Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! 6100 dollar
Digərləri 15 Fev 2026 12:55:00 258 0
Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti uzadılıb.
Son.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mart ayının 7-ə kimi uzadılıb: "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının 7-dək uzadılıb. Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq".
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları müəyyən edilib. Tələb olunan sənədlər:
1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2) Şəxsiyyət vəsiqəsinin surəti;
3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4) Sağlamlıq haqqında arayış.
Qeyd edək ki, bundan əvvəl sənəd qəbulu üçün son tarix 2026-cı il fevralın 15-i müəyyən edilimişdi.
Günəşdəki tac dəliyinin təsiri səbəbindən Yer kürəsində zəif maqnit
Paytaxtın baş planına uyğun olaraq daha bir ərazidə söküntü nəzərdə
Dünyada hər altı nəfərdən biri sonsuzdur. Bu göstərici dünya əhalisini
Quba rayonunda bədbəxt hadisə baş verib.
"İdrak" liseyində baş vermiş insident nəticəsində şagirdi tər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasını
Fevralın 15-i saat 10:00-a əsasən gecə saatlarında ölkə ərazisinin bəzi
2019-cu ilin noyabrından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi
Son zamanlar notariuslar bələdiyyə sənədi ilə olan torpaqların kimlərəs
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil müəssisələri
Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çər�
Kaju fıstığının təbii haldan yeməyə yararlı vəziyyətə gəlməsi oldu
