və mürəkkəb beton işlərinə daha az ehtiyac yaranır. Bu isə tikinti müddətini qısaldır və ümumi büdcəyə müsbət təsir göstərə bilər. Taxtanın özü də düzgün emal və izolyasiya olunduqda yaxşı istilik xüsusiyyətlərinə malikdir. Nəticədə belə evlər kiçik yaşayış sahəsi, bağ evi, istirahət evi və ya turizm məqsədli obyekt kimi praktik seçim sayılır. Bununla belə, A-frame evlərin müəyyən məhdudiyyətləri də var. Üçbucaq forma səbəbindən daxili məkanın bir hissəsi maili divarlar altında qalır və istifadə edilə bilən sahə azala bilər. Daimi yaşayış üçün nəzərdə tutulduqda əlavə istilik və səs izolyasiyası, həmçinin kommunikasiya xərcləri tələb oluna bilər. Taxta materialın iqlim şəraitinə davamlılığı üçün qoruyucu örtüklər və müntəzəm texniki qulluq da vacibdir".
O.Hacılı bildirib ki, Azərbaycanda bu tip evlərin tikinti qiyməti layihənin ölçüsü, material keyfiyyəti və görülən işlərin həcminə görə dəyişir.
Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi
Hazırda Avropada yaşayan bloqer Emin Hüseynovun 2014-cü ilin avqustundan cin
Bir müddət əvvəl səhhətində problem yarandığı üçün bir neçə gün
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikas�
Bazar günləri ölkə ərazisində bəzi yerlərdə parklanma pulsuz olsa da, a
Fevralın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk
Uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində təhsilverənlərin n�
Mediada insanların boşanmaq üçün məhkəməyə müraciət etməsi barədə
"Yazdım ki, mənimsənilmiş pulların bir faizini Azərbaycan mədəniyy�
Sabah İmişli, Saatlı və Sabirabad rayonlarında, eləcə də Şirvan şəhə
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Bakıda fəaliyyət göstərən "Pxali Xinkali" restoranının filial
Fevralın 14-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalın
"Məni söyün, nəslimə-kökümə TOXUNMAYIN"
